YAP bələdiyyə seçkilərində də möhtəşəm qələbə qazanmaqla tarix yazacaq
20.10.2009 [02:38]
“Bələdiyyə seçkiləri bir daha sübut edəcək ki, Azərbaycanda xalqın etimadını, sevgisini qazanan yeganə partiya Yeni Azərbaycan Partiyasıdır”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva söyləyib.
Onun sözlərinə görə, Sabunçu rayonunda 10 bələdiyyə üzrə namizədlər irəli sürülüb: “Biz 26 saylı Sabunçu 1-ci seçki dairəsindən (Bakıxanov bələdiyyəsi) 17 nəfərin, 27 saylı Sabunçu 2-ci seçki dairəsindən (Sabunçu, Ramana, Balaxanı, Kürdəxanı, Pirşağı bələdiyyələri) 63 nəfərin, 28 saylı Sabunçu 3-cü seçki dairəsindən (Maştağa, Nardaran, Bilgəh, Zabrat bələdiyyələri) 52 nəfərin - bütövlükdə 132 nəfərin namizədliyini irəli sürmüşük”.
Sabunçu rayon təşkilatının sədri bələdiyyələrin əsas funksiyasından danışaraq söyləyib ki, baxmayaraq ki, bələdiyyələr Azərbaycanda yaranmış cavan strukturdur, bu sahədə böyük irəliləyişlər əldə olunub: “Bəli, bir sıra bələdiyyələr var idi ki, bu institutun hansı işləri görməli olduğundan xəbəri belə yox idi. Amma bu gün həm hüquqi sahədə, həm də texniki-təşkilati sferada görülən işlər bələdiyyələrin təkmilləşməsinə gətirib çıxarıb. Bələdiyyələrlə bağlı Milli Məclisdə bir sıra qanunların da qəbulu bu sahədə ciddi irəliləyişlərin olmasını təmin edib”.
Mehriban Abasquliyeva deyib ki, bələdiyyələr üçün əsas amil insanlarla işləməkdir. Bu baxımdan da, əhali arasında nüfuzu, dəstəyi olmayan müxalifət necə qələbə haqqında düşünə bilər?
Rayon təşkilatının sədri bir daha diqqətə çatdırıb ki, xalqın yeganə seçimi Yeni Azərbaycan Partiyasıdır: “Seçkilər cəmiyyətdə siyasi qüvvələr arasında balans nisbətini müəyyənləşdirir. Eyni zamanda, seçkilər xalqın hansı qüvvəyə daha çox inandığını, gələcəyini etibar etdiyi hakimiyyəti müəyyənləşdirir. Artıq 16 ildir ki, Azərbaycan xalqı öz gələcəyini YAP-a etibar edib. Düşünürəm ki, YAP bələdiyyə seçkilərində də möhtəşəm qələbə qazanmaqla tarix yazacaq”.
YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədri Elçin Eyvazov isə bildirib ki, rayon gəncləri hər zaman siyasi kampaniyalarda aktiv iştirak edib, dövlətçiliyə bağlı olub: “ötən seçkilərdə rayonumuzun gəncləri seçkilərin bütün mərhələlərində fəal iştirak edərək sübut etdilər ki, onlar cəmiyyətimizin aktiv üzvləridirlər. Bu gün dövlətimizin yaratdığı əlverişli şərait nəticəsində gənclərimiz yüksək səviyyədə təhsil alır və əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək üçün onların qarşısında geniş imkanlar açılır. Bələdiyyələrdə iştirak da bu imkanlardan biridir. Bu baxımdan, bu il keçiriləcək bələdiyyə seçkilərində namizədlərimizin arasında gənclər 30-35 faiz təşkil edir”.
YAP Sabunçu rayon təşkilatı Qadınlar Şurasının sədri Elnarə Tağıyeva da deyib ki, bələdiyyə seçkilərində qadınların namizədliyi üstünlük təşkil edəcək: “Qadınlar cəmiyyətimizin öndə gedən üzvləridir. Biz ötən prezident seçkilərində və referendumda da bunun şahidi olduq. Əminəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində Sabunçu rayon qadınları kompleks şəkildə fəaliyyət göstərərək seçici aktivliyinin artırılması işinə böyük töhfə verəcəklər”.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

