Erməni cəmiyyətini kim qızışdırır?
10.02.2022 [23:19]
Radikal qüvvələr antitürk ovqatını gücləndirməyə çalışırlar
Taleh
Ermənistanda Türkiyə ilə münasibətlərin normallaşması əleyhinə kampaniya geniş vüsət alıb. Bu məsələdə Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra yaranmış yeni reallıqlarla barışa bilməyən müxalifət xüsusi fəallıq göstərir. Onlar israrla ermənilərə Türkiyə, Azərbaycan, bütövlükdə Türk dünyası ilə normal yaşayışın qeyri-mümkün olduğu fikrini təlqin etməyə, düşmən obrazı formalaşdırmağa çalışırlar.
Erməni mətbuatında bu barədə tez-tez müxtəlif “analitik” yazılara və “ekspert şərhləri”nə rast gəlmək olar. Yazıların mahiyyəti ondan ibarətdir ki, guya Türkiyə hakimiyyətinin siyasəti Ermənistanı diz çökdürməyə yönəlib, Ankara danışıqları imitasiya edir. Bu günlərdə dərc olunan məqalələrin birində qeyd olunur ki, guya Türkiyədə keçirilən sorğuya əsasən, respondentlərin demək olar ki, 61 faizi Ermənistanı öz ölkələri üçün təhlükə hesab edir. Amma nədənsə bu yaxınlarda Beynəlxalq Respublika İnstitutu (ABŞ) tərəfindən keçirilən sorğunun nəticələri qeyd olunmur. Onun nəticələrinə əsasən, sorğuda iştirak edən Ermənistan əhalisinin 88 faizi Türkiyəni, 81 faizi Azərbaycanı təhlükə hesab edir. Hətta Rusiya da bu sorğuda ilk üçlüyə düşüb.
Yanvarın 14-də Moskvada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin görüşündən sonra xüsusi nümayəndə, parlamentin vitse-spikeri Ruben Rubinyanla onu “türk agenti” adlandıran müxalifət deputatları arasında toqquşma baş verib. O, cavab olaraq müxalifətə “Daşnaksütyun” partiyasının nümayəndələrinin 1918-ci ildə Ermənistanın müstəqilliyini Türkiyəyə borclu olduğunu bəyan etdiklərini və 1921-ci ildə hərbi yardım üçün Türkiyəyə üz tutduqlarını xatırladıb. Vəziyyət o həddə çatıb ki, Nikol Paşinyan Türkiyə ilə danışıqlara şəxsən cavabdeh olduğunu qeyd edərək Rubinyanın müdafiəsinə qalxmağa məcbur olub.
Ardınca “Azadlıq” hərəkatı Maralikdə (Şirak rayonu) aksiya keçirərək, 1921-ci ildə Berlində Osmanlı İmperiyasının keçmiş baş vəziri Təlat Paşanı qətlə yetirmiş terrorçu Soqomon Teyleryanın abidəsi önünə gül dəstələri qoyub. Xatırladaq ki, erməni terrorçunu Berlinə “Daşnaksütyun” partiyası göndərmişdi və bu partiya hələ də fəaliyyət göstərir, Ermənistan parlamentində nümayəndələri var.
“Daşnaksütyun” demişkən, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşündən sonra “Hayastan” və “Daşnaksütyun” müxalifət blokunun nümayəndəsi İşxan Saqatelyan bəyan edib ki, müxalifət Ermənistan-Türkiyə danışıqlarını iflasa uğratmaq və mümkün güzəştlərin qarşısını almaq niyyətindədir. Jurnalistlərin bunu konkret olaraq necə edəcəyini soruşduqda Saqatelyan deyib ki, “geniş alətlərdən istifadə olunacaq - mitinqlərdən tutmuş digər vasitələrə qədər”. O, bu yaxınlarda “Daşnaksütyun” partiyasının yaradılmasının 131-ci ildönümünün qeyd edilməsi ilə bağlı rəsmi mərasimdə isə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin dayandırılmasının partiyanın siyasi mübarizəsinin əsas istiqamətlərindən birinə çevriləcəyini bəyan edib. “Bir türk İrəvanın mərkəzində əylənə bilməz. Bu olmayacaq, biz buna imkan verməyəcəyik”, - deyə bildirib.
Bəşəriyyət daşnakların öz məqsədlərinə çatmaq üçün istifadə etdikləri terror üsullarını unutmayıb. Bu baxımdan, Saqatelyanın “geniş alətlər” və “digər vasitələr” haqqında dediyi sözlər həm Türkiyə, həm də Ermənistan xüsusi nümayəndələrinin həyatı üçün təhlükəni nəzərdə tuta bilər. Üstəlik, bu günlərdə sosial şəbəkələrdə Rubinyan üçün belə bir təhlükənin olması ehtimalı ilə bağlı məlumatlar yayılıb.
Yüz ildən artıqdır ki, erməni cəmiyyəti türklərə, azərbaycanlılara nəsildən-nəslə ötürülən nifrət şəraitində yaşayır və formalaşır. Antitürk isterikası onu göstərir ki, erməni cəmiyyətində hələ çoxları öz səhvlərini etiraf etmək üçün cəsarət tapmayıb. Onlar öz problemlərinə görə başqalarını günahlandırmaqda davam edirlər və bundan sonra da edəcəklər. Buna baxmayaraq, artıq Ankara ilə İrəvan arasında yaxınlaşma prosesi başlayıb. Bu qaçılmaz prosesdir və ilk növbədə, Ermənistanın özünə lazımdır.
Xəbər lenti
Hamısına baxGündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50

