Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan diplomatiyasının böyük nailiyyətidir
15.08.2018 [09:00]
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin inkişaf və əməkdaşlıq perspektivlərini müəyyənləşdirən tarixi hadisə baş verib. Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin özünəməxsus “Konstitusiyası” olan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 22 il sürən sistemli danışıqlardan sonra imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a məxsusi müsahibəsində qeyd edib ki, Konvensiyanın yekun mətninə aparan yol çətin olub. 1996-cı ildə Xəzəryanı ölkələrin maraqlarının və istəklərinin razılaşdırılması üzrə beynəlxalq ekspert qrupu yaradılanda ilkin tələblər bir-biri ilə o qədər təzad təşkil edirdi ki, razılaşdırılmış mətnin işlənib hazırlanması reallıqdan uzaq məsələyə bənzəyirdi. Bir sıra prinsipial və qeyri-adi qərarlar əsaslandırılmalı və qəbul edilməli idi. İlk növbədə Xəzərin coğrafi baxımdan qiymətləndirilməsi qeyri-müəyyən xarakter daşıyırdı. Etiraf olunmalı idi ki, Xəzər nə dəniz, nə də adi göldür. Deməli, onun bölünməsini əsaslandırmaq üçün başqa meyarlar işlənib hazırlanmalıdır. Xəzər akvatoriyasında neft-qaz ehtiyatlarının qeyri-bərabər paylanması məsələni daha da mürəkkəbləşdirirdi. Qəbul edilmiş Konvensiyaya görə, Xəzərin bütün su səthi tərəflərin ümumi istifadəsində qalır, dibi və təki isə qonşu dövlətlərin razılaşmasına əsasən, beynəlxalq hüquq əsasında onlar arasında bölünür.
Daha sonra tərəflər belə bir məsələdə razılıq əldə etməli idilər ki, Xəzərin hansı hissəsində baş verirsə-versin, neft-qaz hasilatı və onların daşınması açıq xarakter daşımalı, ekoloji təhlükəsizlik təmin edilməli, gəmiçilik, balıqçılıq, boru kəmərlərinin çəkilməsi qonşu ölkə ilə razılaşdırılmış qaydalara əsasən həyata keçirilməlidir.
C.Xəlilov vurğulayıb ki, geosiyasi və hərbi məsələlərin nəzərə alınması da az əhəmiyyət daşımayıb. Xəzərdə üçüncü ölkələrin silahlı qüvvələrinin yerləşməsinin yolverilməzliyi haqqında müddəanı Konvensiyanın əsas bəndlərindən biri saymaq olar.
Beləliklə, qarşılıqlı əlaqədar və mürəkkəb məsələləri güzəştlər yolu ilə razılaşdırmaq mümkün oldu. Azərbaycanın təşəbbüskar rolu danışıqlar prosesinin bütün mərhələlərində əhəmiyyətli idi. Xüsusi vurğulamaq lazımdır ki, Konvensiyanın zəruriliyi, Xəzərin təhlükəsiz, qarşılıqlı faydalı şəkildə və birgə mənimsənilməsində onun rolu hələ Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən əsaslandırılıb. Onun ideya və göstərişləri Konvensiyanın işlənib hazırlanmasında Azərbaycanın mövqeyinin əsasını təşkil edib. Şübhəsiz ki, bu Konvensiyaya riayət olunması Xəzəryanı ölkələrin xalqlarına sülh və firavanlıq bəxş edəcək.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

