/ / Fəzail Ağamalı: Hazırkı vəziyyətdə baxışlarından asılı olmayaraq bütün siyasi partiyalar fəaliyyətlərini müharibə şəraitinə uyğun qurmalıdırlar
Fəzail Ağamalı: Hazırkı vəziyyətdə baxışlarından asılı olmayaraq bütün siyasi partiyalar fəaliyyətlərini müharibə şəraitinə uyğun qurmalıdırlar
30.09.2020 [08:47]
“Azərbaycanda 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat imzalaması çox vacib bir addımdır. Bəyanatda qeyd olunduğu kimi, Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır. Ermənistan 30 ilə yaxındır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə qətnamələr icra olunmur. İkili standarta əsaslanan bu yanaşma qəbuledilməzdir”. Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.
F.Ağamalı bildirib ki, 50 siyasi partiyanın birgə bəyanat imzalaması ümummilli məsələlərdə bu partiyaların vahid mövqedən çıxış etdiyini göstərir. O, qeyd edib ki, təcavüzkar Ermənistan işğalçılıq siyasətini davam etdirərək, yeni ərazilərimizin qəsb olunması məqsədilə bütün cəbhə boyu hücum əməliyyatlarına başlayıb. Onun sözlərinə görə, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev son günlər ən müxtəlif platformalarda Ermənistanın hücum əməliyyatlarının başlanması məqsədilə ciddi və genişmiqyaslı hazırlıqlar apardığını konkret faktlarla önə çəkib, beynəlxalq təşkilatları, ATƏT-in Minsk qrupunun həmsədrlərini xəbərdar edib: “Təəssüflər olsun ki, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun susqunluğu və seyrçi mövqeyi, işğalçı Ermənistana qarşı qətiyyətli addımlar atmaması qəsbkar ölkəni şirnikləndirir, faşist və vandal əməllərini stimullaşdırmaqda davam edir. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumatlara görə təcavüzkar Ermənistan bütün cəbhə boyu əhalimizin sıx olduğu yaşayış məntəqələrini atəşə tutaraq beynəlxalq cinayətə yol verib. Düşmənin total hücumlarının qarşısını almaq, əhalimizin təhlükəsizliyini təmin etmək məqsədilə igid və qəhrəman ordumuz əks-hücum əməliyyatlarına başlayıb və təcavüzkara ağır zərbələr endirməkdədir. Ana Vətən Partiyası olaraq Ali Baş Komandan İlham Əliyevlə və Silahlı Qüvvələrimizlə bərabər olduğumuzu bəyan edirik, ordumuzun əks-hücum əməliyyatlarını alqışlayırıq. Əmin olduğumuzu bildiririk ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz uzun illərdən bəri işğala məruz qalan müqəddəs torpaqlarımızı azad edəcək, dövlətçilik və hərb tariximizə şanlı səhifələr yazacaq”.
F.Ağamalı əlavə edib ki, hazırkı vəziyyətdə baxışlarından asılı olmayaraq bütün siyasi partiyalar, ictimai fəallar və sosial media istifadəçiləri Ali Baş Komandanla və Ordumuzla bərabər olmalı, bütün fəaliyyətlərini müharibə şəraitinə uyğun qurmalıdırlar: “Ümumiyyətlə, 2020-ci il siyasi islahatların və siyasi münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, yaradılmış bu mühit siyasi partiyaların üzərinə ciddi məsuliyyət də qoyur. Bu məsuliyyəti bölüşərək hər kəs öz imkanları daxilində dövlətçiliyimizə, onun siyasi sisteminə özünün töhfəsini verməlidir. Azərbaycan Prezidentinin ölkədə yaratmış olduğu demokratik mühit bütün mənalarda özünü ifadə etməkdədir. Ölkədə ciddi siyasi dialoq mühiti mövcuddur. Son günlər cəbhədə baş verən hadisələr, qəhrəman ordumuzun düşmənə qarşı mübarizəsi, bütövlükdə, Vətən müharibəsinin davam etdiyi şəraitdə bütün siyasi partiyalar güclü həmrəylik nümayiş etdirməlidirlər”.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

