Gümrü-Qars dəmir yolu xətti açılır?
18.02.2022 [23:29]
Nardar BAYRAMLI
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı xüsusi nümayəndələr arasında müzakirələrin başlanmasından sonra İstanbul-İrəvan aviareysi fəaliyyətə başladı. Bir çox ekspertlər bu hadisəni münasibətlərin normalaşdırılması istiqamətində vacib addım hesab etdilər. Bunun ardınca isə 1993-cü ildən fəaliyyəti dayandırılmış Gümrü-Qars dəmir yolu xəttinin açılması gündəmə gəlib.
Ermənistan KİV-in mövzuyla bağlı dərc etdiyi məqalələrdə Gümrü-Qars dəmir yolunun yenidən işə salınmasının Türkiyə və Ermənistan üçün əhəmiyyətindən bəhs edilir. Lakin belə görüntü yaradılır ki, guya dəmiryolunun açılması Türkiyə üçün həyati əhəmiyyət kəsb edir və bu hadisə Türkiyə iqtisadiyyatının, turizminin inkişafına xüsusi təsir göstərəcək. Amma bu xəttin Ermənistan üçün oynadığı roldan söhbət getmir. Erməni ekspert Qrant Mikaelyan isə deyib ki, Türkiyə bir vaxtlar dəmir yolunu bağlayıb və əgər həqiqətən də indi onu yenidən işə salmaq istəyirlərsə, o zaman dəmir yolunun açılma ehtimalı çox yüksəkdir. Dəmir yolunun bərpasının nə qədər vaxt aparacağı ilə bağlı suala Melikyan belə cavab verib ki, “bərpaya ehtiyac olsa da, Ermənistan-Türkiyə sərhədi açıq olan zaman burada müəyyən işlər görülüb. İşləməyən bölmə kiçikdir, yəni yenidən işə salmaq əslində asandır və çox xərc tələb etmir”.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri münasibətlərin normallaşması üçün müzakirələr apararkən kommunikasiyaların açılmasının da diqqət mərkəzində saxlanılması təbiidir. Onun sözlərinə görə, fevralın 24-də Vyanada keçiriləcək növbəti görüş ərəfəsində Gümrü-Qars dəmir yolu xəttinin açılmasının gündəmə gəlməsi normaldır: “Paşinyanın da hazırda ən çox arzuladığı məsələ Türkiyə ilə diplomatik münasibətlərin qurulması, sərhədlərin açılmasıdır. Bunun bir sıra səbəbləri var. İqtisadi səbəblər Ermənistanı təcrid vəziyyətindən çıxarmaqdır. Bu ölkə həmişə xarici ianələr hesabına ayaqda qalıb, lakin Paşinyanın hakimiyyətə gəlişindən, xüsusilə İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra hazırkı hakimiyyətlə diaspor arasında dərin çatlar yaranıb. Bu da xarici ianələrin azalması ilə nəticələnir. Erməni diasporunun özü də müharibədən sonra ikiyə bölünmüş vəziyyətdədir. Bununla yanaşı, Rusiyadan daşımalarda hava şəraitinə görə zaman-zaman problemlər yaranır, Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən hissəsində gömrük-keçid məntəqəsinin qurulması İranla daşımalara da təsir edir. Ermənistanın müharibədən əvvəlki dövrlə müqayisədə indi təcrid vəziyyətində yaşaya bilməsi daha da çətinləşib və Paşinyan anlayır ki, Türkiyə ilə sərhədlərin açılması, əlaqələrin qurulması iqtisadiyyata yeni nəfəs verə bilər. Siyasi səbəblər isə Paşinyan hakimiyyətinin oriyentasiyasıdır. Yəni Ermənistanın mövcud hakimiyyəti Qərbyönümlü xəttə üstünlük verir və Qərbə çıxış üçün yeganə yol isə Türkiyədir”.
Millət vəkili qeyd edib ki, bütün bunların fonunda münasibətlərin qurulması, o cümlədən Gümrü-Qars dəmir yolunun açılması daha çox Ermənistana lazımdır: “İki ölkə arasında təyyarə uçuşlarının həyata keçirilməsinə artıq başlanılıb. İndi ermənilərin arzusu Gümrü-Qars dəmir yolunun açılmasıdır. Çünki ağır sosial-iqtisadi böhran yaşayan Ermənistan əhalisi üçün bu dəmir yolunun açılması həyati əhəmiyyət kəsb edir. Bilirsiniz ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regiondan yeni reallıqlar yaradıb. Azərbaycan və Türkiyə bölgədə yeni əməkdaşlıq platforması təklif edir ki, bu, region dövlətləri üçün önəmlidir. Bu baxımdan, “3+3” formatı diqqəti cəlb edir. Bu formatda nəqliyyat əlaqələri də xüsusi yer tutur. Əgər dəmir yolları işə düşərsə, yeni nəqliyyat şəbəkəsi yaranacaq ki, hər bir dövlət iqtisadi divident qazanacaq. Platforma reallaşarsa, Horadiz-Mehri-Naxçıvan-İrəvan dəmir yolu xətti ilə Gümrü-Qars dəmiryolu xətti də gələcəkdə birləşə bilər. Bu layihələr isə ən çox Ermənistana inkişaf etmək üçün lazımdır. Ona görə də, Ermənistan vacib regional təşəbbüslərə qoşulmalıdır. Əks halda, bu ölkə sosial-iqtisadi böhrandan çıxa bilməyəcək”.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

