/ / Milli Məclisin deputatı Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib
Milli Məclisin deputatı Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib
21.07.2020 [09:20]
İyulun 18-də 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin Sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videoqəbulda deputat seçicilərin Çinarlı qəsəbə ərazisində kabelləşmənin həyata keçirilməsi, rayonun dağ kəndləri olan Yeni Göyçə, Günəşli, Varlı Həyat, Qaraqoyunlu, Dağ Cəyir, Aşağı Çaykənd, Yuxarı Çaykənd kəndlərinə rayon mərkəzindən marşrut xəttinin açılması, Çinarlı qəsəbə ərazisində içməli su probleminin həlli, Varlı Həyat, Qaraqoyunlu, Aşağı Çaykənd, Yuxarı Çaykənd kəndlərinə internet xəttinin çəkilməsi, işlə təmin olunmaya köməklik göstərilməsi, əlillik müavinətinin bərpası və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Qeyd olunub ki, bugünkü görüş Sahibə Qafarovanın bu formatda sayca beşinci görüşüdür. Bundan öncə keçirilən videoqəbullarda seçicilər tərəfindən qaldırılan bir sıra məsələlər artıq həllini tapıb. Bəzi məsələlərin aradan qaldırılması ilə bağlı hazırda iş aparılır. Sahibə Qafarova qeyd edib ki, seçiciləri narahat edən bu kimi məsələlərin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin olunması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin başlıca prioritetlərindəndir. O, son illərdə ölkəmizdə çox mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinin reallaşdırıldığını, Şəmkir rayonunda da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Milli Məclisin Sədri deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşları dayanır. Bu siyasətin məqsədi insanlarımızın daha rahat, daha yaxşı həyat şəraitinin təmin olunmasıdır. Deputat ölkəmizdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələrin əhəmiyyəti barədə də məlumat verib.
Sahibə Qafarova, həmçinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da danışaraq vətəndaşları xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, tibbi maskalardan istifadə etməyə, zəruri sosial davranış və tibbi - profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə çağırıb.
Sahibə Qafarova videoqəbulda seçicilərə, həmçinin iyulun 12-də Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi növbəti hərbi təxribat barədə də məlumat verərək qeyd edib ki, Ermənistanın bu təxribatının qarşısı Ordumuz tərəfindən qətiyyətlə alınıb, düşmənə adekvat cavab verilib. Döyüşlər zamanı hərbi bölmələrimizin cavab tədbirləri nəticəsində düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Döyüşlər başladığı andan Azərbaycan xalqının birmənalı olaraq Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu nümayiş etdirdiyini bildirən Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycanın qüdrətli Ordusu düşmənin bundan sonra da istənilən təxribatının qarşısını almağa hazırdır.
Qeyd edək ki, görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün icra hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər bir qisim müraciətlərin araşdırılması üçün aidiyyətı orqanlara sorğular göndərilib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

