Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi sahəsində geniş beynəlxalq əməkdaşlıq layihəsidir
03.03.2020 [09:19]
Prezident İlham Əliyev: Bu əməkdaşlıq formatının təşəbbüskarı olaraq Azərbaycan böyük qürur hissi keçirir ki, illər ərzində Məşvərət Şurası nəhəng Cənub Qaz Dəhlizi layihəsinin icrasında bizim səylərimizi gücləndirən çox səmərəli işçi mexanizmə çevrilmişdir
Xəbər verdiyimiz kimi, fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü sayəsində təsis edilmiş Məşvərət Şurası səmərəli və çoxtərəfli əməkdaşlıq formatı kimi illər ötdükcə Cənub Qaz Dəhlizi layihəsinin icrasına mühüm töhfələr verib. Ümumiyyətlə, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Dörd seqmentdən - “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət olan layihə çərçivəsində 2018-ci ilin mayında Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Həmin ilin iyununda TANAP qaz boru kəməri istifadəyə verilib, ötən il isə TANAP Avropa sərhədinə çatdırılıb.
Beynəlxalq maliyyə qurumlarının, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının dəstək verdiyi bu layihənin sonuncu seqmenti olan TAP-ın inşası isə davam edir. Yeddi ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi, uzunluğu 3500 kilometr, ümumi dəyəri isə təxminən 40 milyard dollar olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində strateji amildir. Yeri gəlmişkən, dövlətimizin başçısı bəhs olunan toplantıda çıxışı zamanı “Bu əməkdaşlıq formatının təşəbbüskarı olaraq Azərbaycan böyük qürur hissi keçirir ki, illər ərzində Məşvərət Şurası nəhəng Cənub Qaz Dəhlizi layihəsinin icrasında bizim səylərimizi gücləndirən çox səmərəli işçi mexanizmə çevrilmişdir”, - deyə vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın bütün tərəfdaşlarına, ilk növbədə, Cənub Qaz Dəhlizinin üzvləri olan tərəfdaş ölkələrə - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya minnətdar olduğunu bildirərək deyib: “Bu ölkələr Azərbaycana çox yaxındırlar və mən bu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərimi xatırlayıram. Yalnız bu ilin iki ayında Türkiyə, İtaliya və Gürcüstanın dövlət və hökumət başçıları ilə görüşlərim, həmçinin bizim yaxın əməkdaşlığımızı nümayiş etdirir. Üç gün bundan əvvəl Türkiyə Prezidenti bizim qonağımız idi. Biz bu baxımdan nələrə nail olduğumuzu və gələcək planları müzakirə etdik. Bir həftə bundan əvvəl İtaliyaya dövlət səfəri çərçivəsində bu ölkənin Prezidenti və Baş Naziri ilə görüşlərim zamanı biz bu mühüm layihəni müzakirə etdik. Yanvar ayının sonunda Gürcüstanın Baş Naziri ilə keçirdiyim görüş bizə nailiyyətləri nəzərdən keçirməyə və gələcək addımlarımızı planlaşdırmağa imkan yaratmışdır. Hesab edirəm, Cənub Qaz Dəhlizi layihəsinin üzv ölkələrindən ibarət bu nadir tərkib onu nümayiş etdirir ki, ümumi amal ölkələri birləşdirə bilər. Əminəm ki, Cənub Qaz Dəhlizi layihəsi tamamlanandan sonra bizim çoxtərəfli əməkdaşlığımız digər sahələrdə davam edəcək”.
Azərbaycanın liderliyi ilə regionda şaxələndirilmiş enerji dəhlizləri yaradılıb
Dünyanın siyasi tarixinə nəzər saldıqda bəzi xalqlar və dövlətlərin tarixi təcrübəsi - nümunəsi fonunda yeraltı sərvətlərin, xüsusilə də enerji resurslarının bədbəxtlik gətirən bəxşiş - “Troya atı” kimi çıxış etdiyini görürük. Bu, daha çox neft ehtiyatlarından milli məqsədlərə - strateji maraqlara uyğun istifadə edilə bilinməməsi ilə əlaqədardır. Bu kontekstdə biz tərəqqiyə xidmət edə biləcək potensialın tənəzzül mənbəyinə çevrilməsinin nümunələrini cahanın üç qitəsini - Asiya, Afrika və Avropa coğrafiyasını əhatə edən ölkələrin timsalında görmüşük. Başqa sözlə, dünya bu sindromu yaşamış ölkələrin nümunəsində iqtisadi böhran, siyasi xaos, çevriliş, inqilab və digər çoxsaylı neqativ hallara şahidlik edib.
Təbii sərvətlərdən - enerji resursları və karbohidrogen ehtiyatlarından milli maraqlara uyğun istifadə edilərək inkişaf və yüksəlişi təmin etməyin Azərbaycan nümunəsi isə müsbət və mütərəqqi örnək kimi diqqəti cəlb edir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan praqmatik enerji strategiyasının uğurla icra olunması nəticəsində həm sosial-iqtisadi inkişaf, yüksəliş təmin olunub, həm də Azərbaycanın təşəbbüsü və liderliyi ilə geostrateji əhəmiyyətli layihələr reallaşdırılıb, mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradılıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti və səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanması, sözün əsl mənasında, tarixi hadisə idi. “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq iqtisadiyyata inteqrasiyasını sürətləndirdi, regional əhəmiyyətli, qlobal xarakterli yeni əməkdaşlıq platformalarının yaranmasını təmin etdi. Şübhəsiz ki, “Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində çox mühüm rola malikdir. 1994-cü ildən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanması bu baxımdan xüsusi vurğulanmalıdır. Daha dəqiq desək, bu gün yeni kontraktlar imzalanır, Azərbaycan beynəlxalq əməkdaşlıq, enerji sahəsində böyük uğurlar əldə edir. 2017-ci il sentyabrın 14-də isə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması da mühüm əhəmiyyətə malikdir. Bu Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Bütövlükdə, Azərbaycanın liderliyi ilə regionda şaxələndirilmiş enerji dəhlizləri yaradılıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Əlbəttə, neft və qaz layihələrindən danışarkən biz həmişə enerji təhlükəsizliyindən danışırıq. Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir. Enerji resurslarının şaxələndirilməsi ən vacib məsələlərdən biridir. Burada, əlbəttə, mənbələrin şaxələndirilməsi ən vacib məsələdir. Bizim nümunəmizdə isə mənbələrin və marşrutların şaxələndirilməsindən söhbət gedir. Həmçinin düşünürəm ki, bizim uğurumuzun əsas səbəblərindən biri maraqların balansıdır - hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasındakı balans. Əminəm ki, aramızdakı bu müsbət əməkdaşlıq formatı davam edəcək”.
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir
Ümumiyyətlə, milli maraqlar nəzərə alınmaqla hazırlanan yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Azərbaycan bir neçə nəql marşrutunun yaradılmasına nail olub. 1990-cı illərin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildi. Bu, mühüm tarixi hadisə idi. Bakı-Tbilisi-Ceyhanın istifadəyə verilməsi sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdilər. Eyni zamanda, yeni nəql marşrutundan faydalanan Azərbaycan öz ixracını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Əlamətdar haldır ki, bu gün Bakı-Tbilisi-Ceyhandan digər ölkələr də faydalanırlar. Belə ki, Xəzərin şərq sahilində yerləşən ölkələr tərəfindən hasil edilən neft də artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. 2007-ci ildə isə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Beləliklə, Azərbaycan ilk dəfə olaraq beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Şübhəsiz ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istifadəyə verilməsi də əhəmiyyətli tarixi hadisə idi. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi də mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazının Gürcüstana və Türkiyəyə nəqlinə başlanıldı. Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyükhəcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Azərbaycan bu reallıqları nəzərə alaraq yeni qazötürücü xəttin - Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Buna paralel olaraq Türkiyə və Azərbaycan yeni bir layihəni irəli sürdülər. TANAP adlanan bu layihə üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzaladılar. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi. İndiyədək layihənin 4 seqmenti üzrə həyata keçirilən tədbirlər çərçivəsində “Şahdəniz” yatağının istismara hazırlanması üçün lazımi işlər görülüb, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi ilə bağlı layihələr tamamlanıb. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, həmçinin Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrləri baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin daha bir mühüm seqmentinin - Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası tamamlanıb. 2018-ci il 12 iyun tarixində Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Hazırda Cənub Qaz Dəhlizi üzrə əsas diqqət TAP seqmentinin icrasına yönəldilib. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsilə Avropaya nəql ediləcək. TAP boru kəməri layihəsi üzrə işlərin 92 faizi tamamlanıb, hazırda boru kəməri tikinti mərhələsindədir. Beləliklə, Cənubi Qaz Dəhlizi enerji təhlükəsizliyi sahəsində geniş beynəlxalq əməkdaşlıq layihəsidir. Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq “Keçən ilin fevral ayında biz 2018-ci ilin iyununda Türkiyə bazarına çatan TANAP-ın hissəsinin uğurla tamamlanması barədə məlumat verdik. Bu dəfə isə biz qürur hissi ilə artıq Türkiyə-Yunanıstan sərhədinə çatmış TANAP-ın tamamlandığını bildiririk. Bu, bizim meqalayihəmizin icrasında çox mühüm mərhələdir. Bu gün Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması vəziyyətinin çox yüksək olduğu və sizə də yaxşı məlum olduğu kimi, TAP layihəsinin təqribən 92 faiz tamamlandığı bir vaxtda ümid edirəm ki, bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik”, - deyə vurğulayıb.
Bütövlükdə, Azərbaycan regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir ki, bu da beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

