Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb
02.06.2020 [09:30]
Sessiyanın ilk iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda qəbul olunub
İyunun 1-də Milli Məclisin 2020-ci il növbədənkənar sessiyasının ilk iclası keçirilib. İclası parlamentin Sədri Sahibə Qafarova açıb. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələləri müzakirə ediblər.
Milli Məclisin deputatı Nurlan Həsənov bildirib ki, son dövrlər sosial mediada müzakirələrin qəddarcasına ictimai və siyasi şəxslərə qarşı aqressiv formada və cinayət hüququna zidd şəkildə aparılması hallarının artması müşahidə olunur. Onun sözlərinə görə, bu, tək Azərbaycanda deyil, bir çox ölkələrdə mövcuddur: “Bütün bunlar hücuma məruz qalan insanların fərdi hüquqlarının pozulması ilə yanaşı, eyni zamanda, siyasi müzakirənin mövcudluğunu sual altına salır. Belə qəddar mühitdə insanlar bir çox hallarda ağır sözlərə məruz qalacağından ehtiyat edərək siyasi müzakirələrdən çəkinir və fikrini ifadə etmir. Bu isə fikir azadlığını təhlükə altına salır. Buna qarşı mübarizə aparmaq üçün hüquq-mühafizə orqanlarının sosial şəbəkələrdə olan nifrət cinayətlərinə qarşı effektiv mübarizəsi tələb olunandır. Səmərəli cinayət təbiqi cinayətkarın identifikləşməsini və sübutların qorunmasını şərtləndirir. Cinayət məsuliyyətinə səbəb olan paylaşımlar barədə məlumatların hüquq-mühafizə orqanlarına təqdim olunması isə səmərəli cinayət təqibi üçün çox vacibdir”, - deyən millət vəkili bu istiqamətdə Almaniyanın təcrübəsindən danışıb.
Millət vəkili Azər Kərimli isə çıxışında Milli Məclisin internet televiziyasının yaradılmasını təklif edib.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, Prezident İlham Əliyev məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin açılışında tariximizlə bağlı vacib fikirlər söylədi. Onun sözlərinə görə, bəzi insanlar ictimaiyyətdə elə fikir formalaşdırmağa çalışırlar ki, guya Xalq Cümhuriyyətinin varisi onlardır. S.Novruzov qeyd edib ki, bugünkü güclü inkişaf etmiş, dünyada böyük nüfuz sahibi olan Azərbaycan mövcud olmasaydı, hansı varislikdən söhbət gedə bilərdi? “Cümhuriyyətin varisi bizik. Onlar isə vətən xainləri, erməni lobbisi ilə birləşib Azərbaycana qara yaxanlardır”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
İclasda, həmçinin vitse-spiker Adil Əliyev, Milli Məclisin komitə sədrləri Zahid Oruc, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Hicran Hüseynova, deputatlardan Ceyhun Məmmədov, Erkin Qədirli, Azər Badamov, Elman Nəsirov, Anar İsgəndərov, Rauf Əliyev, İsa Həbibbəyli, Azay Quliyev, Razi Nurullayev, Sahib Alıyev, Aqil Abbas, Aydın Mirzəzadə, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Məlahət İbrahimqızı ölkə gündəmində baş verən önəmli məsələlərdən söz açıblar. Çıxışlarda dövlət qurumlarında ictimai şuraların yaradılması, sosial mediada tanınmış şəxslərə qarşı aqressiv və cinayət hüququna zidd şəkildə aparılan müzakirələrin qarşısının alınması üçün belə şəbəkə operatorlarına müəyyən öhdəliklərin qoyulması, qəzalı evlərin bərpasına diqqətin artırılması, QHT-lərin maliyyə mənbələrinin şaxələndirilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi, bəzi rayon və kəndlərdə onlayn dərslərin daha da aktiv hal alması üçün internet ötürücülərinin gücləndirilməsi kimi təkliflər səsləndirilib.
Sonra gündəliyə daxil edilən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) müzakirəsinə başlanılıb. Sədr Sahibə Qafarova bildirib ki, bu məsələ Milli Məclisin mayın 31-də keçirilən iclasında birinci oxunuşda qəbul edilib.
Sənədi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib ki, ölkəmizdə karantin rejiminin bir qədər yumşaldılması cəmiyyətdə bəzi vətəndaşların məsuliyyətsiz davranışına yol açıb. Parklarda, küçələrdə, ictimai yerlərdə sosial məsafənin qorunmaması, tibbi maskalardan istifadə edilməməsi ciddi narahatlıq doğurur. Bununla əlaqədar Nazirlər Kabineti “Karantin rejimində tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə qaydalarının tətbiqi ilə əlaqədar” qərar verib. Məcəlləyə edilən dəyişikliklər həmin hüquqi addımların davamıdır. Sənəd pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələri müəyyənləşdirir.
Dəyişikliyə əsasən, karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Fəzail Ağamalı deputat həmkarlarına pandemiya ilə əlaqədar ölkədə yaranmış vəziyyətə görə belə bir vacib sənədin hazırlanmasına dəstək verdiklərinə görə təşəkkür edib. O, sənədin birinci oxunuşda müzakirələri zamanı deputatlar tərəfindən verilən təkliflərin əhəmiyyətlilərinin layihədə işçi qrupu tərəfindən dəyərləndirildiyini vurğulayıb.
Sonra qanun layihəsi ətrafında müzakirələr aparılıb. Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, tibbi maskalardan istifadənin Nazirlər Klabinetinin müəyyən etdiyi yerlərdə pozulması halları ilə bağlı qərar qüvvədədir. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik həmin yerlərdə qaydaların pozulmasına şamil ediləcək: “Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır. Biz sadəcə burada cərimələrin miqdarını müəyyən edəcəyik. Vətəndaşlar yaxşı olardı ki, Nazirlər Kabinetinin 2 gün əvvəl olan qərarına da diqqət yetirsinlər”.
Müzakirələrdə, həmçinin komitə sədri Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, Azər Badamov, Razi Nurullayev, Əli Məsimli, Cavid Osmanov, Musa Qasımlı, Naqif Həmzəyev hazırkı dövr üçün olduqca mühüm əhəmiyyətə malik olan sənədi dəstəkləyiblər.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin iclası öz işini başa çatdırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

