/ / İşğalçı Ermənistanın muzdlulardan və terrorçulardan istifadə etməsi transmilli media tərəfindən ifşa olunur
İşğalçı Ermənistanın muzdlulardan və terrorçulardan istifadə etməsi transmilli media tərəfindən ifşa olunur
03.11.2020 [09:25]
“Reuters” agentliyinin yaydığı məqalədə Livan ermənilərinin kütləvi şəkildə muzdlular qismində Azərbaycana qarşı döyüşlərə cəlb olunduğu qeyd edilib
Məlum olduğu kimi, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat törətməsinə cavab olaraq qoşunlarımızın əks-hücum əməliyyatları aparması nəticəsində işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində mühüm uğurlar əldə edilib. Belə ki, dörd şəhər daxil olmaqla ümumilikdə 200-ə yaxın yaşayış məntəqəsi düşmən işğalından azad edilib. Onu da qeyd edək ki, Azərbaycan Ordusunun sülhə məcburetmə əməliyyatlarına başlaması ilə Ermənistan silahlı qüvvələri hərbi texnika, eləcə də canlı qüvvə baxımından çoxsaylı itkilərə məruz qalıb. Və indiki məqamda işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi muzdlu döyüşçüləri, həmçinin terrorçuları cəbhə zonasına daha intensiv şəkildə cəlb etməklə orduda şəxsi heyətlə bağlı itkilərinin yerini doldurmağa çalışır.
Ermənistanın işğal edilmiş ərazilərimizdə gedən əməliyyatlara xarici muzdlu döyüşçülər cəlb etməsi eyni zamanda beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır. Artıq bütün transmilli mediada Ermənistanın regiona terrorçuları cəlb etməsi barədə faktlar öz əksini tapır və erməni yalanları ifşa edilir. Belə ki, bir müddət əvvəl Fransanın “Liberation”, Almaniyanın “Der Freitag” qəzetlərində, Rusiyanın “Novaya Qazeta” mətbuat orqanında dərc olunmuş yazılarda, misirli telejurnalist Əla Məğribinin “Əl-Ğad” xəbər saytında nəşr edilmiş məqaləsində, “BBC” teleradiosunda yayımlanan proqramda, “ura.ru” informasiya agentliyində yer almış araşdırma yazısında və digər nüfuzlu media orqanlarında yayımlanmış materiallarda Ermənistanın Dağlıq Qarabağda döyüşmək üçün muzdlu döyüşçüləri cəlb etməsi faktlar əsasında diqqətə çatdırılıb.
Yeri gəlmişkən, “Reuters” agentliyinin yaydığı məqalədə də sözügedən məqama toxunulub. Belə ki, məqalədə Livan ermənilərinin kütləvi şəkildə muzdlular qismində Azərbaycana qarşı döyüşlərə cəlb olunduğu qeyd edilib. Məqalədə vurğulanıb ki, Livandakı maliyyə böhranı Vartkes adlı ermənini bu yay Ermənistana getməyə məcbur edəndə, o, heç Dağlıq Qarabağda döyüşəcəyini ağlına gətirmirdi. Ermənistan Müdafiə Nazirliyinin rəsmisi diaspordan bir çoxunun (dəqiq rəqəm göstərmədən) döyüşlərə getmək üçün müraciət etdiyini söyləyib. Yerli təlimatçı deyib ki, Argentina və ABŞ kimi uzaq ölkələrdən yüzlərlə erməni döyüş təlimi keçmək üçün Ermənistana gəlib. Dünyanın ən böyük erməni icmalarından biri - təxminən 140 min erməni mənşəli toplum Livanda hökm sürən maliyyə böhranına baxmayaraq pul toplayıb Ermənistana yardım göndərib. Yerevanda yerli və xarici könüllülərin təlimi ilə məşğul olan Karapet Agacanyan “Reuters” agentliyinə onun düşərgəsində təxminən 10 Livan ermənisinin təlim keçdiyini söyləyib. Onun sözlərinə görə, sentyabrın sonunda döyüşlər başlayanda onlar cəbhə bölgəsinə getmək üçün Beyrutdan gəliblər. Çoxsaylı erməni əsilli livanlılar döyüşlərdən hələ bir neçə ay əvvəl Beyrutdan Yerevana gedirdilər. Livandakı iqtisadi böhran və bunun ardınca avqust ayında Beyrut limanında təxminən 200 insanın ölümü ilə nəticələnən partlayış miqrasiyanı gücləndirdi. Erməni İnqilab Federasiyası Partiyasının rəhbəri, livanlı deputat Hagop Pakradounyan deyib ki, qeydiyyatdan keçmək üçün Beyrutdan təxminən 20 nəfər gəlib. Qeyd edək ki, Livanın Ancar şəhərindən gələrək müharibədə iştirak edən muzdlulardan biri - opera müğənnisi Kevork Xacyanan döyüşdə məhv edilib. Məqalədə bu barədə də məlumat verilib.
Sonda onu da vurğulamaq yerinə düşər ki, beynəlxalq müşahidəçi və ekspertlərin fikrincə, işğal edilmiş ərazilərimizdə gedən əməliyyatlara muzdlu döyüşçüləri cəlb etməklə Ermənistan təkcə Azərbaycan üçün deyil, eləcə də digər dövlətlər, beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaratdığına görə dünya birliyi buna qarşı qətiyyətli addımlar atmalıdır.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43

