/ / Hikmət Babaoğlu: Azərbaycan dövləti istənilən şəraitdə öz vətəndaşının yanında olduğunu göstərdi
Hikmət Babaoğlu: Azərbaycan dövləti istənilən şəraitdə öz vətəndaşının yanında olduğunu göstərdi
22.07.2020 [09:27]
Azərbaycan Ordusu işğalçı Ermənistanın ölkəmizlə dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozmaqla törətdiyi təxribatın qarşısını qətiyyətlə aldı. Təcavüzkar Ermənistan bu təxribatla əldə etmək istədiyi hədəflərin heç birinə çata bilmədi. Bununla yanaşı, baş verən hadisələrin fonunda Azərbaycan xalqı öz Prezidentinə, Ali Baş Komandanına və milli ordusuna böyük inam və etimadını, dəstəyini qətiyyətlə nümayiş etdirdi.
Trend-in məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, bəhs olunan proseslər və hadisələr kontekstində Azərbaycan dövləti güclü siyasi iradə ortaya qoyaraq istənilən şəraitdə öz vətəndaşlarının yanında olduğunu göstərdi: “Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması da bunun bariz nümunəsidir. Biz 2016-cı ildə də analoji yanaşmanı müşahidə etmişdik. Ermənistanın hərbi təxribatları zamanı zərər yetirilmiş yaşayış məntəqələrində bərpa işləri görülmüş, mülki əhalinin problemlərinin həlli istiqamətində ardıcıl addımlar atılmışdı. Bütün bu faktlar öz növbəsində Azərbaycan dövlətinin vətəndaşların təhlükəsizliyinin təmin olunmasını, rifahının yükəldilməsini daim diqqət mərkəzində saxladığını əyani surətdə nümayiş etdirir.
Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır. Son 17 ilin təcrübəsində davamlı olaraq müşahidə etmişik ki, təbii fəlakət, düşmənin hərbi təxribatları və digər bu kimi müxtəlif çətinliklərlə üzləşən vətəndaşların problemləri məhz dövlət tərəfindən aradan qaldırılıb, bu məsələlər şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olub”.
H.Babaoğlu əlavə edib ki, görülən tədbirlər dövlətin sosial davranışından daha çox, dövlət başçısının vətəndaşlara xüsusi qayğısı kimi qiymətləndirilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

