Bölgədəki seysmoloji gərginlik “Metsamor” AES-i real fəlakət mənbəyinə çevirib
14.08.2020 [11:38]
İstismar müddəti çoxdan başa çatan, artıq qəzalı vəziyyətdə olduğu üçün dəfələrlə işi dayandırılan Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının (AES) regiona yaratdığı böyük təhlükə yenidən gündəmə gəlib.
AZƏRTAC xəbər verir ki, avqustun 12-də Türkiyə vaxtı ilə saat 2.29-da İqdırda baş verən Rixter cədvəli üzrə 4.4 bal gücündə zəlzələ qardaş Türkiyədə böyük təşviş yaradıb. Əhalini təşvişə salan bu yeraltı təkan haqlı olaraq belə bir sual yaradıb: “Bölgədə daha güclü zəlzələ baş versə “Metsamor” AES” region ölkələrinə nə vəd edir?” Nüfuzlu “Yeşil İqdır” qəzetinin baş redaktoru, tanınmış türkiyəli publisisti Cabbar Şıktaşın açıqlaması “Zəlzələdən yox, “Metsamor”dan qorxun!” sərlövhəsi ilə yayılıb. Baş redaktorun məsələ ilə bağlı fikir və mülahizələri həyəcan təbilidir. Müəllif yazır ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin olmaması bu problemin unudulmasına səbəb olmamalıdır. Burada böyük bir məsuliyyət var. Beynəlxalq hüquq və dünyada ekoloji təhlükəsizliyin qorunması şərtləri “Metsamor”un fəaliyyətinin dərhal dayandırılmasını tələb edir.
Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, avqustun 12-də İqdırda baş vermiş zəlzələ ətraf bölgələrdə də hiss olunub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi faktı təsdiqləyib. Bildirilir ki, ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda 3 bala qədər hiss olunub. Bu zəlzələ “Metsamor”un yerləşdiyi ərazidə daha çox hiss olunub.
Təəssüf ki, Ermənistan hökuməti regiondakı qonşuları ilə daha şəffaf olmaq üçün siyasi niyyət və iradəsini nümayiş etdirmək, həmçinin AES-in təhlükəsizliyinə dair narahatlıqlarla bağlı daha açıq mövqe tutmaq əvəzinə bu məsələ ilə bağlı olduqca məsuliyyətsiz bir davranış sərgiləyir. Belə təəssürat yaranır ki, “Metsamor” Ermənistan hakimiyyətinin əlində şantaj vasitəsidir.
Azərbaycan tərəfi dəfələrlə “Metsamor” AES-in qlobal təhlükə mənbəyi olması barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik qarşısında (AEBA), eləcə də bəşəriyyətin nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq konfranslarda və Zirvə toplantılarında məsələ qaldırıb. Mütəxəssislər hesab edirlər ki, “Metsamor” məhz istismar müddəti bitdiyi və eləcə də olduqca köhnə avadanlıqlarla fəaliyyət göstərdiyi üçün atmosferi normadan dəfələrlə artıq çirkləndirir. Qonşu ölkələr radiasiyadan böyük zərər çəkir. Bundan başqa, Ermənistan tərəfi “Metsamor”un nüvə tullantılarını Azərbaycanın işğal olunmuş ərazilərində basdırır.
Türkiyə Böyük Millət Məclisinin deputatları ötən il “Metsamor” AES-nin qonşu ölkələrə mənfi təsirinin araşdırılması ilə bağlı məsələ qaldırıblar. Bu problemin həlli məqsədilə konkret addımların atılması tələb olunub. Deputatlar “Metsamor” AES-in Çernobıl qədər təhlükəli olmasını qeyd ediblər.
Qeyd edək ki, “Metsamor” AES 1976-cı ildə istismara buraxılıb və Türkiyənin Ermənistanla şərq sərhədindən 16 kilometr aralıda yerləşir. Son aylar Anadolunın mərkəzi seysmoloji xəttində gərginliyin artması “Metsamor”u real fəlakət mənbəyinə çevirib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45

