/ / Dövlət idarəçiliyində açıq hökumət prinsiplərinin tətbiqi həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir
Dövlət idarəçiliyində açıq hökumət prinsiplərinin tətbiqi həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir
18.09.2020 [09:14]
Dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilən sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter alır, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi konkret əməli-praktiki addımlarla daha da möhkəmlənir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirmələri həm respublikada ümumi uğurun təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir. “Ölkəmizdə ötən ildən geniş vüsət alan struktur islahatları hakimiyyətin bütün qollarının səmərəliliyinin artırılması məqsədini daşıyır. Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bu hədəfi qarşıya qoymuşdur ki, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Bu hədəf fonunda belə bir inam da ifadə edilmişdir ki, yeni Baş prokurorun iş təcrübəsi və peşəkarlığı imkan verəcək ki, bu göstərişlərin icrası təmin edilsin. Təbii ki, bu əminlik, etimad yeni təyinatın Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışması və bu sahədə zəngin təcrübəyə malik olmasına əsaslanır”, - deyə o qeyd edib.
“Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, bu mübarizə keyfiyyətcə yeni müstəviyə keçib”, - söyləyən baş redaktor qeyd edib ki, Azərbaycan Prezidentinin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq cari ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib. Bu mühüm addım özündə bütün hədəfləri ehtiva edir.
Bu günlərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə videoformat şəklində keçirilən ilk iclasına diqqət çəkən Vüqar Rəhimzadə bildirib ki, ölkəmizin korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətləri kimi daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiqlənmiş korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı, həmçinin açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı bu istiqamətdə işlərin davamlılığına, problemin həllinə olan diqqətin təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd edir ki, “ASAN xidmət” korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə dönüş yaratdı. Ona görə bu sistem bütün sahələrdə tətbiq edilməlidir. Dövlətimizin başçısının “Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır” məqsədini mühüm vəzifə kimi qarşıya qoyması atılan bütün addımların əsas mahiyyətini təşkil edir.
V.Rəhimzadə qeyd edib ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyinin təmin olunması iatiqamətində tədbirlər görülür. Ciddi qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması, ictimai nəzarət mexanizmlərinin formalaşdırılması və bu sahədə vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi əsas hədəflərdəndir. Prezident İlham Əliyev yeni kadrları yüksək vəzifələrə təyin edərkən xoşagəlməz hallarla əlaqədar məsləhət və tövsiyələrini, ciddi tapşırıqlarını verməklə yanaşı, bu xəbərdarlığı da onlara çatdırır: “Əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.
Azərbaycanın uğurlarının beynəlxalq maliyyə qurumlarının hesabatlarında da təqdir olunduğunu, ölkəmizom bu hesabatlarda birinciliyini qoruduğunu diqqətə çatdıran baş redaktor vurğulayıb: “Azərbaycanın daha yüksək pilləyə qalxması üçün imkanlar vardır. Müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin daha da yaxşılaşdırılması fonunda atılan yeni-yeni addımlar biznes cədvəlində ölkəmizi daha da yüksək pilləyə çıxaracaq”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

