/ / Qürurla deyə bilərik ki, bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə düşməni yerində oturda bilən güclü ordumuz var
Qürurla deyə bilərik ki, bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə düşməni yerində oturda bilən güclü ordumuz var
17.07.2020 [08:18]
Ermənistan ölkəmizə qarşı törətdiyi hərbi-siyasi təxribatdan sonra aciz vəziyyətə düşüb və nicat axtarmağa başlayıb. Bu, düşmən ölkənin qorxaqlığı, çarəsizliyidir. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti bir sıra mühüm məsələlərə toxunaraq sərhəd bölgəsində Azərbaycan ordusunun qətiyyətli cavabından sonra işğalçı ölkənin düşdüyü vəziyyətlə bağlı bir sıra mühüm məsələlərə toxundu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, Ali Baş Komandanımız Ermənistanın riyakarlığını, qorxaqlığını beynəlxalq hüquqa zidd olan davranışlarını və eyni zamanda, baş nazir Paşinyanın diktaturaya, faşizmə və işğalçılığa əsaslanan rejimini bir daha ifşa etdi. Aydın oldu ki, işğalçı ölkənin düşdüyü vəziyyətdən çıxış yolları arayarkən atdığı addımlar yenə də qorxaqlıq və xofdan doğan riyakar axtarışlardır. Bunun ən bariz nümunəsi özünü qorumaq instinkti ilə dərhal KTMT-yə müraciət etməsidir. Halbuki elə həmin baş nazir Paşinyan bir müddət öncə KTMT baş katibinin həbs edilməsi ilə bağlı qərar qəbul etmişdi. İndi isə həmin hərbi-siyasi təşkilatdan imdad dilənməyə məcbur olub. Bax məsələnin riyakarlıq tərəfi elə buradadır. “Şübhəsiz ki, onun bu yalvarışları cavabsız qaldı və qalacaq. Hər şeydən əvvəl ona görə ki, KTMT-ə üzv olan ölkələrin hər biri ilə ayrılıqda Azərbaycanın xüsusi münasibətləri var və bəzən bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bundan başqa, həmin ölkələrin liderləri ilə Azərbaycan Prezidentinin xüsusi münasibətləri var. Müxtəlif çətinliklər zamanı Azərbaycan həmin ölkələrin yanında olub və ən müxtəlif vasitələrlə yardım edib. Ona görə də hazırkı vəziyyətdə də adekvat münasibət gözləyir və əslində elə bu münasibəti də görür. Beləliklə, qorxaq və riyakar Paşinyanın qorxusundan KTMT-nin çətiri altında gizlənmək niyyəti də baş tutmur”, - deyə deputat əlavə edib.
H.Babaoğlu vurğulayıb ki, Azərbaycan heç kəsin torpağını işğal etməyib, işğalçı Ermənistandır və dərhal işğal etdiyi torpaqları boşaltmalıdır: “Bu mənada beynəlxalq hüquq da, haqq da, ədalət də Azərbaycanın yanındadır. KTMT-ə üzv olan ölkələr də bunu yaxşı bilirlər. Ancaq bir məsələni də mütləq vurğulamaq lazımdır ki, milli davamızda ölkəmizin bütün resursları Azərbaycan milli maraqlarını müdafiə etməyə səfərbər olunmalıdır. Bu gün qürurla söyləyə bilirik ki, güclü Ordumuz var və bu ordu Ali Baş Komandanımızın rəhbərliyi altında düşmənə layiqli cavab verməklə onu yerində oturda bilir və bu, mütləq nəticə etibarilə torpaqlarımızın azad edilməsinə gətirib çıxaracaq”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

