“Soyuq cavab - 2022” kimə cavab olacaq?
16.03.2022 [10:09]
NATO III Dünya müharibəsinə hazırlaşır?
P.İSMAYILOV
Rusiya ilə Ukrayna arasındakı hərbi gərginliyin miqyası böyüyə bilər. Belə ki, artıq NATO qeyri-rəsmi şəkildə Kremllə hərbi qarşıdurmaya hazırlaşmaqdadır. Bunu, həm Alyansa daxil olan ölkələrin rəhbərlərinin açıqlamaları, həm də qurumun başlatdığı hərbi təlimlər təsdiqləyir. NATO-nun aparıcı gücü sayılan ABŞ-ın prezidenti Co Bayden bildirib ki, ölkəsi Rusiyanın NATO-nu təhdid edən istənilən addımına cavab verəcək. O, bu sözləri ilə faktiki olaraq Rusiyanın hücumu halında ABŞ NATO ərazisinin “hər qarışını” qorumaq üçün III Dünya müharibəsinə də hazır olduğunu bəyan edib. “Əlbəttə, cavab versək, bu, III Dünya müharibəsi olacaq, lakin bizim NATO-nu müdafiə etmək kimi “müqəddəs öhdəliyimiz” var”, - deyə o bildirib. Dövlət başçısı vurğulayıb ki, hazırda 12 min ABŞ əsgəri Rusiya sərhədləri boyu yerləşdirilib.
Bu arada Alyans Norveçdə “Soyuq cavab-2022” adlı hərbi təlimləri başlayıb. Təlimlərdə 27 ölkədən 30 min hərbçi iştirak edir, 220 təyyarə və 50-dən çox gəmi cəlb olunub. NATO-nun mənzil-qərargahından təlimlərin əvvəlcədən planlaşdırıldığı və Rusiyanın Ukraynaya hücumu ilə əlaqəsinin olmadığı bildirilsə də, siyasi ekspertlər bunu inandırıcı hesab etmir. “Müdafiə məqsədi” daşıyan bu təlimlərin keçirilmə məkanı və adı artıq şərhə ehtiyac qoymur.
Politoloq İlqar Vəlizadə də hazırki situasiyaya baxdıqda NATO-nun III Dünya müharibəsinə hazırlaşdığı qənaətindədir. Onun fikrincə, bununla bağlı böyük ehtimallar var. Norveçdə keçirilən təlimlər də məhz bundan xəbər verir: “Son gedişatlar müharibə anonsu verməkdədir. Hətta tətbiq edilən iqtisadi sanksiyalar da göstərir ki, Qərb artıq Rusiyasız yaşamağa alışır. Təəssüflər olun ki, bu amil müharibə ehtimallarını daha da artırır. Düzdür, iki ölkə arasında diplomatik danışıqlar davam edir və ortada müəyyən müsbət çalarlar da var. Amma bu, hazırki tendensiyaya təsir göstərmir. Çünki ortada nəticə yoxdur. Belə olduğu halda həm Qərb, həm də Rusiya hərb strategiyasından əl çəkmir”.
“Soyuq cavab-2022” təlimlərinin təsadüfən Norveçdə keçirilmədiyini bildirən İ.Vəlizadənin fikrincə, Norveçə yaxın şimal sularında, Barens dənizində keçirilən təlimlərdə mühüm detallar var. “Bu dənizdə Rusiyanın atom donanması mövcuddur. Həmin donanmada isə nüvə silahları saxlanılır. Hətta Rusiya bir sıra silahlarını məhz Barens dənizində sınaqdan keçirib. Murmansk limanı Rusiyanın əsas bazalarındandır. Əgər III Dünya müharibəsi ehtimalları gerçəkləşsə, şimal suları müharibə meydanına çevriləcək. NATO da Rusiyaya məhz bu regionda cavab vermək niyyətindədir. Həmin regionda Rusiyanın Şimal-Qərb hərbi dairəsi yerləşir. Təlimlər həmin hərbi dairəyə yaxın ərazilərdə keçirilir. Bu hərbi dairənin şimal sularına və Baltik dənizinə də çıxış yolu mövcuddur”, -deyən politoloq Baydenin NATO ölkələrinə qarşı mövcud olan təhdidlə bağlı fikirlərinə də toxunub. Onun sözlərinə görə, belə bir təhdid mövcuddur və hadisələrin axarı da bunu deməyə əsas verir. Yarana biləcək hər hansı fors-major vəziyyət və ya hətta təxribat gözlənilən qlobal müharibəni başlada bilər. Hətta şimal sularında baş verəcək xırda bir insident qarşıdurmanı alovlandıracaq. Bu isə təhdid ehtimalını daha da artırır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51

