/ / Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yayılan qərəzli yazıya münasibət bildirib
Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yayılan qərəzli yazıya münasibət bildirib
03.09.2020 [09:12]
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin 1 sentyabr tarixli elektron versiyasında yayımlanan “Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” sərlövhəli qərəzli məqaləyə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqalədə oxuculara həqiqətə tam uyğun olmayan məlumat təqdim edilib. “Məqaləyə sanki “yalan nə qədər çox və eybəcər olarsa, o qədər inandırıcıdır” prinsipi ilə yanaşan müəllif Vladimir Muxin heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən oxucuları çaş-baş salır. Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik.
Məqalədə yer alan əsassız iddialar, xüsusilə də guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər açıq-aydın dezinformasiyadır və heç bir halda reallığı əks etdirmir. Məqalənin sifarişli olduğu aydın sezilir, yazılanlar düşünülmüş və böhtan xarakteri daşıyır.
Müdafiə Nazirliyi olaraq rəsmi surətdə bildiririk ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur. Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı və döyüş təcrübəsi, silahlanmada olan hərbi texnika və döyüş vasitələri Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə qarşıya qoyulan istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə kifayət edir. Bunu Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ildə Naxçıvan və 2020-ci ildə isə Tovuz istiqamətində həyata keçirilən əməliyyatlarda nümayiş etdirdi.
“Nezavisimaya qazeta”ya tövsiyə edirik ki, diqqəti Ermənistanda ictimai müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna əlavələr edilməsi məsələsinə yönəltsələr daha yaxşı olardı. Çünki bu qanun səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək insanları belə silahlandırmağa imkan verir. Qanun qüvvəyə mindikdən sonra Ermənistan könüllülük adı altında Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusilə Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçularla öz ordusunun komplektləşdirilməsi məsələsini qanuniləşdirmiş olacaq.
Bu cür dezinformasiyaların yayılmasında maraqlı olan rəsmi Yerevan regionda vəziyyətin yenidən gərginləşərək münaqişənin alovlanmasına və buraya daha çox tərəflərin cəlb olunmasına münbit şərait yaratmağa çalışır”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01

