/ / Qulamhüseyn Əlibəyli: Torpaqlarımızın işğaldan azad edilməsi naminə formalaşmış milli birliyi və həmrəyliyi heç kim poza bilməz
Qulamhüseyn Əlibəyli: Torpaqlarımızın işğaldan azad edilməsi naminə formalaşmış milli birliyi və həmrəyliyi heç kim poza bilməz
20.10.2020 [09:30]
“Ordumuzun bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlamasını Azərbaycanın son illərdəki siyasi həyatında əldə etdiyi ən böyük uğurlardan biri hesab edirəm. Ona görə ki, bu proses sıradan bir hadisə deyil. 30 illik müddətdə münaqişənin sülh yolu ilə həllinə sadiq qalaraq səbir nümayiş etdirən Azərbaycan tərəfi öz gücünü və qüdrətini bir daha işğalçı düşmənə göstərə bilib. Belə ki, Azərbaycan Ordusu nəinki Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alıb, eyni zamanda, əks-hücum əməliyyatları həyata keçirərək işğal altındakı torpaqlarımızın bir hissəsini azad edib”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə verdiyi açıqlamada Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
Partiya sədrinin sözlərinə görə, məğlubiyyətlə üzləşən Ermənistan tərəfinin ciddi-cəhdi ilə humanitar əsaslarla atəşkəs əldə olunsa da, işğalçı qoşunlar bu rejimi dəfələrlə pozublar: “Razılaşmanın qüvvəyə mindiyi gündən ermənilər atəşkəs rejimindən meyitlərini döyüş meydanından yığmaq əvəzinə, azad olunmuş Azərbaycan ərazilərini yenidən işğal etmək, mülki əhaliyə və obyektlərə zərbə endirmək üçün istifadə edirlər. Bu faktların özü Azərbaycanın həmin razılaşmaya birtərəfli qaydada əməl etməsinə baxmayaraq, qarşı tərəfin humanitar atəşkəs rejiminin tətbiqi ilə bağlı razılaşmadan faktiki olaraq imtina etdiyinin göstəricisidir. Buna görə də, hazırkı durumda Azərbaycan Ordusu ermənilərin hüçumlarına cavab verməklə kifayətlənməməli, işğal altındakı son qarış torpağımız azad olunana qədər əks-hücum, antiterror əməliyyatlarını davam etdirməlidir”.
Q.Əlibəyli, onu da qeyd edib ki, Vətən müharibəsi şəraitində bu gün Azərbaycanda əsl milli birlik və həmrəylik formalaşıb: “Demək olar ki, ölkənin bütün siyasi partiyaları, qeyri-hökumət təşkilatları, cəmiyyətimizin bütün təbəqələri, o cümlədən, ziyalılar, mədəniyyət və elm xadimləri eyni mövqedən çıxış edirlər. Əminliklə deyə bilərəm ki, topaqlarımızın işğaldan azad edilməsi naminə formalaşmış milli birliyi və həmrəyliyi heç kim poza bilməz. Üstəlik, bu yekdillik bütün dünyaya mesaj olduğu üçün bütün diplomatik təzyiqləri və müdaxilələri dəf etməyə qabildir”.
Partya sədri deyib ki, cəmiyyətin eyni mövqedən çıxış etməsinin və milli həmrəylik nümayiş etdirməsinin əsasını 50 siyasi partyanın son dövrlər tez-tez bir araya gəlməsi və yekdilliklə Azərbaycan dövlətinin, Ali Baş Komandanın və ordusunun yanında olmaları barədə bəyanatlarla çıxış etməsi təşkil edir: “Mən hesab edirəm ki, ölkənin siyasi mühitində belə mənzərənin müşahidə edilməsi Azərbaycan dövlətinin dünya miqyasında ən güclü dövlət olduğunun nümayiş etdirilməsidir. Çünki Azərbaycan dövlətinin, onun ordusunun müharibənin gedişində daxildən heç bir narahatlığı yoxdur. Belə ki, bütün siyasi qüvvələr elan ediblər ki, onlar müharibədən, aparılan əks-hücum əməliyyatlarından özlərinin məhdud siyasi məqsədləri üçün istifadə etməyəcəklər. Bu gün hər kəs Azərbaycan Ordusuna, dövlətimizə bacardığı qədər kömək göstərməyə çalışır. Biz də Aydınlar Partiyası olaraq döyüşdə vuruşmaq daxil olmaqla, Ali Baş Komandan hansı əmri versə, hər birimiz əsgər kimi onu yerinə yetirməyə hazırıq. Ona görə də deyə bilərəm ki, işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində Ali Baş Komandanın apardığı siyasəti nəinki dəstəkləyir, həm də özümüzü onun iştirakçısı hesab edirik”.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46

