İcma - sadə toplum, saatlı bomba, yoxsa “Troya atı”?
01.04.2022 [10:27]
Yaxud imperiyaların (və imperialist dövlətlərin) “yumşaq güc” vasitəsi, hərbi bazanın mülki-ictimai forması
Nurlan QƏLƏNDƏRLİ
Müxtəlif məsələlərin müzakirəsi zamanı istifadə olunan anlayışlardan biri “icma”dır. Bəzi hallarda ekspertlərin, siyasi şərhçilərin, hətta millət vəkillərinin bu sözü düzgün və yerində işlətmədiklərini görürük. Bu isə dilçilik məsələsi, yaxud filoloji problem deyil. Çünki bəzən siyasi və geosiyasi məsələlərin şərhi - izahı zamanı icma sözünün fərqli mənada işlədilməsi əks-təbliğata, yanlış ictimai rəy formalaşmasına səbəb olur.
Təsadüfi deyil ki, apardığımız kiçik sorğu zamanı müraciət etdiyimiz insanların əksəriyyəti icma sözünün mənasının nə olduğunu, yaxud ondan hansı toplumun təsvir olunması üçün istifadə edildiyini izah edə bilmədi. Elə bu səbəbdən mövzu haqqında yazmaq - bəzi məqamlara aydınlıq gətirmək qərarına gəldik.
İcma - bu və ya digər ərazidə dini, yaxud milli-etnik mənsubiyyətinə görə kompakt məskunlaşan toplumu ifadə edir. Amma tarixi faktlar, siyasi hadisələr və proseslər göstərir ki, məsələ bu qədər adi - sadə və bəsit - sıradan deyil.
Əvvəla, tarixi mənbələrə nəzər saldıqda bəlli olur ki, icmalar daha çox imperiyaların köçürmə siyasətinin nəticəsində yaranıb. Bu addım ölkədə və ya bölgədə siyasi təsir yaratmaq - nəzarəti təmin etmək məqsədilə atılıb. Nümunələr çoxdur, elə yaşadığımız regionun timsalında da... Çar Rusiyasının “erməni icması”, “rus icması” adı altında xüsusi etnik qruplar formalaşdırması - yerləşdirməsi bunun bariz nümunəsidir. XIX əsrin 30-cu illərində belə qrupların Azərbaycana köçürülməsindən sonra zaman keçdikcə yer adlarının dəyişdirilməsi, demoqrafik balansın yenidən tənzimlənməsi cəhdləri, dini və dünyəvi təhsilin yenidən təşkili və digər məsələlər icma yaratmaq məsələsinin konkret hədəflərə hesablandığını göstərir.
Siyasi məsələlərə gəlincə, dünyada son 3 əsrin mənzərəsi icmaların saatlı və ya uzaqdan idarə olunan bomba kimi istifadə edildiyini göstərir. Məqsəd bəlli, mexanizm isə sadədir:
- İlk növbədə, konkret dövlət özünü icma adı altında formalaşdırdığı etnik qrupun müdafiəçisi - sahibi kimi təqdim edir;
- Vətəndaşlığa dair sənəd verərək siyasətinə legitimlik qazandırır, lazım olduqda “vətəndaşlarının hüquqları qorumaq” adı altında hərbi-siyasi müdaxilə edir, ölkədə öz nəzarətini yaradır;
- İcmalar heç də sadə əhalidən ibarət olmur. Sıralarında kəşfiyyat məlumatları toplayan və ötürənlər, ideoloji iş - təbliğat aparanlar, təlim keçmiş silahlı və hazırlıqlı şəxslər olur, lazımi məqamda fəal qüvvəyə çevrilirlər;
- İcmaların separatizmə dəstək vermələri, yaxud separatçı qüvvələrə çevrilmələri də müşahidə olunan reallıqlardan biridir;
- Zaman-zaman bir ölkəni xarici siyasətdə hansısa güzəştə və ya qərar qəbuluna məcbur etmək üçün icmalardan istifadə edilir;
- Nəhayət, dövlətə təzyiq üçün əsas qüvvə “narazı kütlə” olduğuna görə icma istənilən vaxt (göstəriş verildiyi zaman) bu qiyafəyə bürünə bilir.
Bir sözlə, icma, əslində, imperiyaların (və imperialist dövlətlərin) “yumşaq güc” vasitəsi, hərbi bazanın mülki-ictimai forması, yaxud “Troya”atıdır.
Təbii ki, dünya təcrübəsində dinc - mehriban birgəyaşayış şəraitində yaşayan bəzi icmaların ölkənin elmi-mədəni, ictimai-siyasi həyatına töhfə vermələri, səmərəli fəaliyyət göstərmələri də var. Lakin icma məsələsindən daha çox təzyiq vasitəsi - siyasi maraqların təmin olunması aləti kimi yararlanmaq cəhdləri getdikcə artır, təhlükəli həddə çatır. Elə son zamanlar Qarabağda sülhməramlıların müvəqqəti nəzarət və məsuliyyət zonasında “rus icması”nın yaradılması təşəbbüsü barədə informasiyalar da bundan xəbər verir. Qeyd olunur ki, həmin qüvvələr ermənilərin bəhs olunan ərazilərdə yaşamasını təmin etmək üçün ərazilərin minadan təmizlənməsini, fərdi yaşayış yerləri və obyektlərin tikinti-təmirini, məktəblərin zəruri avadanlıqlarla təchizatını həyata keçirməklə yanaşı, humanitar yardımlar verirlər. Təbii ki, burada erməni hiyləsi və ya xisləti da özünü göstərir. Həmin ərazilərdəki qeyri-qanuni birləşmələr, hərbi qalıqlar - separatçılar özlərini “rus icması” statusunda təqdim etməklə fərqli mənzərə yaratmağa çalışırlar. Bir müddət əvvəl “Armenian Vendetta” teleqram kanalının “rus icması”nın nümayəndələrinə sənəd paylanması barədə məlumatlar tirajlaması da bu məqsədə xidmət edirdi və ermənilərin tarixi, siyasi iddiaları kimi feyk çıxdı. Reallıq isə budur ki, Qarabağ ərazisində “rus icması” deyilən bir toplum yoxdur və belə bir addım - təşəbbüs yolverilməzdir. Üstəlik, məlumdur ki, həmin ərazidə icma yaradacaq səviyyədə rusların yaşadığını düşünmək absurd olar. Qarabağda yaşayan rusların sayı çox deyil, onlar qarışıq ailələrdə yaşayırlar. Belə olan halda, Qarabağda təşkilatlanmış topluma - rus icmasına nə ehtiyac var?!
Daha bir məqam isə bu məsələlərin ictimai rəydə düzgün təsvir və izah olunmamasıdır. Məsələn, bəzi siyasi şərhçilər, deputatlar Qarabağda qanunsuz hərbi birləşmələrdən, separatizmin qalıqlarından bəhs edərkən onları “kiçik erməni icması” adlandırırlar. Bu, yumşaq desək, ideoloji xəta, bilavasitə milli maraqlara qarşı yönəlmiş siyasi səhv, ermənisayağı təbliğatdır. Çünki birincisi, Azərbaycanın ərazisində “erməni icması” adlı toplum yoxdur. İkincisi, hər şeyi öz adı ilə çağırmaq lazımdır - Qarabağdakı hərbi qalıqlara “icma” yox, qeyri-qanuni birləşmələr, separatçılar desək, səhv etmərik, əksinə, bir daha - növbəti dəfə doğrunu ifadə edərik! Elə 10 noyabr Bəyanatının 4-cü bəndində də hansısa “erməni icması”nın deyil, məhz qeyri-qanuni hərbi birləşmələrin çıxarılmasından söhbət gedir, Azərbaycanın rəsmi qurumlarının bəyanatında da bu məsələlər dəqiq və aydın ifadə olunur. O səbəbdən separatçıları “erməni icması” kimi qələmə vermək təkcə ictimai rəydə yanlış təsəvvür formalaşdırmaq deyil, həm də düşmənə və düşmənsayağı davrananlara “arqument” vermək - münbit ideoloji mühit yaratmaq deməkdir. Unutmamalıyıq ki, hərb meydanında zəfər qazansaq da, informasiya müharibəsi və diplomatik mübarizə davam edir. Diplomatiya və informasiya siyasəti isə danışmaqdan əvvəl düşünmək, düşündükdən sonra danışmaq tələb edir!
Xəbər lenti
Hamısına baxSosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56

