/ / Ərəb mətbuatı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqalələr dərc edib
Ərəb mətbuatı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqalələr dərc edib
27.08.2020 [09:28]
Birləşmiş Ərəb Əmirliklərinin mətbuatı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqalələr dərc edib.
AZƏRTAC xəbər verir ki, nüfuzlu “Gulf News” nəşrində dərc edilən “Azərbaycan xalqı naminə fəaliyyət” sərlövhəli məqalədə qeyd olunur ki, müasir müstəqil Azərbaycanın inkişafına xidmət etmək, sosial məsələlərin həlli, şəfqət və mənəviyyat ideyalarına sədaqət, yardıma möhtac olanların dadına yetmək Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir. O, Prezident İlham Əliyevlə çiyin-çiyinə ölkənin dinamik inkişafına böyük töhfə verir.
Məqalədə Mehriban Əliyevanın 16 il müddətində Heydər Əliyev Fondunun prezidenti kimi səmərəli fəaliyyətindən, beynəlxalq humanitar təşkilatlar olan UNESCO və ICESCO-nun xoşməramlı səfiri kimi dünya mədəni irsinin qorunması, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması işinə verdiyi misilsiz töhfədən bəhs edilir. Qeyd olunur ki, məhz onun səyləri nəticəsində 2019-cu ilin iyulunda UNESCO Dünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycanda keçirilib.
“Gulf News” yazır ki, Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində əsas diqqəti sosial məsələlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə yönəldib. Qısa müddətdə 300 mindən çox qaçqın və məcburi köçkünün həyat şəraiti yaxşılaşdırılıb, bir il ərzində 5293 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Bundan başqa, Aprel döyüşlərində yaralanan əsgər və zabitlərin müalicəsi təşkil edilib.
Məqalədə Mehriban Əliyevanın rəhbərliyi ilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri, Heydər Əliyev Fondunun dəstəyi ilə modul tipli xəstəxanaların istifadəyə verilməsindən də bəhs olunur.
Azərbaycanın Birinci vitse-prezidentinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində də müstəsna xidmətlərindən bəhs edən “Gulf News”, eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil edilən tədbirləri də diqqətə çatdırır.
Məqalədə Azərbaycanın Birinci vitse-prezidentinin idmanın inkişafı sahəsində gördüyü işlərdən də bəhs edilir, onun Fransa, İtaliya, Polşa, Rusiyanın yüksək mükafatlarına layiq görüldüyü vurğulanır.
Azərbaycanın Birinci vitse-prezidenti haqqında məqalələr “Dubai Hospitality News”, “Almanara”, “Meri Media”, “Dubai Global News”, “Iconic Lady” və s. nəşrlərdə də dərc edilib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

