Azərbaycan xalqı Prezident İlham Əliyevin daxili və xarici siyasət kursunu tam dəstəkləyir
19.06.2020 [08:55]
Hər bir dövlətin inkişafını təmin edən ən vacib amillərdən biri liderlik fenomenidir. Tarixi təcrübədən də aydındır ki, siyasi liderin nüfuzu, təsir qüvvəsi onun ölkə daxilində, xalq arasında populyarlığından asılıdır. Liderin rəhbərliyi dövründə sosial, iqtisadi və siyasi sahədə apardığı işlərin nəticələrinə görə insanların müəyyən rəyləri formalaşır. Bu kontekstdə Azərbaycan təcrübəsi də cəlbedici nümunə kimi diqqət çəkir. Azərbaycanın müstəqil dövlət kimi dayanıqlı inkişafını təmin edən mühüm amillərdən biri xalqın öz liderinə güvənməsi, onun siyasətini tam dəstəkləməsidir. Daha dəqiq desək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində möhtəşəm uğurlar qazanan, beynəlxalq müstəvidə öz mövqeyini möhkəmləndirən Azərbaycanda xalq-iqtidar birliyi sarsılmaz əsaslara söykənir.
Müasir mərhələdə ölkəmizin inkişafını və milli gücünün artmasını təmin edən fakorlardan biri bütün sahələri əhatə edən çoxşaxəli islahatların həyata keçirilməsidir. Bu kontekstdə institusional və struktur islahatları böyük əhəmiyyət daşıyır. 2016-cı ildə ümumxalq səsverməsi - referendum əsasında ölkə Konstitusiyasına mühüm dəyişikliklərin edilməsi bəhs olunan islahatların effektivliyini təmin edən amillərdəndir. Xüsusilə də, vitse-prezidentlik institutunun yaradılması bu baxımdan ayrıca qeyd edilməlidir. 21 fevral 2017 -ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edildi. Ötən müddətdə əldə olunan uğurlar təsdiqləyir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin çevikliyini və səmərəliliyini artırıb.
Qeyd etmək yerinə düşər ki, ötən müddət ərzində Azərbaycan cəmiyyəti Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsində çoxşaxəli fəaliyyətini böyük rəğbətlə qarşılayıb. Vətəndaşlar məhz inandıqları, etimad bəslədikləri Mehriban xanım Əliyevanın təyinat aldığı yeni məsuliyyətli vəzifədə Azərbaycan naminə fədakar fəaliyyətini təqdir edirlər. O, ölkə daxilində mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, ölkə xaricində isə zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Bütün bunlar həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə təqdirlə qarşılanır.
Ümumiyyətlə, 2003-cü ildən ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha göstərir ki, Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasət kursunu dəstəkləyir və Onun yanındadır. Bu gün Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsinin şahidiyik. Sözsüz ki, bunu istəməyənlər çoxdur. Bu qüvvələr həm daxildə, həm də xaricdə fəaliyyət göstərirlər. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq böyük, qlobal layihələrlə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi olduqca çətin prosesdir. Təsadüfi deyil ki, son 2 il ərzində Prezident İlham Əliyevin iradəsi ilə reallaşan Bakı-Tbilisi- Qars, TAP, TANAP və digər qlobal layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən dünya erməniləri tərəfindən ciddi qıcıqla qarşılandı. Həmin qüvvələr tərəfindən Azərbaycanın liderlik etdiyi enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi şəkildə əngəl törədilməyə çalışılsa da, onlar buna nail ola bilmədilər.
Hər bir dövlətin inkişafı üçün dünyada cərəyan edən proseslərdən ciddi nəticə çıxararaq siyasi kurs yürütmək olduqca vacibdir. Bu kontekstdə planetin az qala bütün nöqtələrində güc mərkəzləri arasında davam edən qarşıdurmaları xüsusilə qeyd etmək lazımdır. Ümumiyyətlə, son zamanlar beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslər müşahidə edilir. Rusiya-ABŞ, ABŞ-İran münasibətlərinin pik həddədək pisləşməsi, Suriyada davam edən münaqişə, Ukraynada və ümumiyyətlə, bütün Avropada gedən proseslərdə güc mərkəzlərinin maraqlarının toqquşması, Çin və ABŞ arasında soyuq iqtisadi müharibə, Trampın İranla bağlı sanksiyalara start verməsi, Qara dənizdə faktiki olaraq Rusiya və NATO hərbçilərinin üz-üzə gəlmələri, Rusiya və ABŞ arasında faktiki olaraq orta və yaxın mənzilli raketlərlə bağlı müqavilədən imtina və s. Bununla yanaşı, Avropa İttifaqının (Aİ) aparıcı dövləti Fransada “sarı jiletlilər” aksiyası, ABŞ-da qaradərilinin polis tərəfindən döyülərək öldürülməsindən sonra başlanan və kütləvi xarakter alan aksiyalar bir daha sübut etdi ki, beynəlxalq aktorlar xarici və daxili siyasi davranışlarını yüz ölçüb, bir biçməlidirlər. Göründüyü kimi, regionda təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitlik hökm sürür ki, bu da səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir.
Ümumiyyətlə, xalqın rifahı, dövlətin gücü həm də ölkə daxilində olan sosial - siyasi vəziyyətdən, milli xüsusiyyətləri qoruyan mühitdən asılıdır: 2018 -ci ilin Prezident seçkilərindən sonra biz ölkəmizdə bütün sahələrdə baş verən yeniliklərin, islahatların şahidi olmaqdayıq. Buraya idarəetmə, vergi, aqrar, sosial, məhkəmə sahələrindəki islahatları da aid edə bilərik. Qısa zaman kəsiyində əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, aztəminatlı ailələrə, şəhid ailələrinə, veteranlara dövlət qayğısının, pensiya və təqaüdlərin, maaşların, o cümlədən minimum əmək haqlarının artırılması istiqamətində atılan addımlar bunun bariz nümunədir. Dövlət başçısı tərəfindən son dövrlərdə imzalanan Fərman və sərəncamlardan cəmiyyətin bütün sosial kateqoriyalarından olan vətəndaşları yararlana bildi. 2019 -cu il ərzində əhalinin müxtəlif sosial qruplarının, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, veteranların, tələbələrin, təqaüdçülərin və digər kateqoriyalara aid olan vətəndaşlarımızın maddi durumunun yaxşılaşdırılması istiqamətində tədbirlər görülmüşdür. Bütün bu addımlar Prezident tərəfindən həyata keçirilən kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda, ötən ilin fevral ayında ölkə başçısının problemli kreditlərlə bağlı imzaladığı Fərman təqdirəlayiqdir. Həmçinin son aylar ərzində idarəetmədə baş verən struktur islahatlarını da qeyd etmək xüsusilə vacibdir.
Ümumiyyətlə, regionun aparıcı dövləti kimi Azərbaycanda daha çevik struktura malik optimal idarəetmə tətbiq edilir. Burada strateji uğurların davamlılığını təmin etmək üçün daha səmərəli şərtlər formalaşdırmaq ciddi əhəmiyyət kəsb edir. Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və siyasi-iqtisadi proseslərə adekvat cavab verən uyğunluğu təmin etməkdir. Struktur islahatları “yaxşı idarəetmə” və “açıq hökumət” prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir. Sözsüz ki, həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyini də artıracaq və davamlı hal alacaq. Eyni zamanda, həyata keçirilən islahatlar ölkəmizdə biznes mühitinin daha da yaxşılaşmasına, dövlət xidmətlərinin daha əlçatan və keyfiyyətli olmasına, müxtəlif sosial kateqoriyalar olmaqla ümumillikdə Azərbaycan vətəndaşının daha firavan yaşamasına xidmət edəcək.
Təbii ki, dövlətçiliyimiz qarşısında indi dayanan ən böyük çağırış Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əlbəttə, bu konteksdə informasiya müharibəsi, iqtisadi güc və siyasi imic səngərdən heç də az əhəmiyyət daşımır. Son bir neçə il ərzində Azərbaycan diplomatiyası informasiya müharibəsi şəraitində həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində öz haqq səsini dünyaya çatdırmağı qarşısına məqsəd qoyub və buna nail ola bilib. Bu istiqamətdə təkcə son 3 il ərzində bir-birindən nüfuzlu beynəlxalq təşkilatların Azərbaycan ərazi bütövlüyünə verdikləri dəstək mühüm əhəmiyyətə malikdir. 2018-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlığın prioritetləri” adlı sənəd imzalanıb, sənəddə Azərbaycanın ərazi bütövlüyünə hörmət öz əksini tapıb. Həmin ilin sonlarına yaxın NATO-nun Zirvə görüşündə qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. 2019-cu ilin payızında Qoşulmama Hərəkatının Bakıdakı Zirvə toplantısında isə dünyanın 120-dən artıq ölkəsi Ermənistanı işğalçı ölkə adlandırıb. Ötən ilin Münhen və Aşqabad toplantılarında Ermənistan Baş nazirinin Prezidentimiz tərəfindən susdurulmasını da nəzərə alsaq, bütün bunlar Azərbaycanın mövqeyini gücləndirən mühüm arqumentlər və resurslardır.
Beləliklə, yeni mərhələdə Azərbaycan dövləti mühüm çağırışlarla qarşı-qarşıyadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkənin dinamik inkişafının davam etdirilməsi, xalq-iqtidar birliyinin, respublikanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi baxımında mühüm əhəmiyyət kəsb edir.
Zaur Məmmədov
Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə
fəlsəfə doktoru, Bakı Politoloqlar Klubunun sədri
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

