/ / Vüqar Gülməmmədov: 2021-ci ilin dövlət büdcəsinin layihəsinin tərtibi və strukturu “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci və 16-cı maddələrinin müəyyən etdiyi tələblərə uyğundur
Vüqar Gülməmmədov: 2021-ci ilin dövlət büdcəsinin layihəsinin tərtibi və strukturu “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci və 16-cı maddələrinin müəyyən etdiyi tələblərə uyğundur
25.12.2020 [09:39]
Hesablama Palatasının sədri V. Gülməmmədovun 2021-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Milli Məclisin plenar iclasında DSMF-in büdcəsi ilə bağlı çıxışı
Hörmətli Sahibə xanım, hörmətli Baş Nazir !
Hörmətli millət vəkilləri və dövlət orqanlarının rəhbərləri, iclas iştirakçıları!
İlk olaraq təqdim edilən layihənin müvafiq qanunvericilik aktlarına uyğunluğu barədə.
Dövlət sosial müdafiə fondunun 2021-ci il üçün büdcəsinin layihəsi ilə bağlı Qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun şəkildə təqdim edilmişdir. Qeyd edim ki, cari ildə “Büdcə zərfi”nin məlumatlılıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm bir amil kimi Fondun büdcəsi üzrə Qanun layihəsinə dair ətraflı izahatın zərfə daxil edilməsidir.
Həmçinin vurğulayaq ki, müzakirə etdiyimiz qanun layihəsində əks etdirilmiş gəlir və xərclərin strukturu “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş istiqamətlərə uyğundur. Qeyd olunmalı digər məqam isə dövlət büdcəsindən ayrılan transfertin 2021-ci ilin dövlət büdcəsinin müvafiq parametrinə uyğun olmasıdır. Həmçinin vurğulayaq ki, büdcə layihəsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş tədbirlər planına uyğun şəkildə tərtib və təqidm edilmişdir.
Fondun 2021-ci il üçün büdcəsində, əvvəlki illərdə olduğu kimi, gəlir və xərclər bərabər məbləğlərdə nəzərdə tutulmuşdur. Ümumilikdə, Fondun yerinə yetirdiyi vacib sosial funksiyaların icrası məqsədilə tələb olunan vəsaitlərin təmin edilməsi, təbii ki, xüsusiilə əhəmiyyətlidir. Hesablama Palatası gələcək illərdə Fondun büdcə balansının müəyyənləşdirilməsi, gəlirlərin xərcləri üstələyən hissəsinin Fondun gəlirlərinin artırılması istiqamətində istifadəsinin, yalnız defisit yarandıqda dövlət büdcəsindən ssuda şəklində vəsait yönəldilməsinin məqsədəmüvafiq olduğu qənaətindədir.
Həmçinin vurğulamaq istərdik ki, növbəti il üçün Fondun büdcəsinin layihəsi üzrə parametlərin təhlili 2021-ci ildə nəzərdə tutulmuş tədbirlərin icra müddəti cari ildə bitməli olan Pensiya Konsepsiyası üzrə tədbirlərin məntiqi davam etdiriləcəyini qeyd etmək imkanı verir ki, bu da təbii, müsbət addım olaraq dəyərləndirilməlidir.
Fondun gəlirləri barədə
Fondun gəlirləri cari illə müqayisədə 7,6% çox olmaqla proqnozlaşdırılmışdır. Bu, indiyədək Fondun gəlirlərinin ən böyük göstəricisidir. Qeyd edək ki, Fondun gəlirlərinin ÜDM-ə nisbət göstərici 6,7% təşkil edir ki, son illərdə bu, ən böyük göstəricidir.
Gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları hesabına daxilolmalar cəmi məbləğdə 68,1% səviyyəsində nəzərdə tutulmuşdur. Bu mənbə üzrə gəlirlərin stukturundə qeyd edilməli əsas məqam məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin payının kiçik azalma ilə proqnozlaşdırılması fonunda bu gəlirlərin tərkibində qeyr-büdcə sektorundan daxilolmaların artımla nəzərə tutulmasıdır. Eyni zamanda, bu sektorun iştirak payı da müsbət meyillə proqnozlaşdırılmışdır. Hesablama Palatası məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlılığın gücləndirilməsi, bu yığımların təmin edilməsi üzrə vergi orqanlarının məlumat bazaları ilə zəruri uyğunlaşmaların artırılması ilə bağlı addımların davam etdirilməsinin gəlirlərin artım tempinin sürətlənməsinə xidmət edəcəyi qənaətindədir.
Eyni zamanda, dövlət büdcəsindən ayrılan transfertlərin məqsədi ilə bağlı qanunvericilik aktlarında uyğunlaşdırılması zərurətini də diqqətə çatdırmaq istərdik.
Fondun xərcləri.
Növbəti ildə də Fondun xərclərinin əsas hissəsinin (97,3%) əhaliyə ödənişlərə yönəldilməsi nəzərdə tutulmuşdur.
Pensiyanın ödənilməsi xərclərinin ə son illərdə artım meyli həmin xərclərin ÜDM-də xüsusi çəkisinə də təsir göstərir. Qeyd edək ki, bu göstərici beynəlxalq təcrübədə pensiya xərclərinin dinamikliyi və bu sahədə siyasətin dərinliyini qiymətləndirmək üçün istifadə edilir. Məlumat üçün qeyd edim ki, müvafiq göstəricilərə əsasən pensiyaların ödənilməsi xərclərinin ÜDM-ə nisbətinin növbəti ildə də 6,4% olması proqnozlaşdırılır. Vurğulamaq istərdim ki, son illərdə bu göstərici İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üçün orta göstəriciyə yaxınlaşmaqdadır.
Hörmətli millət vəkillərinin diqqətinə digər bir göstəricini də çatdırmaq istərdim. Bu, əvəzetmə əmsalıdır. Əmsal orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqına nisbətini ifadə edir və mahiyyət etibarı ilə həmin əmsalın dinamikasını təhlil etməklə orta pensiya məbləğinin orta aylıq əmək haqqı göstəricisinə “yaxınlıq” dərəcəsi barədə fikir yürütmək olar. Qeyd etmək istərdim ki, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də əvəzetmə əmsalı, yəni artım tendensiyasına malik olacaqdır. Belə ki, qeyd edilən əmsalın 43,5% olması gözlənilir, gələn il isə 48,1% olacağı proqnozlaşdırılır. Cari və növbəti illər üzrə pensiyaların orta aylıq məbləğlərinin artım dinamikası müvafiq olaraq, 14,2% və 9,3% səviyyəsində qiymətləndirilir ki, bu göstəricilər isə orta aylıq əmək haqqı üzrə müvafiq göstəricidən böyükdür.
Həmçinin diqqətə çatdırım ki, pensiyanın orta aylıq məbləğinin artım tempinin ölkə üzrə infilyasiya səviyyəsindən yüksək olması proqnozlaşdırılır. Bu isə pensiya məbləğlərinin real ifadədə dəyərini artrırı və həmin şəxslərin sosial müdafiə istiqamətində müsbət təsir göstərir.
Hesablama Palatası bunu müsbət meyl olaraq dəyərləndirməklə yanaşı, apardığı nəzarət tədbirlərinə əsaslanmaqla, pensiyaların ödənilməsi xərclərinə bilavasitə təsir göstərən, növbəti illər üzrə ödənilməsi planlaşdırılan və keçmiş dövrə görə ödənilməli pensiya məbləğinin müvafiq qayadada öhdəlik kimi tanınmasını, bu istiqamətdə hesabatlılığın gücləndirilməsini Fondun gəlir və xərclərinin proqnozlaşdırılmasının əsaslığının yüksəldilməsinə xidmət edəcəyi qənaətindədir.
Fondun xərclərinin bir istiqaməti də müavinətlərin ödənilməsi ilə bağlıdır. Qanun layihəsinə əsasən 2021-ci ildə MDSSH hesabına ödənilən müavinətlərin maliyyələşdirilməsi üçün Fondun ümumi xərclərinin 2,4%-i qədər və ya 124,75 mln. manat vəsait nəzərdə tutulmuşdur
Qeyd edək ki, Qanun layihəsində növbəti ildə MDSSH hesabına ödənilən müavinətlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin 23,0% artırılması proqnozlaşdırılmış, 2 növ üzrə (hamiləliyə və doğuma görə, 3 yaşınadək uşağa qulluğa görə) artım tempi daha nəzərəçarpacaq olmaqla nəzərdə tutulmuşdur (33,9% və 46,3%).
Hesablama Palatası 3 yaşına çatanadək uşaqlara qulluğa görə müavinət, uşağın anadan olmasına görə müavinət, hamiləliyə və doğuma görə müavinət növləri üzrə vəsaitlərin azaldılması potensialının olması, əmək qabiliyyətini itirməyə görə müavinət növü üzrə isə kontingent və digər amillərin tam nəzərə alınmaması, dəfn üçün müavinətin az proqnozlaşdırldığı qənaətindədir.
Qanun layihəsində 2021-ci ildə Fondun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinin Fondun ümumi xərclərinin 1,7%-i qədər olacağı nəzərdə tutulmuşdur ki, bu da cari ilin proqnoz göstəricisindən isə təxminən 3,0% çoxdur. Hesablama Palatası saxlanma xərclərinin artımla nəzərdə tutulması fonunda bu artımın Fondun ümumi xərclərinin 7,6%-lik artım səviyyəsindən xeyli az olduğunu və artımın əsasən Fondun təşkilati hüquqi formasının təsiri ilə formalaşdığı qənaətindədir.
Sonda Hesablama Palatası olaraq, əvvəlki illərdə olduğu kimi, yenə də dövlət öhdəliklərinin konkret müəyyənləşdirilməsinin məqsədmüvafiqliyini qeyd etmək istərdik. Belə ki, ölkədə həyata keçirilən islahatlar nəticəsində məşğul əhalinin, iqtisadi fəaliyyət növlərində muzdla çalışan işçilərin sayının artması pensiya təminatının maliyyə dayanıqlığına müsbət təsir göstərməsini nəzərə alaraq, Hesablama Palatası pensiyaların maliyyələşdirilməsi uçun dövlət öhdəliklərinin dəqiq müəyyənləşdirilməməsinin sığorta ehtiyatının formalaşdırılmasında risk amili olaraq qiymətləndirir.
Hörmətli millət vəkilləri,
Hesablama Palatasının Fondun büdcəsi ilə bağlı qanun layihəsinə dair rəyinin çox qısa müddət ərzində hazırlanaraq təqdim edildiyini diqqətə çatdırır, həmin rəyin müzakirədə sizlərə əlavə məlumatların çatdıracağına ümid edərək diqqətinizə görə təşəkkür edirəm
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

