Azərbaycan xalqı və ölkənin siyasi partiyaları birmənalı olaraq Ali Baş Komandanın yanındadır
29.09.2020 [09:38]
Hər zaman milli maraqlara qarşı çıxan AXCP və “Müsavat” isə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların imzaladığı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanata qoşulmamaqla Vətən müharibəsinə də etinasız qaldılar
Son 30 ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan cəmiyyətinin bir nömrəli ümummilli məsələsinə çevrilib. Müxalifətin radikal qanadı istisna olmaqla cəmiyyətimizin bütün təbəqələrinin nümayəndələri bu məsələdə yüksək həmrəylik nümayiş etdirirlər. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların 50-sinin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatla çıxış etməsi deyilənləri bir daha təsdiqləyir. İndiki şəraitdə müxtəlif partiyaların birgə bəyanatla çıxış etmələri təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu, eyni zamanda, Azərbaycanda mövcud olan siyasi birliyin təcəssümüdür.
Ümumiyyətlə, bütün istiqamətlərdə dərin islahatlar həyata keçirilən respublikamızda yeniliklər dalğası həmçinin siyasi sistemi də əhatə edir. Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb ki, bunun da əsasında münbit dialoq mühitinin formalaşdırılması amili dayanır. Burada əsas məqsəd Azərbaycanda siyasi sistemi möhkəmləndirməkdən, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirməkdən ibarətdir. Müxtəlif partiyaların cəmiyyətimiz üçün ümummilli səciyyə daşıyan bir məsələdə vahid platformadan çıxış edərək birgə bəyanat imzalamaları bir daha təsdiqləyir ki, Azərbaycan dövlətinin ölkədə çoxpartiyalı sistemin inkişafına və müxtəlif siyasi qüvvələr arasında sağlam zəmin üzərində dialoq mühitinin formalaşmasına yönəlik səyləri öz müsbət nəticələrini verir və respublikamızda siyasi həmrəylik yüksək səviyyədə təmin olunur.
Azərbaycan cəmiyyəti ölkəmizin ərazi bütövlüyünün pozulması faktı ilə barışmır
İşğalçı Ermənistan ötən 30 ildə Azərbaycanın zəbt olunmuş ərazilərində ağlasığmaz vandalizm əməlləri törədib. Belə ki, erməni vandalları təbii sərvətlərimizi talayıblar. Onlar mütəmadi olaraq maddi mədəniyyət nümunələrimizi müxtəlif vasitələrlə özününküləşdirməyə çalışır, bu, mümkün olmadıqda isə dağıdıb tamam məhv edirlər. Ermənistan işğal altındakı ərazilərimizdə etnik təmizləmə siyasəti aparıb, bir milyondan çox soydaşımızı öz yurd-yuvasından qovub. Erməni hərbi birləşmələrinin törətdiyi Xocalı soyqırımı XX əsrin ən qanlı faciələrindən biridir. Burada qocalar, qadınlar, uşaqlar yalnız bir səbəbə - azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər. Ermənistan hazırda Azərbaycanın işğal altındakı ərazilərində müharibə cinayətlərini davam etdirərək qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir.
Təbii ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin işğalçılıq siyasətini davam etdirməsi Azərbaycan cəmiyyətində ciddi etirazlar doğurur. Azərbaycan özünün ərazi bütövlüyünün pozulması faktı ilə barışmır və bütün vasitələrdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmağa çalışır. Öz növbəsində, Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri bəhs olunan birgə bəyanatda Ermənistanın işğalçı siyasətini şiddətlə qınayırlar. Sənəddə vurğulanır ki, mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir.
Ümumiyyətlə, ölkənin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını tələb edirlər. Məlumdur ki, BMT Təhlükəsizlik Şurası hələ ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən qeyd-şərtsiz geri çəkilməsini tələb edən 4 qətnamə qəbul edib. Biz görürük ki, bəzi hallarda beynəlxalq hüquq normalarını pozan dövlətlərə qarşı BMT-nin qərarları çox operativ və sərt şəkildə tətbiq edilir. Lakin beynəlxalq qurumun bəhs olunan qətnamələri təxminən üç onillikdir ki, Ermənistan tərəfindən yerinə yetirilmir. İşğalçının cəzalandırılmaması, ona qarşı sanksiyaların tətbiq edilməməsi isə Ermənistanı yeni ərazilər ilhaq etməyə ruhlandırır. Belə selektiv yanaşma təhlükəli presedentlər yaradır. Xüsusilə də, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi regionda sabitliyə ciddi təhdidir. Bəyanatda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını yada salan siyasi partiyaların rəhbərləri Azərbaycana qarşı tətbiq olunan ikili standartlara son qoyulmasını tələb edirlər.
Qeyd olunduğu kimi, Ermənistanın təxribatlarına susmaq və onları qınaq predmetinə çevirməmək beynəlxalq riyakarlığın təzahürüdür. Siyasi partiyaların rəhbərləri birgə bəyanatda Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll olunmasını tələb edir
Ermənistanın hazırkı siyasi rəhbərliyi müxtəlif sərsəm bəyanatlar səsləndirməklə münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlar prosesini, əslində, tamam pozub. İşğalçı dövlət belə manipulyativ manevrlər etməklə işğal məhsulu olan mövcud status-kvonu qoruyub saxlamaq niyyətindədir. Eyni zamanda, Ermənistanın siyasi-hərbi rəhbərliyi yeni ərazi iddiaları ilə çıxış edir və mütəmadi olaraq qoşunların təmas xəttində planlaşdırılmış təxribatlar törədir. Erməni hərbi birləşmələri tərəfindən iyul ayının 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində, sentyabrın 27-də bütün cəbhə boyu törədilən təxribatlar buna misaldır. Ümumiyyətlə, Ermənistan ordusu heç vaxt Azərbaycanın Silahlı Qüvvələri ilə açıq döyüşlərdə qalib gəlməyib. Çoxsaylı faktlardan da göründüyü kimi, düşmən dövlətin hərbi birləşmələri daim mülki obyektləri və dinc sakinləri hədəfə çevirirlər. Biz bunu bəhs olunan son təxribatlar zamanı bir daha müşahidə etdik. Belə ki, həm Tovuz istiqamətində, həm də sentyabrın 27-də bütün cəbhə boyu törədilən təxribatlar zamanı Azərbaycanın mülki infrastrukturuna ciddi ziyan dəyib, yaşayış evləri dağıdılıb, dinc sakinlər həlak olublar.
Əslində, rəsmi Yerevanın bəyanatları, eləcə də işğalçı dövlət tərəfindən yürüdülən təxribat siyasəti həm də daxili sosial narazılıqların boğulmasına hesablanıb. Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası xalqa “yağlı vəd”lər verməklə hakimiyyətə gəlməyə nail olub. Ancaq aradan vaxt ötdükcə aydın şəkildə görünür ki, N.Paşinyan xalqı aldadıb, onun verdiyi vədləri yerinə yetirmək imkanları məhduddur və yaxud heç yoxdur. Siyasi partiyaların rəhbərləri imzaladıqları bəyanatda Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduğunu bildirirlər. Erməni hökuməti daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə cəbhə xəttində atəşkəsi pozur.
Eyni zamanda, rəsmi Yerevan mütəmadi olaraq militarist bəyanatlar səsləndirir. Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətsiz bəyanatları, əslində, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. Qeyd olunduğu kimi, düşmən dövlətin manipulyativ hərəkətləri mövcud status-kvonun qorunub saxlanılması məqsədi daşıyır. Bu isə Azərbaycan üçün əsla məqbul deyil. Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, status-kvo dəyişməlidir. Otuz ildir ki, pozulan ədalət və beynəlxalq hüquq nəhayət bərpa olunmalıdır. Siyasi partiyaların rəhbərləri dövlət başçısının fikrini dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər.
Ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində tarixi faktlara və beynəlxalq hüquqa əsaslanaraq qətiyyətli mövqe nümayiş etdirir. Siyasi partiya rəhbərlərinin imzaladıqları birgə bəyanatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” fikrini sitat gətirmələri Azərbaycanın münaqişənin həllində ədalətli mövqe tutmasından xəbər verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət ölkəmizdə milli həmrəyliyi təmin edib
İndiki taleyüklü məqamda Azərbaycan cəmiyyətində müşahidə edilən vəhdət, iqtidar-xalq həmrəyliyi diqqəti xüsusilə cəlb edir. Ölkədə müşahidə edilən müsbət proseslər onu deməyə əsas verir ki, Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır və Onun apardığı siyasəti dəstəkləyirlər. Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat, eyni zamanda, ölkədə aparılan siyasi dialoqun real nəticəsidir. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.
Ölkəmizdə siyasi həmrəyliyin belə yüksək səviyyədə təmin olunması ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin məntiqi nəticəsidir. Ümumi qənaət belədir ki, bu siyasət xalqı birləşdirən siyasətdir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan kənarda qalmağı və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi zərurətə çevirib. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.
AXCP və “Müsavat” növbəti dəfə antimilli mövqe nümayiş etdirdi
Məhz bu baxımda xüsusi olaraq qeyd edilməlidir ki, bu çətin zamanlarda, Vətənimizin yenidən düşmən təxribatına tuş gəldiyi, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə işğal altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə apardığı bir zamanda özünü “müxalifət partiyaları” adlandıran AXCP və Müsavat Partiyası milli həmrəylik nümayiş etdirə bilmədilər və siyasi partiyaların imzaladığı birgə bəyanata qoşulmadılar. Beləliklə, Ali Baş Komandanın bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını göstərir.
Əslində, sentyabrın 27-də AXCP və “Müsavat”ın digər partiyalarla birgə həmrəylik nümayiş etdirməməsi heç də təsadüfi deyil. Belə ki, daim prinsipial məqamlarda radikal qruplarla, “beşinci kolon”la bərabər tarixi məsuliyyətdən yayınan, millətin, xalqın taleyini bölüşməyin, milli birliyin vacib olduğu məqamlarda kənara çəkilməkdə mahir olan və mütləq şəkildə bundan boyun qaçıran bu iki partiya növbəti dəfə milli maraqlarımıza, ümummilli davamıza münasibətdə öz antimilli mövqelərini ortaya qoydu. Və bu da ilk deyil. Belə ki, AXCP və “Müsavat” cəmi bir neçə ay öncə, daha doğrusu, ermənilərin bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətdiyi zaman 43 siyasi partiyanın imzaladığı “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatı imzalamamışdı. Növbəti dəfə bu addımı təkrarlayan AXCP və “Müsavat”ın ümummilli məsələmiz olan erməni təcavüzünün, torpaqlarımızın işğalının ifşasına yönəlmiş bu bəyanata qoşulmaması milli birliyə, həmrəyliyə kölgə salmaq cəhdləri, ümummilli mübarizəmizdən yayınmalarıdır. Bu partiyalar və onların rəhbərləri bir daha ermənilərə qarşı mübarizədə xalqın, dövlətin, ordunun yanında olmadıqlarını təsdiqləmiş oldular.
Bütövlükdə, AXCP və Müsavat Partiyasının siyasi partiyaların milli həmrəyliyə dair bəyanatına qoşulmaması onu göstərir ki, hər zaman ümummilli məsələlərlə bağlı tarixi məsuliyyətdən yayınan, radikal qruplar və “beşinci kolon”la eyni cərgədə yer alan bu iki partiya hazırkı şəraitdə də milli maraqlardan uzaq mövqe sərgiləyir.
Xüsusi olaraq vurğulanmalıdır ki, bu gün cəbhədə gedən döyüşlər Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun və Azərbaycan xalqının apardığı Vətən müharibəsidir. Ən əsası, Azərbaycan xalqı bu günü 30 ildir ki, səbirsizliklə gözləməkdədir. Məhz xalqın, dövlətin taleyüklü bir zamanında, Vətən müharibəsinin başlamasının ilk günündə Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək düşmən dəyirmanına su tökməsi bir daha onların əsl simasını üzə çıxarır. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin yanında olmaq qabiliyyətini göstərə bilmədilər. Hətta Vətən, torpaq və dövlət maraqları belə bu iki siyasi qruplaşmanı öz siyasi ambisiyalarını kənara qoyaraq digər siyasi qüvvələrlə bir yerdə olmağa sövq edə bilmədi. Bir sözlə, hər zaman milli maraqlara qarşı çıxan radikallar Vətən müharibəsinə də etinasız qaldılar.
Qaragüruhçu xislətindən əl çəkməyən və siyasi ambisiyalarının qurbanına çevrilmiş, şəxsi korporativ mənafelərini dövlətin, xalqın mənafeyindən üstün tutanlar bir daha illərdir, dillərində əzbər etdikləri sözlərdə səmimi olmadıqlarını ortaya qoydular. Özünü “vətənpərvər” donda təqdim etməyə çalışan, addımbaşı “milli” olduğunu bəyan etməkdən yorulmayan bu qüvvələr məhz Vətən müharibəsi imtahanından kəsildilər. Bu isə özlüyündə həmin siyasi qruplaşmaların məqsədinin heç də dövlətə və ya xalqa xidmət etmək olmadığını bir daha faktiki ortaya çıxarır. Bu qruplaşmalar yalnız ucuz siyasi ədavət və qısqanclıq üzərindən oynadıqları cılız bir oyunun oyunçuları olduqlarını növbəti dəfə təsdiqlədilər.
“beşinci kolon” siyasi dialoqa qarşı...
Bir məqama da diqqət yetirilməlidir ki, istər AXCP, istərsə də Müsavat Partiyasının milli birliyi özündə əks etdirən siyasi partiyaların birgə bəyanatına qoşulmaması onların özlərini siyasi qüvvələrin milli həmrəylik çağırışlarından kənarda saxlamasının məntiqi davamıdır. Belə ki, bu ilin fevralında baş tutan VI çağırış Milli Məclisə seçkilərin ardından ölkəmizdə yaranan yeni siyasi konfiqurasiya siyasi qüvvələr arasında yeni münasibətlərin formalaşmasına təkan vermişdi. Milli Məclisin yeni tərkibdə ilk iclasında Prezident İlham Əliyevin tarixi çıxışının ardından ölkəmizdə yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması prosesinə başlanıldı. Qeyd olduğu kimi, bu Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Prezident Adminstrasiyasında siyasi partiyaların rəhbərləri ilə keçirilən görüşlər, bir sıra partiyaların qeydiyyata alınması məhz bu yeni siyasi mühitin formalaşmasına zəmin yaratmışdı. Həmin dövrdə də özünü “siyasi partiya” adlandıran AXCP və Müsavat Partiyası siyasi dialoqdan imtina etmişdi. Bu fakt bir daha onu göstərirdi ki, siyasi dialoq çağırışlarına cavab verməyən siyasi partiyalar “beşinci kolon”u təmsil edir. Həmin siyasi qüvvələr bir sıra xarici faktorların “çardağı”na sığınmaqla klassik müxalifətçilik missiyasından kənar olduqları bir daha təsdiqlədilər.
Beləliklə, bu, bir daha onu təsdiqləyir ki, siyasi təşəbbüskarlıqdan uzaq olan, milli maraqların qorunmasını özünün siyasi missiyasına çevirməyən, hətta Dağlıq Qarabağ münaqişəsi kimi ümummilli problemimizdə belə fərqli mövqe nümayiş etdirən marginal qrupların məqsədi siyasi sistemə töhfələr vermək deyil, qərəzli xarici dairələrdən gələn hansısa fikirləri, tezisləri həyata keçirməkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən Müsavat Partiyası və AXCP-nin dövlətimizin, xalqımızın çətin, eləcə də şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları ciddi təəssüf doğurur.
Mübariz ABDULLAYEV,
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

