/ / Əli Əhmədov: İnsanlarımızın xoşniyyətli yürüşündən bəd məqsədlərlə istifadə etmək istəyənlərə ar olsun!
Əli Əhmədov: İnsanlarımızın xoşniyyətli yürüşündən bəd məqsədlərlə istifadə etmək istəyənlərə ar olsun!
16.07.2020 [09:43]
Baş Nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində ötən gün Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüş - mitinqdə təxribat törədilməsinə münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, Əli Əhmədovun paylaşımında deyilir: “İyulun 14-də gecə saatlarında Azərbaycan gənclərinin Ordumuza dəstək məqsədilə çoxminli yürüşü keçirilmişdir. Gənc vətənpərvər insanlarımızın Azərbaycan Ordusuna dəstək yürüşü ordu-xalq birliyinin bariz ifadəsi, əsgərlərimizin Vətənimiz naminə rəşadətlərinin ilham mənbəyi kimi qürurverici hadisədir. Bu yürüş həm də erməni quldur ordusuna, bütünlükdə işğalçılara Azərbaycanın gücünü, mətanətini və qətiyyətini nümayiş etdirdi”.
Əli Əhmədovun sözlərinə görə, bəzi məkrli qüvvələrin saf niyyətli vətənpərvər gənclərimizin Ordumuza və əsgərlərimizə mənəvi dəstək yürüşündən öz çirkin məqsədləri üçün istifadə etmək cəhdləri təəssüf doğurmaya bilməz: “Yürüşün keçirildiyi bir vaxtda səsləndirilən təhrikçi çağırışlar, ictimai asayişi pozmaq cəhdləri kimlərinsə ölkədə sabitliyə zərbə vurmaq, xalqın birliyi və həmrəyliyinə nifaq salmaq arzusu olub, mahiyyət etibarilə düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Xalqımızın Vətən uğrunda həlak olan qəhrəmanlarını son mənzilə yola saldığı, əsgərlərimizin yağı düşmənlərin hücumlarının qarşısını alıb, onlara sarsıdıcı zərbələr endirdiyi həssas bir zamanda daxili sabitliyi pozmağa cəhd göstərənlərin əməlləri arxadan vurulan bıçağı xatırladır.
İnsanlarımızın xoşniyyətli yürüşündən bəd məqsədlərlə istifadə etmək, qarşıdurma yaratmaq, süni surətdə ictimai narazılıq toxumu səpmək yolu ilə xalqın birliyini pozmaq istəyənlərə ar olsun. Unutmasınlar ki, Vətənini, xalqını, dövlətini, Prezidentini ürəkdən sevən hər bir Azərbaycanlı onlara qarşıdır, onlara nifrət edir. Bu isə on minlər, yüz minlər, milyonlar deməkdir”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

