Unutmaq olmaz ki, hələ pandemiya tam aradan qalxmayıb...
13.08.2020 [08:34]
Ekspertlərin fikrincə, sanitar-gigiyenik qaydalara riayət edilməməsi əldə olunan müsbət dinamikanın yenidən pozulmasına gətirib çıxara bilər
Məlum olduğu kimi, dövlət tərəfindən həyata keçirilən effektiv və təxirəsalınmaz tədbirlər yeni növ koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısını alıb. Belə ki, artıq avqust ayınının əvvəllərindən etibarən bu xəstəlikdən sağalanların sayı gündəlik yoluxma sayını üstələyir. Təbii ki, əldə olunan bu müsbət nəticəni qoruyub saxlamaq, yoluxma sayının artmasına imkan verməmək üçün inzibati tədbirlərlə yanaşı vətəndaş məsuliyəti də ilkin şərtlərdəndir. Vətəndaşlar dərk etməlidirlər ki, pandemiyadan qorunmaq üçün tibbi maskadan istifadə və sanitar-gigiyenik qaydalara riayət olunması vacibdir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli də bildirib ki, hazırda yoluxma sayının azalması tendensiyasını qorumaq üçün birmənalı şəkildə vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Millət vəkili qeyd edib ki, adi sanitar-gigiyenik qaydalara riayət edilməməsi əldə olunan müsbət dinamikanın yenidən pozulmasına gətirib çıxara bilər: “Avqust ayının əvvəlindən başlayaraq bir sıra yumşalmaların tətbiqi vətəndaşlarda arxayınlıq yaratmamalıdr. Bu günlərdə çimərliklərdə yaşanan izdiham, intizamsızlıq neqativ hallara gətirib çıxarar. Neqativ halların yaranmaması üçün vətəndaşlarımız mütləq şəkildə məsuliyyətli olmalı, Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl etməlidirlər. Unutmaz olmaz ki, hələ də pandemiya tam aradan qalxmayıb. Dövlətimizin və səhiyyəmizin bütün imkanları vətəndaşların sağlamlığının qorunmasına səfərbər edilib. Bunun qarşılığında vətəndaşlar qaydalara riayət etməli, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə edilməməlidirlər, evdə qalınmalıdır”.
Millət vəkili deyib ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Həmrəylik və sadə qaydalara əməl edilməsi həyatımızın yenidən öz adi axarına qayıtmasında mühüm rol oynayacaq.
Milli Məclisin deputatı Afət Həsənova da insanlarımızı diqqətli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərərgahın qoyduğu qaydalara riayət etməyə çağırıb. Millət vəkili bildirib ki, son günlərin statistikası, yəni yoluxmaların sayında azalma, sağalanların sayında isə artım ümidvericidir, lakin bu nəticələri uğurlu sonluğa çatdırmaq üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik: “Məlum olduğu kimi, son günlərdə sərt karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlar verilib. Lakin biz elə etməliyik ki, bu qərarlar davamlı olsun və uğurlu sonluqla nəticələnsin. Bunun üçün biz sadə qaydalara əməl etməliyik. Hesab edirəm ki, tibbi maska taxmaq, sosial məsafəni qorumaq və tələb olunan digər qaydalara riayət etməklə bu bəladan daha tez və daha az itki ilə qurtula bilərik”.
Millət vəkili onu da əlavə edib ki, post-pandemiya dövründə də hələ uzun müddət gigiyena və sosial məsafə qaydalarına riayət etmək və tibbi maska taxmaq məqsədəuyğundur: “Nəzərə almalıyıq ki, bu virus hələ uzun müddət bizimlə olacaq, yəni biz bu virusla birgə yaşamağa məcburuq. Lakin qaydalara əməl etsək, virus bizim həyatımıza o qədər də təsir etməyəcək, sərt karantin şəraitində yaşamaq məcburiyyətində qalmayacağıq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

