Heydər Əliyev Fondu RİTN ilə birgə məhdud imkanlı şəxslərə İKT-dən istifadə imkanları yaradır
22.12.2009 [11:12]
Qloballaşan dünyanın dinamik inkişaf edən bir üzvü olan Azərbyacanda da informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət siyasətinin tərkib hissəsi kimi məqsədyönlü işlər görülür. ölkədə İKT-nin tətbiqi prioritet elan olunaraq, bilik iqtisadiyyatı qurulması məqsədi ilə yüksək texnologiyalar sektoru inkişaf etdirilir. Həmçinin, cəmiyyətin hər bir üzvünün İKT vərdişlərinin inkişafına xüsusi əhəmiyyət verilir, məhdud imkanlı insanlara müasir texnologiyalardan, elektron informasiya resurslarından istifadə imkanları yaradılır.
Respublikamızda ilk belə təşəbbüs Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb. Belə ki, 2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair” layihə çərçivəsində Bakının Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün respublika internet məktəbində model İKT sinifləri yaradılıb.
Bu işin davamı olaraq, Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi layihə əsasında məhdud imkanlı insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədi ilə Gəncə şəhərində Regional İnformasiya Mərkəzi yaradılıb. Mərkəzin xidmətindən Gəncə və Naftalan şəhərlərinin, Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarının fiziki qüsurlu 60 mindən çox sakini istifadə edə biləcək. Hazırda müvafiq mərkəz Naxçıvan Muxtar Respublikasında da yaradılır. Burada oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, sürətli internetə çıxışı olan, kor və görmə qabiliyyəti zəif uşaqlar üçün nəzərdə tutulmuş son model kompyuterlərlə təmin edilmiş kompyuter mərkəzi təşkil ediləcək, qurumun internet saytı açılacaq. Mərkəzdə 50 adda kitab brayl əlifbası ilə çap olunaraq kitabxananın səsyazma studiyasının köməyi ilə audio formata çevrilməsi nəzərdə tutulur. Mərkəzdə görmə qabiliyyəti zəif olanlar üçün kompyuterlərə elektron böyüdücü cihazların quraşdırılması, brayl şriftli kitabların nəşri, lal və karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompyuter oyunlarının yaradılması nəzərdə tutulur. Buraya əlil arabası ilə gələnlərin maneəsiz hərəkətinin təmin olunması üçün müvafiq şərait yaradılacaq.
Birgə əməkdaşlıq çərçivəsində yaradılan bu mərkəzlər məhdud imkanlı insanların cəmiyyətin həyatında fəal iştirakını, informasiya-kommunikasiya vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsini, bütövlükdə yaşayış tərzinin yaxşılaşdırılmasını təmin etməyə yönəlib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

