Xüsusi karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır
07.05.2020 [11:25]
Ekspertlərin fikrincə, xəstəliyin ikinci dalğasına yol verməmək üçün bütün tələblərə riayət edilməlidir
Qlobal problemə çevrilmiş yeni növ koronavirus infeksiyasının (COVİD-19) geniş yayılmasına qarşı ölkəmizdə həyata keçirilən effektiv və təxirəsalınmaz tədbirlər öz müsbət nəticəsini verməkdədir. Məhz bu tədbirlərin nəticəsidir ki, Azərbaycan dövlətinin pandemiya ilə mübarizəsi dünyada bir nümunə kimi qəbul edilir, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, pandemiya şəraitində insanların sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsinin əsas vəzifələr kimi müəyyənləşdirilməsini vacib addımlardan sayır.
Xatırlatmaq yerinə düşər ki, koronavirus pandemiyası ilə bağlı ilkin hallar üzə çıxdığı andan etibarən ölkəmizdə müvafiq dövlət qurumlarının çevik və koordinasiya olunmuş fəaliyyətini təmin etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və dövlət başçısının tapşırığı əsasında geniş Tədbirlər Planı təsdiqlənib. Bundan başqa, mart ayının 3-dən etibarən respublika üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırılıb, bütün kütləvi tədbirlər təxirə salınıb və yaxud ləğv edilib, martın 24-dən xüsusi karantin rejimi tətbiq edilib, aprelin 5-dən etibarən isə ölkədə hərəkət məhdudiyyətinin tətbiqinə başlanılıb.
Eləcə də reallaşdırılan sərt məhdudlaşdırıcı və sosial izolyasiya tədbirləri, səhiyyə sistemimizin pandemiya ilə mübarizəyə tam səfərbər olması nəticəsində artıq respublikamızda virusa yoluxma dinamikasında müsbət tendensiya müşahidə edilir, sağalan xəstələrin sayı virusa yeni yoluxanların sayını üstələyir. Bu müsbət dinamika nəzərə alınaraq ölkəmizdə aprelin 27-dən etibarən xüsusi karantin rejimində müəyyən yumşalmalar edilib. Bununla yanaşı, yeni növ koronavirus infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti mayın 31-ə qədər uzadılıb. Eyni zamanda, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib. Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir.
Ekspertlər qeyd edirlər ki, xüsusi karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır. Əgər xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər növbəti dəfə tətbiq oluna bilər.Ona görə də insanlarda təhlükənin tamamilə sovuşduğu kimi əhval-ruhiyyə yaranmamalıdır. Mövcud qaydalara riayət olunmayacağı təqdirdə, əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan karantin rejiminin qaydalarının qismən yumşaldılmasının cəmiyyətimizin gündəlik həyatında böyük hərəkətlilik yaratdığını bildirib. Millət vəkili qeyd edib ki, yumşalmalar bir tərəfdən bəzi iş yerlərinin açılması, sosial-iqtisadi münasibətlərin qismən canlanmasına səbəb oldusa, digər tərəfdən pandemiyanın mənfi təsirlərinin artmasına da gətirib çıxara bilər. S.Vəliyeva bildirib ki, karantin rejimindəki məhdudiyyətlərin bəziləri aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər: "Əhali bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir və bu səbəbdən mövcud qaydalara riayət olunması, zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Ona görə də, mütləqdir ki, karantin rejiminin qaydalarına əvvəlki qaydada riayət edək. Doğrudur, xüsusi karantin rejimindəki məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir, amma epidemioloji vəziyyət tələb edərsə, xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər".
Sədaqət Vəliyeva əlavə edib ki, indiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxala bilər.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni də ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlərin qısa zamanda mühüm nəticələr verdiyini diqqətə çatdırıb: "Pandemiyanın təsirlərinin azaldılmasına qarşı vaxtında və çevik şəkildə görülən tədbirlər ölkəmizdə yoluxmanın geniş yayılmasının qarşısını aldı. Təbii ki, burada profilaktik qaydalara, gigiyena qaydalarına ciddi riayət olunması ilə bağlı aparılan maarifləndirici işlər də mühüm rol oynadı. Eləcə də qaydalara əməl edən Azərbaycan xalqı bu sınaqdan üzüağ çıxmağı bacardı".
R.Zeyni qeyd edib ki, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zərurətə çevrilib. Bununla belə, Milli QHT Forumunun prezidenti insanların maksimum ehtiyatlı davranmasına ehtiyac olduğunu səsləndirib: "Fikrimcə, indiki halda xəstəliyin yeni dalğasına yol verməmək üçün vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Bütün tələblərə, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, məsafə saxlanılması və s. kimi qaydalara riayət olunması zəruridir. Hər kəs bilməlidir ki, dövlət rəhbərliyinin qətiyyətli qərarları və iradəsi nəticəsində pandemiyanın birinci dalğasını az itki ilə başa vurduq. Artıq insanlarımız maksimum ehtiyatlı davranmalı, hətta yumşalmalar dövründə belə bir sıra qaydalara maksimum şəkildə riayət etməlidir".
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

