/ / Azərbaycanla Türkiyənin birgə reallaşdırdıqları enerji, nəqliyyat layihələri böyük regional və qlobal əhəmiyyət daşıyır
Azərbaycanla Türkiyənin birgə reallaşdırdıqları enerji, nəqliyyat layihələri böyük regional və qlobal əhəmiyyət daşıyır
29.02.2020 [10:08]
Prezident İlham Əliyev: Siyasi, iqtisadi, enerji, nəqliyyat - bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Onların arasında, əlbəttə ki, TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını və digər layihələri qeyd etmək olar
Qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycanla Türkiyə həyatın bütün sahələrində sıx əməkdaşlıq edirlər. Siyasi həmrəyliyin getdikcə daha da möhkəmlənməsi, hər iki ölkənin müxtəlif çoxtərəfli platformalarda, o cümlədən də beynəlxalq təşkilatlarda üst-üstə düşən mövqedən çıxış etməsi Azərbaycanla Türkiyənin hərtərəfli əməkdaşlığının yeni bağlarla daha da güclənməsini şərtləndirir.
İki dost ölkənin xoş mərama və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı enerji və nəqliyyat sektorunda xüsusilə qabarıq şəkildə nəzərə çarpır. İndiyədək Azərbaycanla Türkiyənin birgə səylərlə reallaşdırdıqları enerji, nəqliyyat layihələri böyük regional və qlobal əhəmiyyət daşıyır. Yeri gəlmişkən, bəhs olunan layihələrin önəmi bu günlərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana baş tutan səfəri çərçivəsində keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında da xüsusi olaraq vurğulanıb. İclasda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçən il ikitərəfli əlaqələrin uğurlu olduğunu nəzərə çatdıraraq vurğulayıb: “Siyasi, iqtisadi, enerji, nəqliyyat - bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Onların arasında, əlbəttə ki, TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını və digər layihələri qeyd etmək olar”.
Azərbaycanın və Türkiyənin güclü siyasi iradəsi ilə reallaşan TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir
Hazırda inşası uğurla başa çatmaqda olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi baxımından çox mühüm infrastruktur layihəsidir. Layihənin tamamlanması ilə Avropa ölkələri özlərinin enerji resurslarına olan tələbatlarını həm də yeni mənbə və yeni marşrutla ödəmək imkanı qazanacaqlar. Ötən illərin çətinliklərini nəzərə alsaq, deyə bilərik ki, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi Avropa üçün strateji önəm daşıyır. İndiyədək təxminən 40 milyard dollar investisiya qoyuluşu tələb edən Cənub Qaz Dəhlizi layihəsinin üç seqmenti üzrə bütün işlər tamamlanıb, sonuncu TAP seqmentində də işlər uğurla davam etdirilir.
Maraqların balansı Cənub Qaz Dəhlizinin uğurlarını şərtləndirən əsas amillərdən biridir. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya Cənub Qaz Dəhlizinə üzv dövlətlərdir. Bundan başqa, artıq Bosniya və Herseqovina, Xorvatiya, həmçinin Monteneqro ilə anlaşma memorandumları imzalanıb. Məlumdur ki, hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şəksizdir. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır.
Azərbaycanın və Türkiyənin güclü siyasi iradəsi ilə reallaşan TANAP Cənub Qaz Dəhlizinin çox mühüm seqmentidir. 2019-cu ilin sonlarında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə qardaş ölkənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında TANAP-ın önəminə diqqət çəkərək bildirib: “Keçən ilin noyabr ayında Türkiyədə TANAP-ın tam başa çatmasını birlikdə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir və əminəm ki, bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Çünki bunun son layihəsi - TAP-ın icrası 92 faizə çatıbdır. Enerji ilə bağlı digər məsələlər də müzakirə edildi”.
Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq bu ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.
Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, belə önəmli layihənin icrasına heç də asanlıqla nail olunmayıb. Başlanğıcda layihənin icrasına həm siyasi, həm də praktiki müstəvidə bir sıra əngəllər var idi. Layihə ətrafında müzakirələr bir neçə dəfə uğursuzluqla nəticələnmişdi. İnvestorlar az gəlirli “mavi yanacaq” layihələrinə sərmayələr yönəltməyə olduqca skeptik yanaşma ortaya qoyurdular. Belə olan halda qardaş ölkələr - Azərbaycan və Türkiyə bütün məsuliyyəti öz üzərlərinə götürüblər və həlledici qərarlar veriblər. Beləliklə, TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb. Layihənin əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərlərinə götürüblər.
TANAP-ın inşasının tamamlanması ilə ildə ilkin mərhələdə 16 milyard kubmetr Azərbaycan təbii qazının Türkiyənin və Avropanın istifadəsinə verilməsi təmin olunacaq. Bu 16 milyard kubmetr qazın 6 milyard kubmetrini qardaş Türkiyə, yerdə qalan 10 milyard kubmetrini isə Avropa ölkələri alacaq. Qarşıdakı illərdə TANAP-ın nəqletmə qabiliyyətini əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub.
İki ölkənin nəqliyyat sahəsində də böyük nailiyyətləri var
Ölkəmizin tranzit imkanlarını genişləndirən yeni infrastruktur layihələri sırasında inşası 2017-ci ildə tamamlanan Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini xüsusi vurğulamaq lazımdır. Əvvəla, bu yol Azərbaycanla qardaş Türkiyə arasında dəmir yolu bağlantısı yaradıb. Digər tərəfdən, BTQ Avropa ilə Asiya arasında ən qısa və səmərəli yoldur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi ilə respublikamız nəinki Şərq istiqamətindən, eyni zamanda, Cənub və Şimal istiqamətlərindən də bu yola yükləri cəlb edə bilib. Mütəxəssislər çox doğru olaraq BTC-ni Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə yolu kimi səciyyələndirirlər. Eyni zamanda, Türkmənistandan da BTC vasitəsilə yüklərin daşınmasına başlanıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin Türkmənistana səfəri çərçivəsində ancaq nəqliyyat sektoruna aid səkkiz sənəd imzalanıb. Əlamətdar haldır ki, artıq Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətləri birləşib. Eyni zamanda, Rusiyadan da Azərbaycan üzərindən Türkiyəyə yüklərin daşınmasına start verilib. Şübhə yoxdur ki, bu yolla daşınan yüklərin həcmi getdikcə daha da artacaq. Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında BTQ-nin uğurla fəaliyyət göstərməsindən məmnunluğunu bildirərək “Nəqliyyat sahəsində də böyük nailiyyətlərimiz var. Birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu uğurla fəaliyyət göstərir”, - deyə vurğulayıb.
Bakı-Tbilisi-Qars dəmir yolunun funksionallığının artması baxımından Azərbaycanın Ələtdə inşa etdiyi və 2018-ci ilin mayında istifadəyə verilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti kifayət qədər böyükdür. Çox haqlı olaraq Ələt limanının istifadəyə verilməsi Azərbaycanın regionda nəqliyyat-logistik infrastrukturun inkişafına növbəti sanballı töhfəsi kimi dəyərləndirilir. Qeyd edək ki, yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Limanın illik yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın yükaşırma imkanları 25 milyon tona çatdırıla bilər.
Azərbaycan və Türkiyə nəqliyyat sahəsində əməkdaşlığı perspektivdə daha da genişləndirmək niyyətindədirlər. Xəbər verildiyi kimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın respublikamıza səfəri çərçivəsində “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur nazirinin müavini Adil Karaismailoğlu imzalayıblar. Qeyd edək ki, Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu bağlantısının yaradılması xüsusi əhəmiyyət daşıyan məsələdir. Bununla bağlı fikirlərini nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır”.
Vurğulamaq yerinə düşər ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Naxçıvanın perspektiv inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Naxçıvandan qardaş ölkəyə ixrac edilə biləcək malların siyahısının hazırlanması onu deməyə əsas verir ki, gələcəkdə muxtar respublikadan Türkiyəyə daha çox həcmlərdə məhsullar göndəriləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

