/ / Prezident İlham Əliyev: Məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir yubanma yoxdur, heç bir proqramın ixtisarı nəzərdə tutulmur
Prezident İlham Əliyev: Məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir yubanma yoxdur, heç bir proqramın ixtisarı nəzərdə tutulmur
01.06.2020 [11:27]
Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə göstərilən diqqət nümunəvi xarakter daşıyır
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Bu strateji kursa uyğun olaraq respublikamızda ardıcıl şəkildə bilavasitə insanların həyat şəraitinin yaxşılaşmasını, gəlir imkanlarının artırılmasını hədəfləyən tədbirlər görülür. Ötən il ölkəmizdə Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman və sərəncamlar əsasında iki mərhələdə böyük sosial paket reallaşdırıldı və bundan bütövlükdə 4,2 milyon insan bəhrələndi.
Ölkəmizdə reallaşdırılan ardıcıl sosial siyasətin ən səciyyəvi çəhətlərindən biri isə əhalinin həssas təbəqələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmaları ilə bağlıdır. Bunu biz qaçqın və məcburi köçkün soydaşlarımızın həyat şəraitlərinin ilbəil daha da yaxşılaşdırılmasının timsalında aydın şəkildə görə bilərik. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı baş tutub.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə salınmış yeni şəhərciklərdə 3700 məcburi köçkün ailəsi yerləşdiriləcək
Azərbaycanın dərinməzmunlu sosial siyasətindən söhbət açarkən burada Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fondun fəaliyyətinin mühüm bir istiqamətini məhz sosialyönümlü layihələrin icrası təşkil edir. Fondun rəhbəri Mehriban xanım Əliyeva daim ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə hesablanan yeni təşəbbüslərlə çıxış edir. Onun həssas qruplardan olan insanların problemlərinin həllinə yardım göstərməsi, tez-tez qaçqınlarla, məcburi köçkünlərlə görüşməsi, uşaq evlərinə, internat məktəblərinə baş çəkməsi cəmiyyətdə böyük razılıqla qarşılanır. Mehriban xanım Əliyeva bir neçə il bundan əvvəl qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırıması ilə bağlı təşəbbüs irəli sürüb və Birinci vitse-prezident vəzifəsində ilk görüşünü də məhz məcburi köçkünlərlə keçirib. Mehriban xanım Əliyevanın bəhs olunan təşəbbüsü uğurla reallaşdırılır.
Paytaxtın Qobu qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni yaşayış komplekslərinin təməli də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə qoyulub. 2018-ci ildə bu ərazidə “Qobu Park-1”, ötən il isə “Qobu Park-2” yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. “Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub. Beləliklə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə salınmış yeni şəhərciklərdə 3700 məcburi köçkün ailəsi yerləşdiriləcək və burada 20 minə yaxın insan yaşayacaq.
Məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində işlər ən yüksək səviyyədə görülüb. Burada 1336 məcburi köçkün ailəsi yerləşəcək. Kompleksdə həmçinin yüksək səviyyəli sosial infrastruktur qurulub. Belə ki, “Qobu Park-3” kompleksində 960 şagird yerlik məktəb fəaliyyət göstərəcək. Kompleksin ərazisində böyük uşaq bağçası artıq tikilib və istifadəyə tam hazırdır. Şəhərciklərdəki binaların kommunikasiyaları, təchizatı ən yüksək səviyyədə təşkil edilib, tibb məntəqəsi, ticarət və iş yerləri yaradılıb. Prezident İlham Əliyev “Qobu Park-3” yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşdəki çıxışında yeni şəhərcikdə bütün işlərin yüksək səviyyədə görülməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Bildirməliyəm ki, bu şəhərciklərin tikintisinin təşəbbüskarı Mehriban xanım olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub. O vaxt bura boş ərazi idi, heç nə yox idi və demək olar ki, 3 il ərzində ardıcıllıqla burada gözəl bir şəhər yaradılıb. Çünki bu 3 şəhərcikdə toplam 20 minə yaxın insan yaşayacaq və bu, bir daha onu göstərir ki, əgər iradə varsa, əgər siyasət düzgün aparılırsa və əgər insanların ürəyində ən ülvi hisslər reallıqda öz əksini taparsa, istənilən təşəbbüs, istənilən gözəl ideya həyata keçər”.
Bəhs olunan kompleksin açılışının müstəqillik gününə təsadüf etməsi rəmzi xarakter daşıyır. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan yalnız müstəqillik dövründə öz potensialını böyük dərəcədə inkişaf etdirə bilmişdir.
Respublikamızda məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır
Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə göstərilən diqqət nümunəvi xarakter daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər. Dövlətimizin başçısının vurğuladığı kimi, məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır.
O cümlədən respublikamızda məcburi köçkünlərin sığındığı çadır şəhərciklərinin ləğv olunması böyük uğurdur. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd yerlərini tərk edən və ev-eşiklərini itirən məcburi köçkün soydaşlarımız ilk vaxtlarda çadırlarda, vaqonlarda, heç bir kommunal şəraiti olmayan tikililərdə yaşayırdılar. Dövlətimizin başçısı İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində apardığı təbliğat-təşviqat kampaniyası çərçivəsində bəyan etdi ki, məcburi köçkün soydaşlarımızın problemlərinin həlli Onun proqramının tərkib hissəsidir. Cənab İlham Əliyev söz vermişdi ki, seçicilərin etimadını qazanaraq Prezident seçiləcəyi təqdirdə cəmi 5 il ərzində ölkə ərazisindəki bütün çadır şəhərciklərinin ləğvinə nail olacaq. Prezident İlham Əliyev verdiyi vədi yüksək səviyyədə yerinə yetirdi - 5 il yox, cəmi 4 il ərzində respublikanın müxtəlif bölgələrindəki çadır şəhərcikləri ləğv edildi, onların sakinləri bütün rahatlıqlara malik mənzillərə və yaxud fərdi evlərə köçürüldülər. İndiyədək respublikamızın ayrı-ayrı regionlarında məcburi köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub. Yeni salınan komplekslərin hamısında müasir infrastruktur qurulub. Onu da nəzərə almaq lazımdır ki, ölkəmizdə böyük həcmlərdə maliyyə vəsaiti tələb edən bütün bu işlər dünyada müşahidə olunan bir sıra mənfi tendensiyaların fonunda reallaşdırılır. Azərbaycan özünün dərinməzmunlu sosial siyasətinə son vaxtlarda dünya birjalarında neftin kəskin dəyər itirməsi, həmçinin yeni növ koronavirus pandemiyası şəraitində belə sadiq qalır. Dövlət başçısının bildirdiyi kimi, məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir yubanma yoxdur, heç bir proqramın ixtisarı nəzərdə tutulmur. Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının ardıcıllıqla həyata keçirildiyini nəzərə çatdıraraq vurğulayıb: “Keçən il məcburi köçkünlər üçün rekord sayda evlər-mənzillər tikildi – 5 minə yaxın. Bu il qarşıya hədəf qoyulub ki, 7 min, bəlkə də 8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin edilsin. Əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır. Biz gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayıracağıq”.
Respublikamızda məcburi köçkünlərə göstərilən dövlət qayğısı yalnız onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə məhdudlaşmır. Azərbaycan dövləti həmçinin bu qəbildən olan insanların sosial təminatının yaxşılaşmasına və gəlir imkanlarının getdikcə artırılmasına böyük diqqət göstərir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Eyni zamanda, məcburi köçkünlərin sosial təminatı yaxşılaşır. Keçən il köçkünlərə verilən müavinətin həcmi 50 faiz artmışdır. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir”, - deyə bildirib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, məcburi köçkünlərin məşğulluğunun təmin olunması onların gəlir imkanlarının artmasına öz müsbət təsirini göstərir. İndiyədək salınan bütün yaşayış komplekslərində məcburi köçkünlərin iş yerləri ilə təmin olunmasına hesablanan müxtəlif layihələr reallaşdırılıb. Həmçinin yeni istifadəyə verilən “Qobu Park-3” yaşayış kompleksində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Xarı bülbül” xalçaçılıq və naxış emalatxanası yaradılıb. Bundan başqa, kompleksdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində daha iki biznes layihəsi həyata keçirilib. Həmin layihələr çərçivəsində qurulan müəssisələrin birində yumşaq, plastik oyuncaqlar və tekstil məhsulları istehsal olunacaq. Sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində isə tibbi heyət üçün üst geyimlərinin və kombinezonların istehsalı nəzərdə tutulub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

