/ / Müzəffər Ali Baş Komandamızın Füzuli və Cəbrayıl rayonlarına səfəri xalqımızın Qələbə sevincini daha da artırdı
Müzəffər Ali Baş Komandamızın Füzuli və Cəbrayıl rayonlarına səfəri xalqımızın Qələbə sevincini daha da artırdı
19.11.2020 [08:55]
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etmələri ilə tariximizdə daha bir şanlı səhifə yazdılar. Qalib Ali Baş Komandanın Füzuli rayonunda əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanması bir daha onu göstərdi ki, xalqın sevgisini və rəğbətini qazanmaq dövlət başçısı üçün həyatda ən böyük mükafatdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Deputat deyib ki, Azərbaycan xalqına qələbə duyğuları yaşadan Müzəffər Ali Baş komandan 44 günlük əks-həmlə əməliyyatları zamanı özünün misilsiz diplomatik-hərbi fəaliyyəti ilə bir daha xalqın yanında olduğunu nümayiş etdirdi. Qalibiyyətlə dolu döyüş əməliyyatlarının aparıldığı günlərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə ardıcıl olaraq müxtəlif mənbələrdən, ünvanlardan təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar göndərilirdi. Lakin ölkəmizin başçısının qoyduğu qəti tələblər bundan ibarət idi ki, mənfur düşmən şərtlərimizi qəbul etməlidir, ərazilərimizi qeyd-şərtsiz tərk etmələri üçün dəqiq cədvəl göstərməlidir. Şuşa şəhərinin və sonrakı gün 70-dən çox kəndin, iki qəsəbənin, strateji yüksəkliklərin işğaldan azad edilməsi ilə Ermənistan hərbi xuntası Azərbaycanın Ali Baş Komandanının rayonlarımızın boşaldılması ilə bağlı irəli sürdüyü şərtlərə razılaşmağa məcbur edildi. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusuna çevrilmədi. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi, işğalçılar işğal edilmiş torpaqlardan qovuldular. Bununla da Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunda əhali ilə keçirdiyi görüşdə dediyi kimi, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var, çoxmillətli, çoxkonfensiyalı, mütərəqqi Azərbaycan dövləti var.
Milli Məclisin deputatı bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı haqqında mif uydurulmuş Ermənistan ordusu çökdürüldü və Ermənistana uzun illər ərzində rəhbərlik edən hərbi xunta rəhbərliyinə layiqli dərs verildi. Artıq elə bir vəziyyət yaranıb ki, Nikol Paşinyan öz canını erməni xalqının qəzəbindən qurtarmağın yolları haqqında fikirləşir.
Ağalar Vəliyev vurğulayıb ki, dövlətimizin başçısının 16 noyabrda Qarabağa etdiyi tarixi səfəri zamanı xalqa açıqlandı ki, qısa zamanda işğaldan azad edilmiş rayonlarımız planlı şəkildə bərpa ediləcək, Azərbaycana beynəlxalq ekspertlər dəvət ediləcək və ölkəmizə mənfur qonşularımızın vurduqları ziyan birlikdə hesablanacaq. Xarici və yerli şəhərsalma mütəxəssislərinin iştirakı ilə Qarabağda tamamilə modern bir şəhərsalma planı qurulacaq. Şəhər və kəndlərin infrastrukturu yeniləşəcək və ekoloji tarazlıq bərpa olunacaq. Bununla da yaşadığımız bölgəyə barışıq gətirən Azərbaycan dövləti regionun inkişafının təminatçısına çevriləcək.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın hər bir azərbaycanlı üçün qürur yerinə çevrilmiş tarixi Xudafərin körpüsünü ziyarət etməsi xüsusi rəmzi məna daşıyırdı. Bu ziyarət onu göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmişə milli-mənəvi dəyərlərimizə sahib çıxıb və sadiqlik nümayiş etdiriblər.
Hər zaman bütün çıxışlarında “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına böyük xalq sevgisi ilə müşayiət olunan səfəri ilə bu fikrin doğruluğunu sübuta yetirdi və həmin nidanı qoymuş oldu.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19

