Regionda vəziyyət gərginləşir
11.03.2022 [10:38]
Erməni təxribatlarının intensivləşməsinin səbəbi nədir?
Taleh Ağaverdiyev
Ukraynada baş verən faciəli hadisələr fonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən qanunsuz erməni silahlı birləşmələrinin ordumuzun mövqelərini və yaşayış məntəqələrini atəşə tutmasının tez-tez şahidi oluruq. Və hər gün bu təxribatların intensivliyi və miqyası yalnız genişlənir, regionda gərginlik artır. Separatçıların bu cür fəallaşmasının səbəbi nədir? Bu, hansısa şəkildə Ukrayna hadisələri ilə bağlıdırmı və bu gərginləşmənin davam etməsi özündə hansı təhdidləri ehtiva edir?
Bu məsələni “Yeni Azərbaycan” qəzetinə şərh edən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, son günlərdə mövqelərimizin erməni separatçıları tərəfindən intensiv olaraq atəşə tutulması bir daha sülhməramlı kontingent komandanlığının funksional vəzifə borclarına məsuliyyətsiz davranışının məntiqi nəticəsi kimi qəbul olunmalıdır: “Xatırladım ki, bu gün Azərbaycan əsgərinə atəş açan erməni silahlısı 16 ay bundan əvvəl Qarabağ ərazisindən silah və texnikası ilə birlikdə çıxarılmalı idi. Əfsuslar olsun ki, bu funksiyalarını yerinə yetirməyən sülhməramlı kontingent və onun komandanlığı öz funksiyalarını bir kənara qoyub qanunla sülhməramlılar üçün nəzərdə tutulmayan fəaliyyətlər həyata keçirirlər ki, bunların da arasında general Volkovun üzümçülük təsərrüfatı yaratması, əkin-biçin işlərinə qarışması, qaçaqmalçılıq yolu ilə müəyyən qadağan olunmuş malların Qarabağa və ya oradan Ermənistana daşınması məsələlərini misal göstərmək olar. Görünür ki, general Volkov və onun dəstəklədiyi erməni separatçıları həm 44 günlük müharibənin, həm də ondan sonrakı epizodik döyüşlərdən hələ özləri üçün bir nəticə çıxarmayıblar”, - deyə həmsöhbətimiz bildirib.
Ekspertin fikrincə, erməni tərəfinin Ukrayna böhranından istifadə etmək fikrini də beynindən keçirməsi ehtimalı var.
“Amma xatırladıram ki, Vətən müharibəsindən əvvəl Qarabağda 280 kilometr olan cəbhə xətti hazırda 470 km-ə qədər uzanıb. Belə bir böyük ərazidə və erməni silahlılarının hər bir tərəfdən perimetr üzrə Azərbaycan ordusu ilə üzük qaşı kimi mühasirədə olduğu bir şəraitdə atəşkəsin pozulması əks tərəf üçün çox ağrılı, acılı nəticələrə gətirib çıxara bilər. Görünən odur ki, erməni silahlıları Qarabağ ətrafında kifayət qədər aktivləşiblər və Azərbaycanın səbr kasasını daşırmaq üçün əllərindən gələni edirlər. Nəticə etibarilə biz hazırda erməni silahlıların Azərbaycan ordusunun mövqelərini, o cümlədən Şuşaya ən yaxın məsafədə yerləşən Ağdam rayonu istiqamətində əsgərlərimizə intensiv olaraq atəş açır və kövrək sülhü təhdid altına alırlar. Erməni silahlıların yol verdiyi və sülhməramlıların da göz yumduğu bu təxribatlar əvvəl olduğu kimi bundan sonra da cavabsız qalmayacağına tam əminəm. Bunun üçün əməliyyatlar teatrında Azərbaycan ordusu kifayət qədər güc, imkan və döyüş potensialına malikdir. Əgər erməni tərəfi təxribatlarına davam edərsə, o zaman Azərbaycan atəş açılan həmin əraziləri nəzarətə götürməyə və həmin yerdə Azərbaycan bayrağını dalğalandırmağa məcbur olacaq. O zaman Volkovun da nüfuzu kifayət qədər zəifləyəcək”, - deyə Ədalət Verdiyev deyib.
30 il ərzində müxtəlif səviyyədə təxribatları gördüyümüzü deyən Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov qeyd edib ki, bu təxribatlar təkcə Ermənistanın və yaxud separatçıların istəkləri ilə bağlı deyil.
“Bu, eyni zamanda, müəyyən xarici qüvvələrin Azərbaycanı təzyiq altında saxlaması və həmin separatçılar vasitəsilə təsir imkanlarını göstərməsi ilə bağlıdır. Əlbəttə ki, Ukrayna hadisələri bir çox dövlətlər üçün, ələxsus müharibənin hər iki tərəfi üçün çox böyük dərs və göstərici olmalıdır. Çox təəssüflər olsun ki, bəzən müəyyən ölkələrin hərbçiləri öz resurslarını düzgün şəkildə qiymətləndirmirlər və hansısa dövrdə əldə etdikləri uğurun yenidən təkrarlanacağına ümid edirlər. Amma məlum məsələdir ki, ümid və qərarların verilməsi heç də hər zaman düz mütənasiblik təşkil etmir. Azərbaycan ordusu istənilən ölkədən, istənilən qruplardan ölkəmizə qarşı olan təhdidə cavab verməyə hazırdır. Elə bu bir neçə gün ərzində davam etməkdə olan təxribatlara da lazımi səviyyədə cavab verildi. Yaxşı olardı ki, Üçtərəfli Bəyanatda adları çəkilən bütün tərəflər öz üzərinə götürdükləri öhdəliklərə məsuliyyətlə yanaşsınlar və onsuzda zədələnən imiclərini daha da zədələməsinlər”, - deyə politoloq bildirdi.
Zaur Məmmədov əlavə etdi ki, region çox ciddi çağırışlarla üz-üzədir və Ukrayna hadisələri bunun daha bir göstəricisidir: “Eyni zamanda, regionda yaxın günlər və aylar ərzində ciddi şəkildə geoiqtisadi konfiqurasiyanın dəyişməsi də gözlənilir. Biz görürük ki, Amerika və Qərbdə dünyanın enerji bazarı ilə bağlı kifayət qədər ciddi inqilabi qərarlar qəbul edilir. Və Azərbaycan Prezidentinin Türkiyəyə səfəri, bundan qabaq İsrail Prezidentinin Türkiyə lideri ilə görüşü və digər amillər onu deməyə əsas verir ki, mütləq şəkildə regionda Azərbaycan açar dövlət olmaqda davam edəcəkdir. Əgər kimlərsə hər hansı təhdid və təzyiqlərini müntəzəm olaraq burada davam etdirmək niyyətini güdürlərsə, onlar mütləq şəkildə məğlubiyyətə uğrayacaqlar. Yaxşı olar ki, hər kəs öz məsuliyyətini və götürdükləri öhdəlikləri dərk etsin. Və eyni zamanda, biz Ermənistanın baş nazirinin də bu yaxınlarda Fransaya səfərinə şahidlik etdik. Və elə regionun ətrafında son baş verən hadisələr də bir daha göstərdi ki, Azərbaycan və Türkiyə ordusuna qarşı çıxmaq, hansısa addımlar atmaq heç də asan məsələ deyil”.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

