20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq salnaməsidir
16.01.2010 [08:37]
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş “20 Yanvar Azərbaycan xalqının qan yaddaşı və qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev qeyd edib ki, Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən 20 il keçir: “Hadisə tarixə döndükcə xalqımızın yenilməzliyi, qəhrəmanlığı, Vətənə, torpağa sədaqəti bizi daha da qürurlandırır, bu hadisə Azərbaycan tarixində şərəfli bir səhifə kimi yaddaşlara həkk olunur. Həmin gün sovet ordusunun hərbi hissələri Mixail Qorbaçovun tapşırığı ilə heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə, eləcə də, bir sıra şəhər və rayonlara yeridilərək ermənilərin respublikamıza qarşı ərazi iddiasına, o zamankı Azərbaycan rəhbərliyinin xəyanətkar siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. 131 nəfər dinc, silahsız adam öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs edildi, 4 nəfər itkin düşdü. Bu gün isə milyonlarla soydaşlarımız bu hüznlü günlərində həmrəylik nümayiş etdirir”.
Sonra çıxış edən YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin sədri Pünhan Pənahov isə deyib ki, 20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq salnaməsidir. Həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, müstəqillik uğrunda mübarizə əzminin sarsılmazlığını bütün dünyaya sübut etdi. Xalqımızın suverenlik uğrunda apardığı mücadilə öz nəticəsini verdi. Uzun illər həsrətində olduğumuz müqəddəs arzuya, milli azadlığa qovuşduq: “20 Yanvar faciəsinin 20-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə biz ötən illəri xatırlamalı, xalqımızın ağır sınaqlardan necə şərəflə çıxdığını iftixar hissi ilə qeyd etməliyik. Elə buradaca bildirməliyik ki, ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, dövlətçilik məharəti, cəsarətli addımları sayəsində Azərbaycanda anarxiyanın, xaosun kökü kəsildi, sabitlik bərqərar oldu, Ermənistanla müharibədə atəşkəsə nail olundu, xalqımızın sınmış inamı özünə qaytarıldı, Azərbaycan fəlakət təhlükəsindən xilas olaraq sabit və rəvan yola qədəm qoydu. Lakin bütün bunlar asanlıqla başa gəlmədi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında dövlət çevrilişlərinin qarşısı mərdliklə alındı, ayrı-ayrı siyasi qruplara və şəxslərə xidmət edən müxtəlif silahlı dəstələr ləğv edildi, milli ordu yaradıldı və ordumuzda hərbi vətənpərvərlik, Vətənə və torpağa sədaqət, milli qürur hissi gücləndirildi”.
Digər çıxışçılar da bildiriblər ki, 20 yanvarda Azərbaycan xalqına vurulan zərbə, edilən təcavüz başları hakimiyyət uğrunda mübarizəyə qarışmış o vaxtkı Azərbaycan rəhbərlərinin təqsirkar əməlləri üzündən ört-basdır edildi, faciəyə siyasi qiymət verilməsi ləngidildi. Yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Onun təşəbbüsü və bilavasitə iştirakı ilə bu qanlı faciə araşdırıldı və öz qiymətini aldı. Hadisələrə siyasi-hüquqi qiymət verilməsi haqqında ümummilli liderimizin qətiyyəti, sərt iradəsi və Onun tövsiyələri əsasında Azərbaycan Respublikasının Milli Məclisi 4 ildən sonra - 1994-cü ildə Azərbaycan xalqına xəyanət etmiş totalitar sovet rejiminin, bu rejimin ölkəmizdəki havadarlarının cinayətkarlığını bəyan etdi, faciəni törədənlərin adları ictimaiyyətə çatdırıldı.
AQŞİN
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54

