Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: YAP pulsuz efir vaxtından istifadə etməyə ehtiyac görmür

Mübariz Qurbanlı: YAP pulsuz efir vaxtından istifadə etməyə ehtiyac görmür

03.12.2009 [09:39]

“Yeni Azərbaycan Partiyası bələdiyyə seçkiləri ilə bağlı pulsuz efir vaxtından istifadə etməyə ehtiyac görmür”. Bunu APA-ya açıqlamasında partiyanın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bələdiyyə seçkiləri yerli seçki olduğu üçün YAP televiziya ilə deyil, “qapıdan-qapıya” təbliğat üsuluna üstünlük verir: “Biz mərkəzləşmiş qaydada təbliğat aparmağa ehtiyac duymuruq. Hər seçici ilə məhəllədə, kənddə, qəsəbədə görüşlər keçirilir. Elə bir seçici yoxdur ki, bizim namizədlər onunla təmasda olmasın. Belə olan halda televiziya ilə təşviqat aparmağa ehtiyac qalmır. Amma hər halda bizim hüququmuz özümüzdədir. İstədiyimiz vaxt bundan istifadə edə bilərik”.
Qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə əsasən bələdiyyələrin yarısından çoxunda namizəd irəli sürmüş partiya pulsuz efir vaxtından istifadə etmək hüququ qazanır. YAP bu hüququ qazanmış yeganə partiyadır.

Paylaş:
Baxılıb: 1016 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31