/ / Əli Kərimlinin müşaviri Q.Məmmədrzayev və digərlərinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib
Əli Kərimlinin müşaviri Q.Məmmədrzayev və digərlərinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib
20.11.2010 [10:50]
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlunun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Qeyd edək ki, Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğluna qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Onlara qarşı ittiham aktında göstərilir ki, bu şəxslər 23 noyabr 2009-cu il tarixdə Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36-da yerləşən 52 saylı mənzilə basqın edərək quldurluq yolu ilə külli miqdarda əmlakı ələ keçiriblər. İbtidai istintaq zamanı məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb. Onu da əlavə edək ki, Qabil Məmmədrzayev həbs olunan günə qədər AXCP sədri Əli Kərimlinin müşaviri işləyib.
Dünən şahidlərin dindirilməsi ilə proses davam edib. Axundov Hikmət İlham oğlu məhkəməyə şahid qismində ifadə verib. Qeyd edək ki, şahid Hikmət Axundov dəfələrlə prosesə çağırılsa da, məhkəməyə gəlmədiyi üçün onun barəsində məcburi gətirilmə haqqında qərar çıxarılıb. Dünən o, məcburi olaraq məhkəməyə gətirilib.
O dünən ifadəsində deyib ki, onun təqsirləndirilən şəxslərdən Qabil Məmmədrzayev və Racu Mehrəliyevlə yaxın münasibətləri olub. O, daha sonra müxtəlif hadisələrin vaxtını dəqiq xatırlamadığını söyləsə də, Qabil və Racu ilə Nərimanov metrostansiyasının yaxınlığında görüşdüyünü təsdiqləyib: “Mən Qabillə Racunu 2006-cı ildən tanıyıram. Qabil çayxanasında futbol kantoru işlədirdi. Mən tez-tez oyunlarla bağlı ona məlumat verirdim. Məlumatları sms-lə göndərdim. Hərdən də hansısa oyunlara pul qoyurdum. Sonuncu dəfə də 100 manat qoydum və uduzdum. Mənim Qabilə 100 manat borcum var idi. Pulu tapmaq üçün Racuya zəng vurdum və dedim ki, gəl oturaq bir şey fikirləşək. Həmin vaxt Qabili də ora dəvət etdim. Lakin pulu tapa bilmədik. Qabilə pulu daha sonra tapacağımı və borcumu ödəcəyimi deyib oradan çıxıb getdim. Qabillə Racu həmin yerdə qaldı”.
Şahidin ifadə verməsindən sonra hakim T.Nəsrullayevə vəkillərin qaldırdığı vəsadəti təmin edərək prosesdə əlavə şahidlərin dindirilməsi üçün məhkəmənin noyabrın 26-dək təxirə salındığını söyləyib.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57

