/ / Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
25.02.2020 [09:17]
Mehriban xanım Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi onun fəaliyyətinin qlobal miqyası, dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Azərbaycan dinlər və mədəniyyətlər arasında körpü rolunu oynamaqla hazırkı ziddiyyətli beynəlxalq münasibətlər sistemində dialoqu təmin edən dövlət kimi çıxış etməyi bacarır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, XXI əsri bəzən dini və milli identiklik əsri kimi səciyyələndirirlər. Bu isə o deməkdir ki , beynəlxalq münasibətlərdə qarşılıqlı davranışlar məhz bu məntiqə əsaslanmalıdır. Etiraf etmək lazımdır ki, bəzi hallarda ədalətin və hüququn təmin olunması da elə milli və dini təəssübkeşliyə əsaslanır. Belə olduqda isə qlobal, universal dəyərlər və beynəlxalq hüquq öz əhəmiyyətini itirmiş olur. Lakin Azərbaycan öz diplomatiyası və siyasəti ilə əməkdaşlıq və tərəfdaşlığın məhdudlaşdırıcı çərçivəyə salınmasının əleyhinədir.
Hikmət Babaoğlu əlavə edib ki, Azərbaycan multikultural və tolerant dəyərlərinə söykənərək uğurlu təşəbbüslərlə çıxış edir, milli maraqlarını təmin etmək üçün qarşılıqlı faydalı əməkdaşlıqlar üçün yeni keyfiyyət platformaları yaradır. Bu işdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri var. “Elə İtaliyaya dövlət səfəri zamanı fevralın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşmələri bir daha ondan xəbər verir ki, Azərbaycan multikultural və dini-tolerant ölkə olaraq qarşılıqlı hörmətə əsaslanan münasibətlərini dünyanın ən böyük dini- ideoloji mərkəzlərindən biri ilə uzlaşdırmağı bacarır”, - deyə baş redaktor bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi də ilk növbədə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinin miqyası və dinlərarası, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Şübhəsiz ki, ölkəmizdə bütün dini icmaların nümayəndələri, o cümlədən katolik xristianların azad və sərbəst şəkildə fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanda olan dinlərarası və məhzəblərarası münasibətlərə Avropanın ən tolerant ölkələrində belə rast gəlmək bəzən çətin olur. Əlbəttə ki, dünyaya ali dini dəyərləri, humanizmi, qarşılıqlı hörməti təbliğ edən Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətləri təqdir etməklə onu yüksək qiymətləndirməsi mühüm hadisədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi də, ilk növbədə, Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına, dinlərarası və mədəniyyətlərarası dialoqa, humanist və ali dəyərlərin təbliği və qorunmasına verdiyi töhfələrə bağlıdır.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

