Mərkəzi Asiyadan Avropaya...
30.03.2022 [10:24]
Strateji yollar Azərbaycanda kəsişir
Pərviz
Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar dünyada yeni reallıqlar yaradıb. Başqa sözlə, Kremlin Ukraynada başlatdığı müharibə istər Avropa, istərsə də Asiya üçün ənənəvi ticarət yollarını “bağlayıb”. Alternativ yol axtarışı isə yeni siyasi mərhələni şərtləndirib: bu gün Avropa qədər Mərkəzi Asiyanın da yeni tranzit-logistik kommunikasiyaya ehtiyacı var. Yaranan situasiya məsələyə həm iqtisadi, həm də siyasi rəng qatmaqdadır. İqtisadi əməkdaşlıqlar siyasi müttəfiqliyə qədər irəliləyə bilər.
Bir sıra siyasi ekspertlər Qərb ilə Rusiya arasında gedən çoxvektorlu “döyüşlərin” nəticələri ilə bağlı indidən proqnozlar səsləndirməkdədirlər. Baş verənlərin ən azı qarşıdakı iki onillikdə kompensasiya olunması ehtimalı zəifdir. Rusiya artıq Qərbin iqtisadi planlarına daxil edilmir. Enerji resursları, xammal ehtiyatları axtarışları ilə paralel daşınma imkanları da araşdırılır. Aparılan araşdırmalar isə yeni yaxınlaşmalara səbəb olacaq. Məsələn, baş verənlərin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasındakı əlaqələri daha da dərinləşdirəcəyini indidən söyləmək olar. Türkiyədən Mərkəzi Asiyaya uzanacaq, Azərbaycanın səyi nəticəsində Avrasiyanın yeni iqtisadi aortasına çevrilən “Türk yolu” Avropa üçün nəfəslik, Türk dövlətləri üçün isə tarixi fürsətdir.
Qazaxıstan dünya bazarına Azərbaycan vasitəsilə çıxmağı planlaşdırır
Yeni dönəmin “Türk yolu” tarixi İpək yolu ilə müəyyən qədər üst-üstə düşür. Bu yol tarixən türkdilli ölkələrin qarşılıqlı əlaqələrində mühüm əhəmiyyət daşıyıb. İndiki məqamda isə dünya üçün mühüm alternativə çevrilmiş bu kommunikasiya hər kəsi cəlb edir. Məsələn, Rusiyaya qarşı sanksiyalar fonunda çətin vəziyyətə düşən Qazaxıstan ixrac və tranzit yüklərin daşınması üçün alternativ marşrutlar hazırladığını bəyan edir. Çərşənbə axşamı hökumətin iclasında çıxış edən bu ölkənin sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev bildirib ki, ixrac və tranzit yüklərin daşınması üçün alternativ marşrutlar və dəhlizlər işlənib hazırlanıb. Logistik tədarük zəncirlərinin qırılmasının qarşısını almaq üçün operativ tədbirlər görülür. Onun sözlərinə görə, ixrac yükləri Latviya limanlarına və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna yönləndiriləcək. Bu çərçivədə isə Azərbaycan, Gürcüstan və Türkiyə ilə əməkdaşlıq ediləcək. Müştərək nəqliyyat və logistika marşrutu üzrə birgə müəssisənin yaradılması barədə razılıq belə əldə olunub. Bu yol vasitəsilə yükdaşımaların inkişaf etdirilməsi üçün Aktau Dəniz Limanı azad iqtisadi zonasının bazasında konteyner qovşağının yaradılması da nəzərdə tutulur.
Artıq Qazaxıstan alternativ yol ilə irəliləyir. Prezident Kasım-Jomart Tokayev də bildirib ki, onları qarşıda irimiqyaslı islahatlar, yeni Qazaxıstanın quruculuğu gözləyir. Vurğulanmalıdır ki, Qazaxıstan özünün enerji resurslarını da artıq Rusiya vasitəsilə deyil, alternativ yolla ixrac etmək niyyətindədir. Axtarışın nəticəsi bu ölkəni alternativ olaraq vahid yola - Azərbaycan vasitəsilə Avropaya uzanan yola istiqamətləndirir.
Yeni multimodal nəqliyyat dəhlizi - “Türk yolu” reallığa çevriləcək
Analoji fikirləri digər Mərkəzi Asiya dövlətləri haqda da söyləmək olar. Sirr deyil ki, Qırğız Respublikası, Özbəkistan, Türkmənistan kimi dövlətlər yeni iqtisadi əməkdaşlıqlar platforması axtarışındadır. Əslində, sadalanan dövlətlərin bu və ya digər şəkildə Azərbaycan vasitəsilə yeni əməkdaşlıq platformalarında iştirakı artıq reallaşmaqdadır. Türkmənistan ilə Azərbaycan arasında 2021-ci ildə imzalanan və Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsini özündə ehtiva edən Anlaşma Memorandumu buna misal ola bilər. Paralel olaraq Asiya ilə Avropanı birləşdirəcək multimodal nəqliyyat dəрlizi layihəsi artıq gerçəkliyə çevrilir. Çin - Qırğız Respublikası - Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa tranziti üzrə reallaşacaq dəhlizin işə salınmasını sürətləndirmək üçün dəmiryolu administrasiyalarının ekspertlərindən ibarət daimi işçi qrupu belə yaradılıb. Bu razılıq dəmiryolu administrasiyalarının rəhbərlərinin Daşkənddə keçirilmiş görüşü zamanı əldə olunub. İşçi qrupu yüklərin bu marşrutla maneəsiz daşınmasının təşkili üçün bütün məsələlərin həlli ilə məşğul olacaq. Görüşdə yüklərin fasiləsiz daşınmasının təşkili, iritonnajlı konteynerlərin daşınması üçün nəzərdə tutulmuş fitinq platformalarının vaxtında göndərilməsi və sözügedən beynəlxalq multimodal nəqliyyat dəhlizi üzrə tarif dəhlizi ilə bağlı razılıqlar əldə olunub. Beynəlxalq multimodal marşrutun inkişafı üzrə dəmiryolu administrasiyaları rəhbərlərinin görüşünün protokolu belə imzalanıb.
Göründüyü kimi, artıq ticarət maraqları eyni istiqamətdə - eyni marşrutla tənzimlənir. Bu isə “Türk yolu”nu reallığa çevirəcək mühüm amildir. Təbii ki, bu alternativ yolun seçilməsində Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və regionda yaratdığı yeni siyasi reallıqlar mühüm əhəmiyyət daşımaqdadır. Atılan addımlar isə ticarət əməkdaşlıqlarının perspektivdə siyasi tərəfdaşlığa çevrilməsinə yol aça bilər.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

