/ / “Euractiv” portalı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terror barədə məqalə dərc edib
“Euractiv” portalı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terror barədə məqalə dərc edib
28.11.2020 [01:20]
Avropa İttifaqının nüfuzlu “Euractiv” informasiya portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Nağı Əhmədovun “Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan təbiətinə vurulan zərərin miqdarı” adlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə vurulmuş zərərin miqdarının hədsiz dərəcədə böyük olduğu bildirilir.
Müəllif noyabrın 10-da imzalanmış birgə Bəyanata əsasən Kəlbəcər rayonunu tərk edən ermənilərin öz evlərini yandırdıqlarını, ağacları kəsdiklərini və meşələrə od vurduqlarını diqqətə çatdırır. Məktəbləri və xəstəxanaları yandırmaqdan belə çəkinmirlər. Təəssüflər olsun ki, ətraf mühit məsələləri ilə məşğul olan beynəlxalq qurumlar və QHT-lər tərəfindən bu məsuliyyətsiz hərəkətlərə reaksiya verilmir.
Müəllif vurğulayır ki, Azərbaycanın rayonlarına qarşı həyata keçirilən bu ekoloji terror həmin ərazilərin işğal edildiyi ilk günlərdən başlayıb. O, bölgənin ekosisteminin, heyvanat aləminin və təbii sərvətlərinin son 27 il ərzində vəhşicəsinə məhv edildiyini bildirir.
Müəllif 2016-cı ilin yanvarında Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş 2085 saylı qətnaməni də diqqətə çatdırır. Bu sənəddə Ermənistanın işğal etdiyi ərazilərdə süni şəkildə humanitar və ekoloji problemlər yaratdığı pislənilib və Ermənistan hakimiyyəti su mənbələrindən siyasi təsir vasitələri kimi istifadə etməyi dayandırmağa çağırılıb.
Məqalədə, həmçinin Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarda yanğından zərər çəkmiş ərazilərlə bağlı ATƏT-in rəhbərlik etdiyi ətraf mühitin qiymətləndirilməsi missiyasının 2006-cı il oktyabrın 2-dən 13-dək hazırlanmış hesabatında geniş ərazilərin yandırıldığı və bununla da insanlara, iqtisadiyyata və ətraf mühitə külli miqdarda zərər vurulduğu qeyd olunur.
Məqalədə Ermənistanın Azərbaycanın işğal olunmuş rayonlarında illərdir törətdiyi ekoloji cinayətlərini “Azərkosmos” peyk tərəfindən çəkilmiş görüntülərin sübut etdiyi də bildirilir. Bu dəlillər işğal olunmuş ərazilərdəki ən qiymətli flora və fauna nümunələrinin məhv edildiyini göstərir. Mütəxəssislərin ilkin hesablamalarına görə, ətraf mühitə və təbii sərvətlərə dəyən ziyanın miqdarı təxminən 265,3 milyard dollar dəyərindədir.
Müəllif işğal altında olan Azərbaycan torpaqlarında ən çox məhv edilən meşələrdən də söz açır. O qeyd edir ki, bu ərazilərdə 247 min hektardan çox meşə sahəsi mövcud olub və onun 13197.5 hektarı qiymətli ağac növləri ilə zəngin meşələrdən ibarətdir. Ermənilərin işğal altında olan ərazilərdəki qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq xarici ölkələrə satdıqları vurğulanır.
Vurğulanır ki, işğal nəticəsində Dağlıq Qarabağ və onun ətraf rayonlarının ərazisi “ekosid (ekoloji soyqırımı)” kimi xarakterizə oluna bilər. Yəni, təbiət əsl soyqırımına məruz qalıb və bu cinayətə görə Ermənistan tərəfi məsuliyyət daşıyır.
Qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlarında təbiətə qarşı düşmən münasibət və həyata keçirilmiş ekoloji terror təkcə Azərbaycanın ekoloji balansı, flora və faunası üçün deyil, eyni zamanda, regionda sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

