/ / Hikmət Babaoğlu: Hazırkı geostarteji reallıq regionun inteqrasiyası və inkişafı üçün yeni perspektivlər vəd edir
Hikmət Babaoğlu: Hazırkı geostarteji reallıq regionun inteqrasiyası və inkişafı üçün yeni perspektivlər vəd edir
12.01.2021 [09:27]
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə yaranan hazırkı geostarteji reallıq bütövlükdə regionun inteqrasiyası və inkişafı üçün də yeni perspektivlər vəd edir. Hazırkı postmüharibə mərhələsində Azərbaycan fəal şəkildə və sürətlə işğaldan azad edilmiş ərazilərində yol-nəqliyyat və infrastruktur layihələrini həyata keçirməkdədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
H.Babaoğlu qeyd edib ki, belə olan halda yeni şərtlərdən daha səmərəli şəkildə istifadə etmək üçün region dövlətlərinin də diqqəti Azərbaycana yönəlmiş olur. Bu sırada, ilk növbədə, Rusiya, Türkiyə və İranı qeyd edə bilərik. Əslində, Rusiya və Türkiyənin problemin həllində oynadıqları mühüm siyasi rolu və postmüharibə mərhələsində sülhün qorunmasında iştirakçılığını da nəzərə alsaq, o zaman bu iki ölkənin Azərbaycanla əməkdaşlıq kontekstində regionun iqtisadi-siyasi inteqrasiyasında da mühüm rol oynaya biləcəkləri ortaya çıxmış olur. Şübhəsiz ki, qonşu İranın da regional inteqrasiya prosesində mühüm rol oynaya biləcəyi hər kəsə aydındır və bu da region ölkələrinin xüsusən də, yeni reallıqların memarı olan Azərbaycanın arzu etdiyi bir tərəfdaşlıq platformasının yaranması üçün əsaslardan biri kimi çıxış edə bilər.
Deputatın sözlərinə görə, buna paralel olaraq Gürcüstanın Azərbaycan tərəfindən həyata keçirilən bütün regionla və beynəlxalq enerji və nəqliyyat layihələrində iştirakçı olduğunu nəzərə alsaq, əslində regional inkişafı və inteqrasiyanı təmin edə biləcək platformanın konturları dəqiqləşmiş olur. Nəzərə almaq lazımdır ki, işğal faktı artıq ortada olmadığına görə arzu etdiyi və yeni reallıqları qəbul etdiyi təqdirdə Ermənistanın da bu platformada iştirakı mümkündür. Ona görə də hazırda regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün ən perspektivli platforma kimi 3+3 altı tərəfli platforma nəzərdən keçirilir .
“Azərbaycan-Türkiyə-Gürcüstan və Rusiya-İran-Ermənistan altıtərəfli əməkdaşlıq platforması regionumuzun inkişafı və uzunmüddətli sülhün bərqərar olması üçün ən perspektivli platformadır. Təcrübə göstərir ki, regiondan kənar aktorların iştirakçılığı bəzi hallarda nəinki əməkdaşlığın inkişafına töhfə verir. Tam əksinə bəzən belə iştirakçılıq ziddiyyət və qütbləşmə yarada bilir. Ona görə də bundan sonrakı mərhələdə imzalanması perspektivi olan mümkün sülh müqaviləsi də elə altıtərəfli əməkdaşlıq platformasına daxil olan Rusiya-Türkiyə və Azərbaycan-Ermənistan arasında razılaşdırılmış müqavilə ola bilər. Hazırda Rusiya sülhməramlıları regionda sabitləşdirici rol oynamaqla Ermənistanda mövcud olan müharibə tərəfdarlarının və revanşistlərin əl-qolunu bağlayır. Bundan başqa Ermənistanda hələ də elə qüvvələr var ki, Rusiyanın regionda sülhyaratma və əməkdaşlığın inkişaf etdirilməsində oyandığı rolunu qəbul etmək istəmirlər”, - deyə Hikmət Babaoğlu diqqətə çatdırıb.
Onun sözlərinə görə, həmin qüvvələrin məqsədi regiondan kənarda olan daha radikal aktorları prosesə cəlb etməklə yenidən müharibəni alovlandırmaqdan ibarətdir. Əslində biz bilirik ki, bu həvəsdə olan bəzi dövlətlər də yox deyil. Ona görə də regionda əməkdaşlığın və sülhün qalıcı olması hər şeydən əvvəl elə region ölkələrinin marağındadır. Yeni yol nəqliyyat və kommunikasiya layihələrinin bərpası isə məhz bu məqsədlərə xidmət edəcək: “Məsələn, dəmiryolu kommunikasiyalarının bərpası qonşu İranın Avrasiya İttifaqına üzv olan ölkələrlə əməkdaşlığına imkanlar yaradacaq. Eyni zamanda, Türkiyə bütün kommunikasiyalardan istifadə etmək imkanları əldə edəcək və beləliklə də uzun illərdir Ermənistanın işğalçılıq siyasəti ucbatından iflic vəziyyətə düşmüş regionla inteqrasiya nəhayət baş tuta biləcək ki, bu da bütün tərəflərin xeyrinə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

