/ / Prezidentin köməkçisi: Ermənistanın beynəlxalq sülh təşəbbüslərini dəstəkləməsi ilə bağlı bəyanatları riyakarlıqdan başqa bir şey deyil
Prezidentin köməkçisi: Ermənistanın beynəlxalq sülh təşəbbüslərini dəstəkləməsi ilə bağlı bəyanatları riyakarlıqdan başqa bir şey deyil
22.07.2020 [09:35]
Azərbaycan Silahlı Qüvvələri tərəfindən mülki obyektlərin, o cümlədən kritik infrastrukturun hədəfə alınması Azərbaycanın heç zaman siyasəti olmayıb, olmayacaq da. Bu, Ermənistandır ki, belə məsələləri siyasi məqsədlər üçün, dezinformasiya məqsədilə istifadə edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iyulun 21-də mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Metsamor AES-lə bağlı Ermənistanda səslənən fikirlərə münasibət bildirərkən söyləyib.
Hikmət Hacıyev deyib ki, Ermənistanın əvvəlki prezidenti ölkəsinin arsenalında olan “İsgəndər” və “Skad” raketləri ilə Azərbaycanın Bakı və onun ətrafında yerləşən neft-qaz infrastrukturlarını birbaşa vurmaqla hədələyib. Bundan əlavə, Ermənistanın siyasi-hərbi rəhbərliyi onların arsenalında olan “İsgəndər” və digər raket sistemləri vasitəsilə Azərbaycanın Mingəçevir Su Anbarını vurmaqla hədələyib, həmçinin Azərbaycanın şəhərlərini darmadağın edəcəkləri ilə bağlı təhdid xarakteri daşıyan açıqlamalarla çıxış edib. Bundan başqa, hadisələrin gedişi zamanı Ermənistan tərəfindən Azərbaycan Respublikasının kritik əhəmiyyət daşıyan infrastrukturlarının, həmçinin neft-qaz boru kəmərlərinin hədəfə alınacağı xarakteri daşıyan açıqlamalar verilib. Bütün bunlar bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin açıq niyyətini göstərməkdədir.
“Bir daha qeyd etmək istəyirəm ki, Ermənistandan fərqli olaraq Azərbaycan tərəfindən hər hansı strateji obyektlərin hədəfə alınması kimi siyasətimiz yoxdur. Bununla bağlı yalnız fərdi əsasda söylənilən hər hansı fikri Ermənistan tərəfi məqsədyönlü şəkildə dezinformasiya kimi istifadə etmək istəyir və burada da Ermənistanın məqsədi öz çirkin niyyətlərini, cinayətlərini ört-basdır etməkdən, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdan ibarətdir.
Bilirsiniz ki, BMT-nin Baş katibi tərəfindən qlobal atəşkəs təşəbbüsü irəli sürülüb. Dünyanın bir çox dövlətləri hətta Ermənistan tərəfi də buna qoşulub. Amma BMT-nin Baş katibinin qlobal atəşkəs haqqında təşəbbüsünü dəstəklədiyini iddia edən Ermənistan iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəsi kobud şəkildə pozaraq bu təxribatı törətdi. Bu, bir daha açıq şəkildə göstərir ki, Ermənistanın yürütdüyü siyasət riyakarlıqdır. Onun beynəlxalq sülh təşəbbüslərini dəstəkləməsi haqqındakı fikir və bəyanatları riyakarlıqdan başqa bir şey deyil. Ermənistan iyulun 12-də törətdiyi təxribatla əsl xislətini bir daha nümayiş etdirdi.
Hadisələrin gedişi onu göstərir ki, yalnız atəşkəs kifayət deyil. Ermənistan atəşkəsin arxasında gizlənərək Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirir. Son hadisələr də onu göstərdi ki, işğal və təcavüzə son qoymaq lazımdır. Münaqişənin fundamental həllini tələb edən əsas şərtlərdən və amillərdən biri Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünə son qoyulmasıdır. Təcavüz aktına soy qoymaqla bərabər, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi təmin olunmalıdr. Ümumiyyətlə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi mexanizmlərinə yenidən baxılmalıdır”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

