Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İƏT-in Əlaqə Qrupunun Cammu və Kəşmir üzrə onlayn görüşü keçirilib

İƏT-in Əlaqə Qrupunun Cammu və Kəşmir üzrə onlayn görüşü keçirilib

22.06.2020 [23:18]

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əlaqə Qrupunun Cammu və Kəşmir üzrə onlayn görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov görüşdə iştirak edib.

Elmar Məmmədyarov çıxışında Azərbaycanın beynəlxalq birliyin məsul üzvü olaraq Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə, sülh yolu ilə həllini dəstəklədiyini söyləyərək deyib: “Nəticədə məsələnin davamlı həllinə səbəb olacaq səyləri davam etdirməyə aşkar bir ehtiyac var. Cammu və Kəşmir məsələsi ilə əlaqəli bütün həll edilməmiş məsələlərin sülh yolu ilə həlli, daha geniş Cənubi Asiya bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Cammu və Kəşmir üzrə İƏT Əlaqə Qrupunun üzvü olaraq, Azərbaycan bu formatı İƏT üzvü olan dövlətlərin müvafiq İƏT qərarlarından irəli gələn öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini nəzərdən keçirmək üçün vacib və faydalı bir mexanizm hesab edir. Azərbaycan yaxın vaxtlarda bölgədə sülhün və əmin-amanlığın bərqərar olacağına inamla Təmas Qrupunun işində fəal iştirakını davam etdirəcək”.

Nazir Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal edildiyini, habelə bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, işğal olunmuş ərazilərimizdə çoxlu sayda Azərbaycan tarixinə və İslam irsinə aid əsərlər də daxil olmaqla çoxsaylı tarixi, mədəniyyət və dini abidələr vəhşicəsinə məhv edilib. Azərbaycan hökuməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurası və İƏT-in müvafiq qətnamələri əsasında sülh yolu ilə həllinə sadiq qalsa da, Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam əsasda bərpa etmək üçün lazım olan bütün vasitələrdən istifadə etməklə qanuni haqqını qoruyub saxlayır.

“Sonda vurğulamaq istərdim ki, COVID-19 pandemiyasının çətin şərtlərində beynəlxalq birlik bundan sonra təcavüz və işğalın nəticələrini daha da möhkəmləndirmək məqsədilə beynəlxalq münasibətlərin hazırkı vəziyyətindən istifadə etmək istəyənlərin səylərinə qarşı durmaqda xüsusi hazır olmalıdır. Bu baxımdan İƏT çərçivəsində birlik və birgə fəaliyyət həmrəyliyimizin möhkəmləndirilməsində çox vacibdir”, - deyə Elmar Məmmədyarov vurğulayıb.

Paylaş:
Baxılıb: 325 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31