/ / Ukraynalı alim: Ermənistanın Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsinə yönəlmiş hərəkətləri beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır
Ukraynalı alim: Ermənistanın Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsinə yönəlmiş hərəkətləri beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır
02.09.2020 [09:09]
Ermənistanın xarici ölkələrdən olan erməniləri işğal edilmiş Dağlıq Qarabağda məskunlaşdırmağa cəhd etməsi təzə məsələ deyil. Ermənistan hökuməti hələ 2013-cü ildən Suriyada müharibədən qaçan Suriya ermənilərini qondarma “Dağlıq Qarabağ Respublikası” ərazisində məskunlaşdırmağa çalışır. Bu gün həmin ərazilərə 2020-ci il avqustun 5-də baş vermiş texnogen qəzadan zərər çəkmiş Livan ermənilərini köçürməyə çalışırlar. Tarix elmlər namizədi Oleq Kupçik AZƏRTAC-a müsahibəsində bu barədə söhbət açıb.
Onun sözlərinə görə, Ermənistanın bu cür hərəkətləri beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Üstəlik, Ermənistan bu hərəkətləri ilə nümayiş etdirir ki, o, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və beynəlxalq hüquqa uyğun həllinə nail olmaqda iştirak etmək niyyətində deyil.
Tarixçi alim deyib: “Ermənistan hökuməti Suriya və Livan ermənilərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu ərazisinə köçürülməsinə yönəlmiş hərəkətləri ilə bu insanları “zərbə altına qoyur”, çünki onların işğal edilmiş regionun ərazisinə gəlməsi və orada yaşaması qeyri-qanuni olacaq. Aşkardır ki, qondarma “DQR”in “vətəndaşlığı” cəfəngiyatdır. Dağlıq Qarabağ regionuna köçürülən Suriya və Livan ermənilərinə Ermənistan Respublikasının vətəndaşlığını veriləcəyi təqdirdə isə Ermənistan hökuməti bu münaqişədə (xatırladıram ki, Ermənistan “DQR”i hələ də rəsmən tanımayıb), onun kələfinin açılmasında və sonradan maliyyə və hərbi-texniki baxımdan dəstəkləməkdə özünün bilavasitə iştirakını göstərən növbəti sübut “təqdim etmiş” olur”.
O.Kupçik deyib ki, Dağlıq Qarabağ regionunun inkişafına, “köçkünlər”in məişətinin və həyat fəaliyyətinin təminatına investisiya yatırmaq üçün Ermənistan hökumətinin maliyyə resurslarının olması barədə söhbət də getmir. Ermənistan hökuməti onu da nəzərə almır ki, planlaşdırılan “köçkünlər”in əksəriyyəti şəhərlilərdir - Suriya və Livan şəhərlərinin kənd yerlərində, xüsusən işğal dövründə zərər çəkmiş və tənəzzülə uğramış regionda yaşamağa öyrəşməmiş sakinləridir.
Aydın məsələdir ki, Ermənistan özü planlaşdırılan “köçürülmə”ni təşkil etmək və maliyyələşdirmək iqtidarında deyil. Aşkardır ki, bu məsələdə ona öz müttəfiqləri kömək edə bilər.
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02

