/ / Fatma Yıldırım: Əminik ki, tezliklə işğal altında olan bütün torpaqlarımız azad ediləcək və həmin torpaqlarda kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq
Fatma Yıldırım: Əminik ki, tezliklə işğal altında olan bütün torpaqlarımız azad ediləcək və həmin torpaqlarda kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq
17.10.2020 [07:54]
“Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunması yolunda qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində atılan addımlar prinsipial xarakter daşıyır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində öz qətiyyətli mövqeyini bir daha beynəlxalq birliyin diqqətinə çatdırıb”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, işğalçı Ermənistan tərəfindən Moskvada razılaşdırılmış humanitar atəşkəs faktiki olaraq pozulub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, atəşkəs real həyatda baş vermədi. Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir. Digər tərəfdən isə humanitar atəşkəs sülh demək deyil. Bu atəşkəs o məqsədlə edilir ki, tərəflər öz hərbçilərinin cəsədlərini döyüş meydanından çıxarsın, həm də əsirlər dəyişdirilsin. Millət vəkilinin sözlərinə görə, əslində Moskva görüşü Azərbaycanın diplomatik uğuru sayıla bilər: “Çünki Paşinyan hakimiyyəti danışıqların formatını və baza prinsiplərini inkar etmək yolunu tutmuşdu. Həmin razılaşmada isə Ermənistan həm baza prinsiplərini, həm də danışıqların qüvvədə olan formatını qəbul etmiş oldu. Bununla belə, erməni xisləti hər kəsə məlumdur. Humanitar atəşkəs razılığından dərhal sonra erməni tərəfi mövqelərimizə hücum etdi, Gəncə şəhərini isə raket atəşinə tutdu. Bu, açıq şəkildə, bəşəriyyətə və insanlığa qarşı meydan oxumaqdır, əsl vandalizmdir. Əlbəttə ki, Azərbaycan Ordusu ermənilərin bu cinayətini cavabsız qoymur və bundan sonra da qoymayacaq. Ordumuz doğma torpaqlarımızı işğaldan azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz”.
Deputat qeyd edib ki, dövlətimizin başçısı müsahibəsində bir daha Türkiyənin regiondakı rolunu xüsusi vurğulayıb: “Təbii ki, Türkiyə böyük dövlət kimi bölgədə söz sahibidir. Qərb dövlətləri bunu qəbul etmək istəməsələr də, Türkiyənin bölgədə atran rolunu inkar etmək mümkün deyil. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin fəal iştirakı reallıqdır. Digər tərəfdən, Türkiyə bir çox ölkələrdən fərqli olaraq bu məsələdə ədalətin tərəfindədir. Ədalətli tərəf isə Azərbaycandır. Türkiyə Qarabağ mövzusunda daim Azərbaycanın yanındadır. Azərbaycan xalqı bu dəstəyə görə Türkiyəyə minnətdardır. Yeri gəlmişkən, bu gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ATƏT-in Minsk qrupunun geniş formatda toplantısı keçirilməli və həmsədrlər hesabat verməldirlər. Bu, diplomatik baxımdan çox doğru bir təşəbbüsdür. Çünki vasitəçiliyi, yalnız həmsədrlər inhisara ala bilməz. Zatən həmsədrlər münaqişənin ədalətli həlli üçün heç bir addım atmayıblar”.
F.Yıldırım əminliyini bildirib ki, tezliklə işğal altında olan bütün torpaqlarımız azad ediləcək və həmin torpaqlarda kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq: “Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaq. İnşallah, həmin gün tezliklə gələcək!”.
Nardar
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02

