Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib

04.11.2009 [10:43]

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, partiya seçki komissiyasına təlimatlarda nəzərdə tutulmuş sənədlərdən çox sənəd təqdim edib: “Əlavə olaraq partiya adından açıqlama verilib ki, guya MSK nümayəndələri onlardan əlavə sənədlər tələb ediblər. Mən bu məsələni araşdırdım və məlum oldu ki, onlardan heç bir əlavə sənəd tələb olunmayıb. Onların mətbuatda yaydıqları məlumatlardan belə anlaşılır ki, biz bu partiyanın nümayəndələrinin qeydə alınmasını istəmirik. Əksinə, biz heç kimə maneçilik yaratmırıq, onlara yardım etməyə çalışırıq”.
MSK sədrinin müavini Svetlana Qasımova isə bildirib ki, bununla bağlı MSK bəyanatla çıxış etsin və həmin bəyanat Müsavatın bəyanatı dərc olunan qəzetlərdə yerləşdirilsin: “Məndə olan məlumata görə Müsavat nümayəndələri özləri artıq sənəd gətiriblər və müvafiq şöbənin əməkdaşlarından xahiş ediblər ki, o sənədləri də qəbul etsinlər”.
İclasda iştirak edən Müsavat Partiyasının Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı isə bildirib ki, əlavə sənədləri MSK-nın ümumi şöbəsi tələb edib. Müzakirələrdən sonra Müsavat Partiyasının 28 səlahiyyətli, 1 maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təsdiq edilib. Bundan başqa iclasda Azərbaycan Liberal Demokrat Partiyasının 1 səlahiyyətli, 1 maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təsdiq olunub. İclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.


Paylaş:
Baxılıb: 1092 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31