/ / Hikmət Babaoğlu: Hazırkı informasiya müharibəsi kontekstində Azərbaycan erməni terrorizmini dünyaya yenidən tanıdır
Hikmət Babaoğlu: Hazırkı informasiya müharibəsi kontekstində Azərbaycan erməni terrorizmini dünyaya yenidən tanıdır
04.11.2020 [09:44]
“Ermənilərin hazırda obyektiv informasiya yayan ayrı-ayrı televiziya, qəzet və digər media qurumlarına qarşı istifadə etdikləri təzyiq və təhdidlər erməni terrorunu informasiya müstəvisində də tətbiq etmələridir”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Ermənistan necə terrorçu dövlətdirsə, işğalçı ordusu necə terrorçudursa, mülki, dinc sakinləri hədəf alırsa, elə erməni lobbisi də informasiya müstəvisində bu terrorun davamını həyata keçirir: “Qərbi Avropanın ən nəhəng ölkələrindən biri olan Fransanın TF1 telekanalının müxbirinin ASALA terror təşkilatının üzvü olan Papazyan tərəfindən ölümlə hədələnməsi, əslində, bir daha erməni terrorunun bu gün nə dərəcədə aqressiv olduğunu bütün dünyaya nümayiş etdirir. Dünya bir daha aydın dərk edir ki, Azərbaycan, əslində, kimlərlə, necə bir işğalçı ölkə ilə, terroru mənimsəmiş və xislətində, hərəkətlərində onu hər addım başı nümayiş etdirən terrorçu birləşmələrlə üzbəüzdür. Eyni zamanda, “New York Times” qəzetində dərc olunan obyektiv yazıya görə erməni lobbi qruplarının ABŞ-da həyata keçirdikləri də eynilə yenə terrorçuluqdur. Ondan bir qədər əvvəl ABŞ-ın ayrı-ayrı ştatlarında yol kəsərək, ictimai qaydaları pozaraq, yerli hakimiyyət orqanlarına təzyiq etməyə çalışan erməni lobbisinin üzvləri də etdikləri hərəkətlə yenə terrorçu olduqlarını nümayiş etdirirlər. Çünki ictimai asayişi pozmaq, güc tətbiq etmək terrorizmdir”.
“Nəhayət, Qərb dərk etməlidir ki, əgər doğrudan da, sivil davranış, Avropa dəyərləri, insan hüquqları alidirsə, o zaman mütləq ona qarşı çıxan terrorçular cəzalandırılmalıdır. İnformasiya müstəvisində terror törədənlər, qonşu ölkələrə qarşı terror həyata keçirənlər mütləq cəzalandırılmalıdır. Nəhayət, söz və mətbuat azadlığına qarşı terror hədəsi ilə çıxış edənlər mütləq öz layiq olduqları cəzanı almalıdırlar. Əminəm ki, hazırkı informasiya müharibəsi kontekstində Azərbaycan erməni terrorizmini dünyaya yenidən tanıdır və dünya yenidən erməni terrorçularını tanımalıdır”, - deyə Hikmət Babaoğlu əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19

