/ / Sabir Hacıyev: Milli maraqlarımıza qarşı xəyanətkar mövqe tutanlara xalq hər zaman öz yerini göstərir
Sabir Hacıyev: Milli maraqlarımıza qarşı xəyanətkar mövqe tutanlara xalq hər zaman öz yerini göstərir
25.09.2020 [23:42]
“Xarici ölkələrin təcrübəsindən görmüşük ki, dövlət üçün, xalq üçün taleyüklü məsələlərdə hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq bütün siyasi qüvvələr eyni mövqedən çıxış edir, milli və dövlət maraqlarının müdafiəsi üçün yekdillik nümayiş etdirirlər. Çox təəssüf ki, Azərbaycan müxalifətini təmsil etmək iddiasında olan bəzi radikal qüvvələr bu cür anlarda tamamilə başqa mövqe sərgiləyirlər. Yəni, radikallar ölkəmiz və xalqımız üçün taleyüklü məqamlarda xəyanətə bərabər mövqe sərgiləməkdən belə çəkinmirlər”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azərbaycan Vətəndaş Birliyi Partiyasının sədri, millət vəkili Sabir Hacıyev səsləndirib.
Partiya sədrinin sözlərinə görə, son vaxtlar Ermənistanın hərbi təxribatlarının artdığı dövrdə bütövlükdə xalqımız, həmçinin hazırda Azərbaycanda fəaliyyət göstərən, o cümlədən parlamentdə təmsil olunan müxalifət partiyalarının, demək olar ki, əksəriyyəti Azərbaycan Prezidentinə, Silahlı Qüvvələrimizə dəstək nümayiş etdirir: “Lakin belə bir vaxtda da radikal müxalifət öz pozucu fəaliyyətindən geri qalmır. Belə ki, Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribatı zamanı Azərbaycan cəmiyyəti, ölkədə fəaliyyət göstərən siyasi partiyalar həmrəylik nümayiş etdirərək dövlətimizə, Ali Baş Komandana və ordumuza dəstək göstərdiyi halda, həmin radikal düşərgə təmsilçiləri imzalanan birgə bəyanata qoşulmadılar”.
Deputat deyib ki, həmin dövrdə orduya, hakimiyyətə, xalqa qarşı xəyanət yolu tutanlar yenə öz amplualarındadırlar: “Görünən odur ki, düşmənin təxribatına qarşı Azərbaycan xalqının həmrəylik və birlik nümayiş etdirməsi, anti-Azərbaycan qüvvələri, radikal düşərgə təmsilçilərini narahat edir. Ona görə də həmin düşərgədə təmsil olunan bəzi şəxslər Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndiriblər. Belə ki, Azərbaycan dövlətinin maraqlarına qarşı çıxan həmin qüvvələr bu gün də sosial şəbəkələrdə ölkəmizin əleyhinə yalan və böhtanlar, əsassız ittihamlar yağdırmaqla məşğuldurlar. Ancaq onlar kimi düşünməyən hər kəsi mənəvi terrora məruz qoymağa çalışan, ermənipərəst dairələrin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına dəstək verənlər hər zaman olduğu kimi bu gün də xalqın qınağı ilə üzləşirlər. Radikallar bilməlidirlər ki, milli və dövlət maraqlarımıza qarşı xəyanətkar mövqe tutanlara xalq hər zaman öz yerini göstərərir”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

