“Milli şura”nın növbəti virtual qeybət şousu
15.08.2020 [00:28]
Yaxud Azərbaycan xalqını hədəfə alan radikal ünsürlər bir daha özlərini ifşa və rəzil etdilər
Radikal müxalifət düşərgəsinin, o cümlədən qondarma “Milli şura”nın hansı dairələrə və məqsədlərə xidmət etdiyi hər kəsə bəllidir. Özünü “siyasi qüvvə” adlandıran, əslində isə, heç bir sosial dayağı, elektoratı olmayan qondarma “şura”nın yalnız anti-Azərbaycan mərkəzlərin direktivlərini yerinə yetirməsi aydındır. “AXCP-nin yedəyi” statusundan qurtula bilməyən qondarma “şura”nın necə acınacaqlı durumda olması da son dövrlərdə bir daha ortaya çıxdı. Belə ki, hər zaman xalqa qarşı düşmən münasibətini nümayiş etdirən “Milli şura”nın son aylarda sosial şəbəkələrdə yayılan videoiclaslarından görüntülər antimilli ünsürlərin hansı təfəkkürə, mənəvi-əxlaqi dünyagörüşünə malik olduğunu bir daha əks etdirdi. Təmsil etdikləri qurumun “iclas”ını virtual qeybətxanaya çevirən bu şəxslərin qeyri-ciddi imici bir daha üzə çıxdı. Adını siyasətçi qoyan, keçirdikləri videokonfransda qeyri-etik ifadələr işlədən belələri üçün heç bir çərçivənin olmadığı elə özləri tərəfindən göstərildi.
Yeri gəlmişkən, qondarma “şura”nın sosial şəbəkələrdə yayılan son videoiclası antimilli ünsürlərin Azərbaycan xalqına mənfi münasibətini bir daha nümayiş etdirmiş oldu. ABŞ-a ermənipərəst dairələrdən ianə dilənməyə gedən, sonradan isə orada yerini möhkəmlətməyə çalışan antimilli şura sədri Cəmil Həsənli Azərbaycan xalqını aşağılayaraq “amerikalılar şüurludur” deyib. Adını “ziyalı” qoymuş, öz aləmində hansısa bir “siyasi təşkilat”a rəhbərlik edən bir şəxsin bu ifadələri onun xalqımıza, dövlətimizə münasibətindən xəbər verir. Ermənipərəst dairələrin qarşısında boynu bükük duran belə “ziyalı”lar anlamalıdırlar ki, onların xain xislətlərindən bütün cəmiyyət xəbərdardır. Təəssüfləndirici haldır ki, xalqa yuxarıdan aşağı baxmağa öyrəşmiş bu antimilli ünsürlər ermənilərin pulu qarşılığında hətta bu cür münasibət ifadə etməyə cürət göstərirlər.
Qeyd edək ki, videokonfransın digər hissəsi isə Gültəkin Hacıbəyli, Cəmil Həsənli və Vidadi Mirkamal arasında “cins inək müzakirəsi”nə həsr olunub. Təmsil etdiyi qurumun toplantısını belə məişəttipli “siyasi müzakirə”lərə həsr edən, inəyin yaşı, cinsi haqqında qızğın mübahisə aparan bu antimilli ünsürlər axır ki, özlərinin düşüncə tərzinə uyğun olan mövzu tapdıqları üçün çox şad görünürdülər. Görünən budur ki, qondarma şuraçılar üçün hazırda başlıca siyasi məsələ məhz inəklərin cinsi və ya yaşıdır...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

