/ / Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib
26.06.2020 [09:28]
İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: “Müstəqillik dövründə ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur. Görülən işlər sırasında ordu quruculuğu mühüm əhəmiyyət daşıyır. Ümummilli Liderimiz Heydər Əliyevin 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi qəbul etdiyi ilk qərar Naxçıvanda Dövlət Milli Müdafiə Komitəsinin yaradılması oldu. Həmin dövrdə qəbul olunan bu qərar Naxçıvanın müdafiəsi ilə yanaşı, həm də ölkəmizin ordu quruculuğu tarixində mühüm mərhələdir. 1992-ci il sentyabrın 15-də Dövlət Milli Müdafiə Komitəsinin bazasında 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada, 1995-ci il mayın 21-də isə motoatıcı briqadanın nəzdində motoatıcı diviziya yaradıldı. O dövrdə Ulu Öndərin həyata keçirdiyi ordu quruculuğu tədbirlərinin tərkib hissəsi kimi Naxçıvanda diviziyanın yaradılması böyük qətiyyət tələb edirdi”.
Ali Məclisin Sədri deyib: “1998-ci ilin dekabrın 8-də isə Naxçıvan ordu korpusu yaradıldı. Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövrün tələbinə uyğun olaraq ordu quruculuğu sahəsində görülən işlər bütün sahələrdə inkişafı təmin etmişdi. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, “Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır”. Bu gün Ulu Öndərimizin ordu quruculuğu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ordusu dünyanın güclü orduları sırasında öz yerini tutub. Görülən işlərin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanı ilə 5 saylı ordu korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb”.
Ali Məclisin Sədri deyib: “Son illər muxtar respublikada ordu quruculuğu sahəsində görülən tədbirlər, Günnüt əməliyyatı, Sədərək rayonunda torpaqların işğaldan azad olunması, sərhədlərin möhkəmləndirilməsi və digər tədbirlər bir daha təsdiq etdi ki, Əlahiddə Ümumqoşun Ordunun yaradılması və fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Bütün bunlar ölkə Prezidentinin muxtar respublikanın müdafiə təhlükəsizliyinin təmin olunmasına göstərdiyi diqqətin nəticəsidir. Əlahiddə Ümumqoşun Ordunun yaradılması ilə muxtar respublikada mərkəzi qərargah və təlim-tədris mərkəzi təşkil edilmiş, Silahlı Qüvvələrimizin Naxçıvandakı bütün ordu, birləşmə və hissələrinin daxil olduğu Naxçıvan Hərbi Qarnizonu formalaşmış, vahid fəaliyyət proqramı müəyyənləşdirilmişdir”.
26 İyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür. Bu gün hər kəs ordumuzla qürur duyur, Silahlı Qüvvələr Günü bayram kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 25 iyun tarixli Sərəncamına əsasən Naxçıvan Hərbi Qarnizonunun rəisi Kərəm Nəriman oğlu Mustafayevə general-polkovnik ali hərbi rütbəsi verilmiş, digər Sərəncamla isə 5 zabit orden və medallarla təltif olunmuşdur.
Ali Məclisin Sədri 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Silahlı Qüvvələrimizin Naxçıvandakı ordu, birləşmə və hissələrinin şəxsi heyətini, onların ailə üzvlərini, şəhid ailələrini, müharibə veteranlarını, muxtar respublika əhalisini təbrik edib, general-polkovnik ali hərbi rütbəsini Kərəm Mustafayevə təqdim edib.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev çıxış edərək deyib: “Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı hərtərəfli, məqsədyönlü siyasət nəticəsində ordumuz nəinki Cənubi Qafqazda, hətta Müstəqil Dövlətlər Birliyi məkanında öz gücü ilə seçilən ordudur. Ulu Öndərin böyük ruhu qarşısında baş əyir, cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanına və Ali Məclisin Sədrinə minnətdarlığımı bildirirəm”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

