Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MDB PAA DİMBİ Bakı filialı bələdiyyə seçkilərinin ədalətli və şəffaf keçdiyini bəyan edib

MDB PAA DİMBİ Bakı filialı bələdiyyə seçkilərinin ədalətli və şəffaf keçdiyini bəyan edib

25.12.2009 [10:05]

MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyinin Demokratiyanın, Parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutun (MDB PAA DİMBİ) Bakı filialı Azərbaycanda dekabrın 23-də  keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar ilkin rəyini açıqlayıb. MDB PAA DİMBİ Bakı filialı mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bələdiyyə seçkiləri ilə əlaqədar 13 istiqamətdə monitorinq həyata keçirən qurumun əməkdaşları müşahidəçi qismində Bakı şəhərinin Əzizbəyov, Sabunçu, Suraxanı, Nəsimi, Binəqədi, Nərimanov, Yasamal, Səbail rayonlarında yerləşən seçki məntəqələrində seçkinin gedişini izləyiblər. Müşahidə zamanı seçkilərin nəticələrinə mənfi təsir edə biləcək ciddi qanun pozuntularına rast gəlinməyib. Seçki məntəqələrində səsvermənin  demokratik, şəffaf keçirilməsi üçün hər bir şərait yaradılıb. Səhər saatlarında seçici fəallığının aşağı səviyyədə olmasına baxmayaraq, günün ikinci yarısında seçici axınının artması qeydə alınıb. Bələdiyyə seçkilərinin keçirilməsinə heç bir kənar təsirlər olmayıb. Bütün bunları nəzərə alan MDB PAA DİMBİ Bakı filialı bələdiyyə seçkilərinin demokratik və ədalətli keçirildiyini bəyan edir.

Paylaş:
Baxılıb: 1021 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30