Bəyanatın 9-cu maddəsinə görə...
28.07.2022 [10:05]
Heç bir qüvvə Zəngəzur dəhlizinin reallaşmasına mane ola bilməyəcək
N.BAYRAMLI
Ermənistan Zəngəzur dəhlizinin reallaşması prosesini uzatmağa çalışır. İndiyə qədər Paşinyan hakimiyyəti bu yöndə manipulyativ addımlar atmaqda davam edir. Bu günlərdə isə Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan erməni mediasına açıqlamasında deyib ki, Zəngəzur dəhlizinin açılması heç bir halda erməni tərəfi üçün məqbul deyil. Ağacanyanın iddiasına görə, Ermənistan Zəngəzur dəhlizi məsələsinin müzakirəsindən imtina edir.
Təbii ki, erməni deputatın bu fikirlərinin heç bir əsası yoxdur. Çünki 10 noyabr razılaşmalarında bu məsələyə aid ayrıca maddə mövcuddur. Digər tərəfdən, Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirilən üçtərəfli görüşlərdə də kommunikasiyaların açılması müzakirə mövzusu olub. Ona görə də, Ağacanyanın əsassız fikirlərinin daxili auditoriya üçün hesablanması şübhə doğurmur.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ceyhun Əhmədli bildirib ki, Ağacanyanın açıqlaması sülh prosesini sabotaj etməyə yönəlmiş növbəti cəhddir. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir və Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Əgər Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasını təmin etməsə, Azərbaycan dövləti müəyyən adekvat addımlar atmaq hüququnu özündə saxlayır. Politoloq qeyd edib ki, Ermənistanın manipulyativ davranışlarına baxmayaraq, Zəngəzur yolunun dəhliz statusuna sahib olduğu 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu maddəsində aydın şəkildə təsbit olunub. Həmin sənəddə qeyd edilir ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir: “Burada “maneəsiz hərəkət” həmin nəqliyyat yolunun eksteritoriallığını nəzərdə tutur. Bu isə o anlama gəlir ki, Zəngəzur yolunun üzərində Ermənistanın hər hansı nəzarətindən söhbət gedə bilməz. Başqa sözlə, nəzərdə tutulan hüquqi rejim Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yolun məhz dəhliz statusuna sahib olduğunu göstərir”.
C.Əhmədli deyib ki, Ermənistanın Zəngəzur dəhlizini açmaqdan boyun qaçırması 10 noyabr tarixli üçtərəfli Bəyanatın müvafiq maddəsinin kobud şəkildə pozulması deməkdir: “Azərbaycan dövləti təmkin nümayiş etdirərək iki ilə yaxındır ki, qarşı tərəfin Zəngəzur dəhlizilə bağlı adekvat addımlar atacağını gözləyir. Biz əbədiyyən ermənilərin nazı ilə oynamayacağıq. Bizim də səbrimizin tükənən məqamı var. Əgər Ermənistan tərəfi Zəngəzur dəhlizini açmaqdan imtina etsə, Azərbaycan da Laçın dəhlizinin hüquqi rejimini yenidən nəzərdən keçirmək məsələsini gündəmə gətirə bilər. Yəni Laçın dəhlizi üzərində Azərbaycanın müvafiq dövlət qurumlarının nəzarət-keçid məntəqələri yerləşdirilə bilər. Bununla da ermənilər hər iki istiqamət üzrə Azərbaycanın müvafiq qurumlarının nəzarəti altında hərəkət etmək məcburiyyətində qalacaqlar. Bir sözlə, Zəngəzur və Laçın dəhlizləri üzərində eyni hüquqi rejim tətbiq olunmalıdır. Ermənistan tərəfi bunu indidən nəzərə almalıdır. Yoxsa gec olacaq”.
Beləliklə, artıq Ermənistan tərəfi də məsələnin dalana dirəndiyini və Zəngəzur dəhlizinin açılması zərurətini yaxşı anlayır. Sadəcə olaraq, Ağacanyankimilər daxili auditoriyanı sakitləşdirmək üçün bu cür yanlış fikirlər səsləndirirlər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

