/ / Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və nüfuzlu aktor kimi tanınır
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və nüfuzlu aktor kimi tanınır
21.08.2020 [09:14]
Prezident İlham Əliyev: Bizim dünyadakı rolumuz artır, bölgədə ölkəmizin iştirakı olmadan, maraqları təmin edilmədən hər hansı bir layihənin icrası qeyri-mümkündür
Müstəqil Azərbaycan dünyaya açıq olan bir ölkədir. Respublikamız milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasətinin prioritetlərini açıq şəkildə bəyan edir və qarşıya qoyulan məqsədlərə çatmaq üçün ardıcıl siyasət aparır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkəmizin xarici siyasətinin prioritetləri ilə bağlı fikirlərini nəzərə çatdıraraq bildirib ki, bütün ölkələrlə bərabərhüquqlu qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması bizim əsas prinsiplərimizdən biridir. Öz növbəsində, belə fundamental prinsip üzərində qurulan xarici siyasət ölkəmizə böyük nüfuz qazandırıb və respublikamızın beynəlxalq birliyə sıx inteqrasiyasını təmin edib. Bu gün Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət, etibarlı tərəfdaş və nüfuzlu aktor kimi tanınır. Bəhs olunan qəbulda Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlara diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan dünya birliyinin ləyaqətli üzvüdür. Dünyada bizə olan hörmət artmaqdadır. Bunu müxtəlif vaxtlarda Azərbaycana beynəlxalq aləm tərəfindən göstərilən dəstək əyani şəkildə sübut edir. Bizim dünyadakı rolumuz artır, bölgədə ölkəmizin iştirakı olmadan, maraqları təmin edilmədən hər hansı bir layihənin icrası qeyri-mümkündür. Bizim siyasətimiz Azərbaycana illər boyu daha çox dostlar qazandırıbdır. Təsadüfi deyil ki, bu gün bizim beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür”.
Azərbaycan regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir
Müstəqil Azərbaycan milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasətində daim xoş məram nümayiş etdirir. Respublikamız indiyədək dünyada təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, ölkələr və xalqlar arasında etimad mühitinin möhkəmlənməsinə sanballı töhfələr verib. Azərbaycan, həmçinin özünün geniş imkanlarına əsaslanaraq regional və qlobal miqyasda əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində fəal iştirak edir. Bu kontekstdə hazırda ölkəmizin təşəbbüsləri və birbaşa moderatorluğu ilə reallaşdırılan layihələr sayəsində Avrasiyanın nəqliyyat və enerji xəritəsinin yenilənməsi diqqəti xüsusi olaraq cəlb edir. Bu layihələr sayəsində Xəzər və Qara dəniz hövzələrini əhatə edən böyük bir coğrafiyada ölkələrin imkanlarının əlaqələndirilərək daha səmərəli istifadə olunmasına, iqtisadi fəallığın artmasına, insanların əmək bazarına inteqrasiyasının genişlənməsinə şərait yaranıb.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Avopa ilə Asiya arasında tranzit daşımaları üçün kifayət qədər əlverişli məkanda yerləşən Azərbaycan son illərdə ölkə ərazisində müasir nəqliyyat-logistika infrastrukturunun qurulmasına böyük həcmlərdə investisiyalar yönəldib. Bunlar, əslində, ölkəmizin gələcəyinə hesablanan sərmayələrdir. Son 17 ildə respublikamızda müasir yol infrastrukturunun yaradılması layihələri həm ölkə ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə magistralların yenidən qurulmasını, həm də yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmir olunmasını əhatə edib. Reallaşdırılan layihələrin sayəsində sözügedən beynəlxalq dəhlizlərin funksionallığı artıb, eyni zamanda, ölkədaxili daşımalarda əvvəllər rast gəlinən çətinliklər aradan qalxıb. Hazırda Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirərək Xəzərdə ən böyük limanın inşasına nail olub. Söhbət Xəzərin Azərbaycan sahillərində - Ələtdə yaradılan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksindən gedir. 2018-ci ildə istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya regionunun tranzit imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi ilə respublikamız nəinki Şərq istiqamətindən, eyni zamanda, Cənub və Şimal istiqamətlərindən də bu yola yükləri cəlb edə bilib. Yaradılan müasir infrastruktur sayəsində hazırda Azərbaycan üzərindən həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizləri vasitəsilə böyük həcmlərdə yüklərin daşınması təmin edilir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2020-ci ilin ilk altı ayında Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur. Dövlətimizin başçısı iyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə keçirilən görüşdəki çıxışında bütün bu kimi faktlara istinad edərək bildirib ki, Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. “Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Digər tərəfdən, Azərbaycanın moderatorluğu ilə reallaşdırılan enerji layihələri də böyük regional və qlobal əhəmiyyətə malikdir. Məlum olduğu kimi, hazırda Avropanın ayrı-ayrı ölkələri özlərinin enerji resurslarına olan tələbatlarının təxminən 40 faizini məhz Azərbaycanın hesabına ödəyirlər. Qeyd edək ki, müstəqil Azərbaycanın enerji sektorunda transmilli şirkətlərlə əməkdaşlığının təməli 1994-cü il sentyabrın 20-də Bakıda imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Perspektivdə respublikamızın region dövlətlərinin və Avropa ölkələrinin enerji təchizatında rolu daha da artacaq. Bu da Xəzərin Azərbaycan sektorunda yerləşən zəngin “Şahdəniz” və digər qaz yataqlarının işlənməsi ilə bağlıdır. Hazırda Azərbaycan qazını Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə çatdıracaq Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın inşası yekunlaşmaq üzrədir. Beləliklə, cəmi bir neçə aydan sonra Azərbaycan qazının Avropa məkanına çatdırılacağı gözlənilir. 2020-ci ildə Cənub Qaz Dəhlizi ilə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin ixrac coğrafiyasını genişləndirməkdə maraqlı olduğunu bildirərək vurğulayıb: “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda, biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik”.
Ölkəmiz pandemiya şəraitində qlobal həmrəyliyin möhkəmləndirilməsində vacib rol oynayır
Azərbaycan özünün xoş niyyətə əsaslanan xarici siyasətinə bir sıra çətinliklərlə müşayiət olunan qlobal pandemiya şəraitində də sadiqlik nümayiş etdirir. Məludur ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə, qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Deyilənlər baxımından Azərbaycanın sərgilədiyi mövqe təqdirəlayiqdir. Belə ki, respublikamızın pandemiya ilə mübarizə gündəliyi yalnız milli səviyyədə görülən tədbirlərlə məhdudlaşmır. Ölkəmiz, həmçinin pandemiya şəraitində qlobal həmrəyliyin möhkəmlənməsinə özünün dəyərli töhfələrini verir.Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitindəki çıxışında bunu nəzərə çatdıraraq bildirib: “Azərbaycan pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, ölkəmiz bu günə qədər 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirməyi planlaşdırır”.
Qlobal pandemiya şəraitində Prezident İlham Əliyevin həmrəylik təşəbbüslərinin önəmini isə ayrıca qeyd etmək lazımdır. Məlum olduğu kimi, aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü təşkil olunub. Bəhs olunan beynəlxalq tədbirlərin keçirilməsi təşəbbüsləri isə məhz Azərbaycanın dövlət başçısından gəlib.
Şübhəsiz ki, Azərbaycan Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiya şəraitində yüksək səviyyəli görüşlərini təşkil etməklə liderlik keyfiyyəti ortaya qoyub və qlobal səyləri birləşdirib. Qeyd edək ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı buna qoşulub. Bundan başqa, 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb.
Azərbaycanın dövlət başçısının pandemiya ilə mübarizədə qlobal həmrəyliyin möhkəmləndirilməsinə hesablanan növbəti təşəbbüsü BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyev bu təklifi Qoşulamama Hərəkatının yuxarıda bəhs olunan Zirvə görüşündə çıxışı zamanı səsləndirib. BMT üzvü olan 130-dək dövlətin Qoşulmama Hərəkatının Sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Əlamətdar haldır ki, Azərbaycanın dövlət başçısının təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

