Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsveçin milli təhlükəsizlik müşaviri NATO sammitində bloknotunu unudub

İsveçin milli təhlükəsizlik müşaviri NATO sammitində bloknotunu unudub

15.07.2026 [18:20]

İsveçin milli təhlükəsizlik müşaviri Niklas Kvarnström ötən həftə Ankarada keçirilən NATO sammiti zamanı iş bloknotunu unudub. İsveç hökumətinin dəftərxanası “Dagens Nyheter” qəzetində dərc olunmuş məqalədən sonra bu faktı təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, hakimiyyət orqanları bloknotun NATO tədbirlərinin keçirildiyi binada qoyulduğunu və Alyansın onun təhlükəsizliyinə cavabdeh olduğunu bildiriblər. Kvarnström iddia edir ki, orada milli təhlükəsizlik qrifi daşıyan heç bir məlumat yoxdur.

Lakin hökumət bloknotun dəqiq məzmununu açıqlamaqdan imtina edib. Onun hansı müddətdə nəzarətsiz qaldığı, kimin aşkar etdiyi və Türkiyə hakimiyyət orqanlarının bloknotun məzmununa daxil ola bilib-bilmədiyi ilə bağlı suallar açıq qalır. Həmçinin bloknotda dövlət sirri və ya məxfi rejimin olub-olmadığı da qeyd edilməyib.

Milli təhlükəsizlik müşavirinin dövlət təhlükəsizliyi ilə bağlı ən həssas məsələləri əlaqələndirmək üzrlə mükəlləf olması səbəbindən insident geniş ictimai rezonansa səbəb olub.

Hadisə bu vəzifənin ətrafında baş verən bir sıra qalmaqalların sonuncusudur. İsveçin ilk milli təhlükəsizlik müşaviri Henrik Landerholm 2023-cü ilin mart ayında Hellöfst konqres mərkəzində məxfi sənədləri qoyub gedib, bundan iki ay əvvəl isə müsahibə verdiyi “Sveriges Radio”nun ofisində qeyd dəftərini unudub, 2022-ci ilin sonlarında mobil telefonunu Macarıstan səfirliyində yaddan çıxarıb. Onun varisi Tobias Tyuberq təyinatından cəmi on iki saat sonra şəxsi xarakterli fotoşəkillə bağlı qalmaqal səbəbindən istefa verib. 2025-ci ilin iyul ayında vəzifəyə başlayan Niklas Kvarnström üç ildən az müddətdə milli təhlükəsizlik üzrə üçüncü müşavir olub.

Paylaş:
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31