Müvafiq orqanlar ildə bir dəfə parlament qarşısında hesabat verəcəklər
26.12.2009 [10:02]
Milli Məclisin dünənki iclasında millət vəkilləri əvvəlcə “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxardılar. Bu barədə məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, millət vəkillərinin birinci və ikinci oxunuş müzakirələri zamanı qanunun təkmilləşdirilməsi ilə bağlı verdikləri təkliflər nəzərə alınıb. Sonuncu oxunuşa çıxarılmamışdan öncə qanun layihəsində bir sıra redaktə xarakterli düzəlişlər də edilib. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Müzakirəyə çıxarılan növbəti məsələ “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Qanunun ikinci oxunuşda müzakirəsi oldu. Bu barədə parlamentin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov məlumat verdi. Onun sözlərinə görə, Azərbaycan indiyədək bir sıra sülhməramlı əməliyyatlarda iştirak edib. Hərbçilərimiz həm Kosovoda, həm İraqda, həm də Əfqanıstanda olublar. Hazırda da, Əfqanıstanda Azərbaycan sülhməramlıları sülhyaratma əməliyyatlarında iştirak edirlər. Amma bütün hallarda hərbçilərimizin sülhməramlı əməliyyatlarda iştirakı qanunla deyil, dövlətlər arasında imzalanmış ikitərəfli sazişlərlə həllini tapıb. Ayrıca qanun olmadığından indiyədək sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərin, diplomatik korpus təmsilçilərinin statusları, sosial təminatlarının hüquqi bazası olmayıb. S.Novruzov bildirdi ki, qanun qəbul olunduqdan sonra Azərbaycanın sülhməramlı əməliyyatlardakı iştirakı sırf onun əsasında həyata keçiriləcək. Qanun layihəsi 4 fəsildən və 19 maddədən ibarətdir. Layihədə sülhməramlı əməliyyatlar “sülhün qorunması üzrə əməliyyatlar”, “sülhün bərqərar edilməsi üzrə əməliyyatlar”, “sülhün bərpası (sülh quruculuğu) üzrə münaqişədən sonrakı əməliyyatlar”, “Birləşmiş Millətlər Təşkilatının sülhməramlı əməliyyatları”, “Regional təşkilatların sülhməramlı əməliyyatları” və “lokal sülhməramlı əməliyyatlar” kateqoriyasına bölünüb. S.Novruzov dedi ki, Azərbaycan özü də münaqişəyə cəlb olunmuş ölkədir. Qanun layihəsində gələcəkdə Azərbaycanın öz ərazisində də sülhməramlı əməliyyatlar həyata keçirə biləcəyi müddəaları yer alır. Əgər gələcəkdə Azərbaycan öz ərazisində belə bir sülhməramlı əməliyyat həyata keçirmək istəyərsə, hökumətin müraciəti əsasında Birləşmiş Millət Təşkilatı və ayrı-ayrı dövlətlərin iştirakı ilə bu iş reallaşdırıla bilər. Qanuna əsasən, Milli Məclis təkcə ölkənin silahlı qüvvələrinin sülhməramlı əməliyyatlara icazə verib və onları geri çağırmayacaq. Müvafiq icra qurumları ildə bir dəfə parlament qarşısında Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərinin durumu barədə hesabat verəcəklər. Hesabatda sülhməramlı əməliyyatlarda iştirak edən əsgərlərin vəziyyəti, hansı silah növlərindən istifadə etməsi, hansı əməliyyatlara cəlb olunması barədə məsələlər yer alacaq. Bundan əlavə, Milli Məclisə verilən hesabatda sülhməramlı əməliyyatlarda iştirakın məqsədləri, əsasları, miqyası, formaları göstəriləcək, əməliyyatların faktiki gedişatı və əldə olunmuş nəticələr xarakterizə ediləcək. Hesabatda sülhməramlılarımızın əməliyyatlarda iştirakının maliyyələşdirilməsi mənbələri, miqyası, real bölüşdürülməsi, əgər baş veribsə, itkilər barədə də məlumatlar verilməlidir. Müvafiq icra hakimiyyəti orqanı Milli Məclisə sülhməramlıların əməliyyatlarda iştirakının davam etdirilməsi və ya dayandırılması ilə bağlı tövsiyələr də verəcək. Qanun layihəsinə əsasən, Milli Məclis Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakının bütün aspektləri üzrə parlament dinləmələri keçirə, zəruri hallarda müvafiq dövlət orqanlarına sülhməramlı əməliyyatların planlaşdırılması, maliyyələşdirilməsi və aparılması məsələləri ilə bağlı sorğular göndərə bilər.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qanun layihəsinin çox ciddi sənəd olduğunu xatırladaraq jurnalistlərdən məsələyə yanaşmada diqqət nümayiş etdirməyi xahiş etdi. Onun sözlərinə görə, ötən gün Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı ilə bağlı jurnalistlərin suallarına verdiyi cavab mətbuatda təhrif olunub. Əksər mətbuat orqanları ona istinadən Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayının artırılacağı barədə məlumat yayıblar. Z.Əsgərov dedi ki, o belə bir açıqlama verməyib. Sadəcə bildirib ki, əgər Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayının artırılması ilə bağlı müraciət olunarsa, buna baxıla bilər. “Biri var “müraciətə baxıla bilər”, biri də var “artırıla bilər”. Bunlar ayrı-ayrı şeylərdir” - deyə Z.Əsgərov vurğuladı.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
Daha sonra “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib ki, hazırda Azərbaycanda 2224 nəfər AİDS/HİV virusuna yoluxmuş şəxs var. O bildirib ki, Azərbaycanda AİDS/HİV virusuna yoluxanlardan 2138 nəfəri Azərbaycan, 86 nəfəri xarici ölkə vətəndaşıdır: “1990-cı illərin əvvəllərində Azərbaycanda yalnız bir nəfər AİDS/HİV virusu daşıyıcısı idi. İndi bu rəqəm dəfələrlə artıb. Virusa yoluxanların 88,3 faizi kişilər, 11,7 faizi qadınlardır. Virusa ən çox narkotikdən istifadə edəndə yoluxurlar. Xəstələrin 63,08 faizi bu cür yoluxub. İndiyə qədər Azərbaycanda 274 nəfər bu xəstəlikdən ölüb”.
M.Quliyev deyib ki, yeni qanun layihəsi bu xəstəliyə yoluxanların cəmiyyətin normal üzvü kimi qəbul edilməsini nəzərdə tutur.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43

